Icma.az
close
up
RU
Genişzolaqlı internetdən nə üçün tam faydalana bilmirik? MÜSAHİBƏ

Genişzolaqlı internetdən nə üçün tam faydalana bilmirik? MÜSAHİBƏ

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov genişzolaqlı internet xidmətlərinin inkişaf etdirilməsi və istifadəçilərin tam faydalanması üçün bir sıra məqamlara aydınlıq gətirib.

Elvin müəllim, iyun ayında 2 dəfə uzunmüddətli tətil günləri oldu və insanlar bundan istifadə edərək əsasən də regionlara üz tutdular. Otellər və qonaq evlərində yüksək doluluq müşahidə edildi. Ötən illərə nisbətən internetlə bağlı şikayətlər azalsa da yenə aktuallığını qorudu. Bunun səbəbi nədir?

Bu gün bütün ölkəni əhatə edən fiboroptik şəbəkə qurulub. Başqa sözlə desək genişzolaqlı internet üçün  infrastruktur problemi həllini tapıb. Fiberoptik şəbəkəyə qoşulan təssərüfat sayı da kifayət qədər artıb. Azərbaycan son 4 ildə genişzolaqlı internetin sürətində bütün beynəlxalq hesabatlarda artan dinamika nümayiş etdirir. Bu dinamikanın əsas səbəbi "Onlayn Azərbaycan" layihəsidir. Xatırladım ki, lahiyə müddətində ölkə üzrə ev və biznes təssərüfatlarının genişzolaqlı internetə çıxışı 13 dəfə artırlıb və 230 mindən 4 il ərzində 3 milyona çatdırılıb. Bir sözlə kifayət qədər iri miqyaslı işlər həyata keçirilib. 

Ancaq təssüflər olsun ki, hər il turizm mövsümü başlayanda və bitəndə mən və digər mütəxəssislər bu sualları cavablamaq məcburiyyətində qalırıq. Problemin əsas səbəbi provayderlər yox məhz otel və qonaq evlərinin yanaşmasındadır. 

Təəsüf hissi ilə bildirməliyəm ki, otelyerlər müştəri məmuniyyəti mövzusuna ciddi yanaşmırlar. Onların xidmət inventarına genişzolaqlı internetlə müştərilərin təmin edilməsi də daxil olmalıdır. Bunun üçün həmin müəsisələrin daxilin tələb olunan internet ehtiyacına uyğun infrastruktur qurulmalıdır. Başqa sözlə desək, otelə gələn turistlərin sayı və cihaz istifadə statistikası nəzərə alınaraq yüksək sürətli və genişzolaqlı internet təminatı olmalıdır. Hər otağa düşən minimal sürət və bant genişliyi əvvəlcədən hesablanmalıdır. 

Xüsusilə çoxmərtəbəli və geniş sahəyə malik otellərdə mesh sistemlər və ya çoxlu sayda Access Point (AP) yerləşdirmək vacibdir. Bu cihazlar otaqlar, dəhlizlər, lobi və restoran kimi ümumi sahələrdə stabil və güclü siqnal verir. Sadəcə ümumi zonalarda deyil, hər otaqda eyni keyfiyyətdə internet olmalıdır. Divarların qalınlığı və tikilinin planı nəzərə alınaraq siqnal gücləndiricilərdən istifadə oluna bilər.

Bunlar həyata keçirilmədikdə əlbətdə ki, qonaqlar otelin bütün ərazisində internetdən eyni keyfiyyətdə faydalana bilmirlər. 

Bu daxili infrastrukturun qurulması və dəstəklənməsi üçün insan və maddi resusların cəlbi nə dərəcədə əlverişlidir?

Burada ilk müraciət edəcəkləri ünvan əlbətdəki interneti xidmətini təmin edən provayderdir. Hər bir provayder istifadəçisinin onun təqdim etdiyi xidmətdən razı qalmasını istəyər. Provayderlər konsultasiya verməkdə və infrsatrukturun dəstəklənməsində maraqlıdırlar. Böyük otellərdə bu infrastrukturu dəstəkləyənə əməkdaşlar hər zaman ştata daxil olduğundan prosesin bu mərhələsində maliyyə resurslarının cəlb edilməsinə ehtiyyac yoxdur.
Avropada bəzi otellərdə internetin ödənişli olması təcrübəsi hələ də mövcuddur. Xüsusilə də lüks və biznes kateqoriyalı otellərdə bu hallar daha çox rast gəlinir. Otellər bəzən interneti əlavə xidmət kimi təqdim edir və bu yolla əlavə gəlir əldə etməyə çalışırlar. Adətən pulsuz Wi-Fi ümumi istifadə sahələrində (lobby, restoran və s.) təqdim olunur, lakin otaqlarda sürətli və limitsiz internet üçün simvolik də olsa əlavə ödəniş tələb oluna bilər. Bu da öz növbəsində avadanlıqlara xərclənmiş vəsaiti kifayət qədər qısa müddətdə qarşlamış olacaq. 

Kiçik qonaq evləri bu mövzuda nələr edə bilər? Xüsusilə nəzərə alsaq ki, onların B&B (business and breakfast) formatında qonaqları demək olar ki, olmur və xitmələri yalnız mövsümi xarakter daşıyır. 

Çox gözəl məqama toxunursunuz. Regionlarımızda qonaq evlərinin sayı xüsusilə pandemiyadan sonra kifayət qədər artıb. Əhalinin özünü məşğulluğu üçün bu kifayət qədər yaxşı haldır. Ancaq icazənizlə mövzuya daha geniş çərçivədən yanaşmaq istərdim. 

Yay aylarında yalnız regionlarımızdakı qonaq evlərinin sakinlərinin sayı artmır. Həm də yay aylarında insanların həyət evlərinə, bağ evlərinə köçməsi baş verir. Mövsümlə əlqadar olaraq insanlar həyatyanı sahələrdə daha çox vaxt keçirməyə başlayırlar. Bunlarla birlikdə təbii ki, internet bağlantısının keyfiyyətində yaşanan çətinlillər daha qabarıq şəkildə hiss olunur. 

Bizim bu gün qarşılaşdığımız problemləri xarici ölkələr çoxdan həll ediblər. Onların təcrübəsinə istinad etməkdə fayda var. Nəzərə almalıyıq ki, xüsusilə qalın divarlı tikililərdə və bir neçə mərtəbəli evlərdə keyfiyyət problemi daha da qabarır. 

Belə hallarda ən effektiv həll yollarından biri mesh Wi-Fi sistemlərinin istifadəsidir. Mesh texnologiyası evin müxtəlif nöqtələrinə yerləşdirilən cihazlar vasitəsilə internet siqnalını bərabər şəkildə yaymağa imkan verir. Bu da siqnalın həm həyətin dərinliklərinə, həm də evin bütün otaqlarına çatmasını təmin edir.

Mesh sistemləri və routerlər, Wi-Fi siqnalı yaymaq üçün radio dalğalarından istifadə edir və bu elektromaqnit dalğalar bəzi insanlar üçün sağlamlıqla bağlı narahatlıq doğura bilər. Dünya Səhiyyə Təşkilatına görə, router və mesh sistemlərindən yayılan radio dalğalarının gücü beynəlxalq təhlükəsizlik standartlarından aşağıdır və gündəlik istifadə zamanı ciddi bir sağlamlıq riski yaratmır. Buna baxmayaraq, elektromaqnit həssaslığı olan insanlar bu cihazların yaxınlığında baş ağrısı və ya yuxusuzluq kimi simptomlar yaşaya bilərlər. Bu səbəbdən də  dünya standartlarına uyğun avadanlıqlardan istifadə edilməsini tövsiyyə edirəm.

Müşahidələrim onu göstərir ki, insanlarımız dünya standartlarına uyğun olmayan və köhnə model routerlərdən istifadə edirlər. Bu cihazların isə texniki imkanları artıq bugünkü internet istifadəsinin həcminə cavab vermir və insan sağlamlığına zərəsizliyi ilə bağlı ciddi şübhələr yaradır.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 24 İyun 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see143

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri