Xəzər dənizinin səviyyəsinin 2050 ci ildən sonra yüksəlməsi ehtimal olunur
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 18 noyabr, AZƏRTAC
Aparılan araşdırmalar göstərir ki, XXI əsrin birinci yarısınadək Xəzər dənizinin səviyyəsinin enməsi davam edəcək. 2050-ci ildən sonra isə atmosferdə qərb proseslərinin təkrarlanmasının artması ilə dənizin səviyyəsinin yüksəlməsi müşahidə oluna bilər.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun İqlim şöbəsinin baş elmi işçisi coğrafiya üzrə fəlsəfə doktoru, dosent Həsən Nəbiyev məlumat verib. O, qeyd edib ki, tədqiqatlarda ölkə ərazisində təhlükəli təbiət hadisələrinin sayı artdığı, Xəzər dənizinin səviyyəsinin isə aşağı düşdüyü müəyyən edilib. Qərb proseslərinin üstünlük təşkil etdiyi dövrlərdə isə Xəzər hövzəsinin şimal hissəsində, əsasən də Volqa çayı hövzəsində yağıntıların miqdarı normadan artıq olur, çay axımlarının həcmi artır və dənizin səviyyəsi yüksəlməyə başlayır.
Tədqiqatların nəticələrinə görə, Günəş fəallığının güclənməsi şimal-cənub istiqamətində proseslərinin intensivləşməsinə, zəifləməsi isə qərb-şərq istiqamətində proseslərinin güclənməsinə səbəb olur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 18 Noyabr 2026 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















