Icma.az
close
up
RU
General və polkovniklərin müsadirə olunan əmlakları Siyahı

General və polkovniklərin müsadirə olunan əmlakları Siyahı

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, 143 milyonluq yeyintidə ittiham edilən yüksək rütbəli zabitlərin bəzilərinin məhkəməsi başa çatıb. Hökmə əsasən müttəhim zabitlərə 11 il 6 aya kimi həbs cəzası verilib.

Ölkə.Az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsinin hökmü ilə zabitlərin üzərinə həbs qoyulmuş milyonlarla qiymətləndirilən əmlakları müsadirə edilib.

Bu əmlaklar təqsirləndirilən şəxslər general Nizami Məmmədov, polkovniklər Cəlal Kazımov, Bayram Bayramovun özlərinə və yaxın qohumlarına məxsusdur.

Aşağıdakıların dövlətə dəymiş ziyanın əvəzi olaraq müsadirə edilmiş əmlaklara daxil olduğu məlum olub:

General Nizami Məmmədov: Bakı şəhərində ikisi eyni rayonda olmaqla üç mənzil, Badamdar qəsəbəsində torpaq sahəsi, Mərdəkan qəsəbəsində torpaq sahəsi, Biləsuvar rayonunda torpaq sahəsi.

Polkovnik Cəlal Kazımov: Xətai rayonu ərazisində yerləşən 4 mənzil, eyni rayonda qaraj, eyni rayonun Şüvəlan qəsəbəsində yerləşən bağ; polkovnikin qohumuna məxsus torpaq sahəsi və bir evi üzərindən həbs götürülüb.

Polkovnik Bayram Bayramovun isə Gəncə şəhərindəki evi və Daşkəsən rayonunda torpaq sahəsi dövlət nəfinə alınıb.

Bu iş üzrə mühakimə edilən mayor Vüsal Əlizadə üzərinə həbs qoyulan əmlaklarının hamısını məhkəmə dövründə satıb dövlətə dəymiş ziyanın bir hissəsini ödəyib.

Qeyd edək ki, bu cinayətin üstü Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən açılıb.

Dəymiş ziyanın 12 milyon 415 min 194 manatını Nizami Məmmədov, 186 min manatını Cəlal Kazımov, 325 min manatını isə Vüsal Əlizadə ödəyib.

Üç gün əvvəl general Nizami Məmmədov 11 il 6 ay, polkovnik Bayram Bayramov 11 il 6 ay, polkovnik Cəlal Kazımov 11 il, mayor Vüsal Əlizadə isə 10 il 6 ay müddətə azadlıqdan məhrum ediliblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 Dekabr 2024 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see227

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see172

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see158

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see154

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see154

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see153

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see147

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see147

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see140

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see139

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see137

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri