Həmid Bord: İranın neft hasilatı sabitdir
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Xəzər dənizində neft və qaz yataqlarının işlənməsində Azərbaycanla əməkdaşlıq barədə razılıq əldə olunub.
Bunu İranın neft nazirinin səlahiyyətlərini icra edən Həmid Bord APA-ya açıqlamasında bildirib.
O, Azərbaycanın energetika naziri ilə keçirdiyi son görüşlər və əldə olunan razılaşmalar barədə danışıb.
Həmid Bordun sözlərinə görə, Azərbaycanla bir neçə istiqamət üzrə danışıqlar aparılıb və əsas məsələlərdə razılıq əldə olunub. Belə ki, tərəflər Xəzər dənizində neft və qaz yataqlarının işlənməsi sahəsində əməkdaşlıq, eləcə də qaz tranziti məsələlərini müzakirə ediblər və bu istiqamətlər üzrə ümumi razılığa gəliblər.
Həmid Bord qeyd edib ki, razılaşmaların həyata keçirilməsi üçün bəzi texniki məsələlər mövcuddur və onların Azərbaycan tərəfindən həll edilməsi lazımdır.
İranda hazırkı şəraitdə neft hasilatının vəziyyətinə toxunan Bord bildirib ki, neft hasilatı sabitdir, qaz hasilatı isə artmaqdadır. O, həmçinin, benzin və dizel yanacağı istehsalının 10 faiz artdığını vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 23 Noyabr 2026 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















