Icma.az
close
up
RU
Generallar hərbi hissələrə gediblər

Generallar hərbi hissələrə gediblər

Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.

HHQ komandanı və Hərbi prokuror hərbi hissələrdə olublar

Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə və Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru ədliyyə general-mayoru Bəhruz Əhmədov HHQ-nin tabeliyindəki hərbi hissələrdə şəxsi heyətlə görüş keçiriblər. AYNA.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, görüş zamanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzda, o cümlədən HHQ-də aparılan uğurlu islahatlar çərçivəsində yüksək döyüş qabiliyyətli hərbi hissələrin formalaşdırılması və onların müasir hərbi vasitələrlə təchiz edilməsinə nail olunduğu vurğulanıb, peşəkar kadrların hazırlanmasına bundan sonra da xüsusi diqqət yetiriləcəyi qeyd edilib.

Hərbi prokuror qanunçuluğun təmin olunmasının, hüquqi maarifləndirmənin gücləndirilməsinin dayanıqlı xidmət mühitinin formalaşdırılmasında mühüm rol oynadığını bildirib.

HHQ komandanı şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması, döyüş növbətçiliyinin və tapşırıqların icrasında məsuliyyətin önəmini diqqətə çatdırıb.

Görüş zamanı, həmçinin şəxsi heyətin xidməti fəaliyyəti, hərbi intizamın möhkəmləndirilməsi, qanunvericiliyin tələblərinə riayət olunması, eləcə də hərbi qulluqçuların hüquq və vəzifələri ilə bağlı məsələlərdən danışılıb.

Görüş çərçivəsində hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb, onların təklif və müraciətləri dinlənilib.

Sonda şəxsi heyətə xidmətdə uğurlar arzulanıb, qarşıda duran vəzifələr barədə müvafiq tapşırıqlar verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://ayna.az
archiveBu xəbər 09 Yanvar 2026 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see699

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see434

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see260

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see230

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see220

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see208

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see206

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see205

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see205

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see195

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see193

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see193

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see191

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see186

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see186

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see183

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see180

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see179

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see176

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri