Geomaqnit təlatümlərinin pik həddi bu axşam gözlənilir
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Yer kürəsində geomaqnit təlatümlərinin noyabrın 23-də axşam saatlarında pik həddə çatacağı gözlənilir.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Bildirilib ki, noyabrın 19-da Günəşdən ayrılan plazma kütləsinin Yerə çatması nəticəsində geomaqnit təlatümləri yaranacaq. Bu təsirin 3-6 saat davam edəcəyi, pik həddin isə Moskva vaxtı ilə saat 18:00 radələrində qeydə alınacağı proqnozlaşdırılır.
Alimlər noyabrın 27-28-də də Yer kürəsinin maqnit sahəsində iki gün davam edəcək təlatümlər gözləyirlər. Buna səbəb orta ölçülü tac dəliyinin Yerə təsiri olacaq.
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:Axşam geomaqnit qasırğası gözlənilir
11 Noyabr 2025 12:53
Geomaqnit qasırğası gözlənilir
07 İyul 2025 15:31
Baxış sayı:116
Bu xəbər 23 Noyabr 2026 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















