Icma.az
close
up
RU
General və polkovniklərin müsadirə olunan əmlakları FOTO

General və polkovniklərin müsadirə olunan əmlakları FOTO

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, 143 milyonluq yeyintidə ittiham edilən yüksək rütbəli zabitlərin bəzilərinin məhkəməsi başa çatıb. Hökmə əsasən müttəhim zabitlərə 11 il 6 aya kimi həbs cəzası verilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə zabitlərin üzərinə həbs qoyulmuş milyonlarla qiymətləndirilən əmlakları müsadirə edilib.

Bu əmlaklar təqsirləndirilən şəxslər general Nizami Məmmədov, polkovniklər Cəlal Kazımov, Bayram Bayramovun özlərinə və yaxın qohumlarına məxsusdur.

Aşağıdakıların dövlətə dəymiş ziyanın əvəzi olaraq müsadirə edilmiş əmlaklara daxil olduğu məlum olub:

General Nizami Məmmədov: Bakı şəhərində ikisi eyni rayonda olmaqla üç mənzil, Badamdar qəsəbəsində torpaq sahəsi, Mərdəkan qəsəbəsində torpaq sahəsi, Biləsuvar rayonunda torpaq sahəsi.

Polkovnik Cəlal Kazımov: Xətai rayonu ərazisində yerləşən 4 mənzil, eyni rayonda qaraj, Şüvəlan qəsəbəsində yerləşən bağ; polkovnikin qohumuna məxsus torpaq sahəsi və bir evi üzərindən həbs götürülüb.

Polkovnik Bayram Bayramovun isə Gəncə şəhərindəki evi və Daşkəsən rayonunda torpaq sahəsi dövlət nəfinə alınıb.

Bu iş üzrə mühakimə edilən mayor Vüsal Əlizadə üzərinə həbs qoyulan əmlaklarının hamısını məhkəmə dövründə satıb dövlətə dəymiş ziyanın bir hissəsini ödəyib.

Qeyd edək ki, bu cinayətin üstü Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən açılıb.

Dəymiş ziyanın 12 milyon 415 min 194 manatını Nizami Məmmədov, 186 min manatını Cəlal Kazımov, 325 min manatını isə Vüsal Əlizadə ödəyib.

Üç gün əvvəl general Nizami Məmmədov 11 il 6 ay, polkovnik Bayram Bayramov 11 il 6 ay, polkovnik Cəlal Kazımov 11 il, mayor Vüsal Əlizadə isə 10 il 6 ay müddətə azadlıqdan məhrum ediliblər.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 09 Dekabr 2024 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see206

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see201

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see192

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see184

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see168

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see154

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see153

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see140

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see137

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see133

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see133

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see130

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see128

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see127

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see125

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see124

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see124

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri