Ermənistan Bakıda keçiriləcək “Avrobasket 2027”də iştirak üçün müraciət edib
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
Ermənistan Basketbol Federasiyası 20 yaşadək kişi basketbolçulardan ibarət gənclər millisinin 2027-ci ildə Bakıda keçiriləcək Avropa çempionatında iştirakı üçün müraciət edib.
İdman.Biz Ermənistanın “Sportaran” nəşrinə istinadən xəbər verir ki, ölkənin basketbol federasiyası daha əvvəl gələn il keçiriləcək altı gənclərdən ibarət Avropa çempionatının hamısında iştirak etmək üçün komandalarını qeydiyyatdan keçirib. Onların arasında B divizionunda çıxış edən U-20 kişi millisi də var.
Məlum olduğu kimi, FIBA Avropanın İdarə Heyəti noyabrın 20-də Hamburqda keçirilən iclasında bu yaş kateqoriyası üzrə Avropa çempionatının Bakıda təşkil olunmasını rəsmən təsdiqləyib. Turnir 2027-ci il iyulun 9-dan 18-dək keçiriləcək.
Beləliklə, Ermənistan millisi Azərbaycanın paytaxtında təşkil olunacaq beynəlxalq yarışın iştirakçıları arasında yer ala bilər. Bununla belə, müraciətin edilməsi komandanın Bakıya gələcəyinin artıq təsdiqləndiyi anlamına gəlmir. İştirakçıların rəsmi siyahısı, qrupların tərkibi və oyunların təqvimi daha sonra açıqlanacaq.
Erməni basketbolçuların mümkün iştirakı tarixi baxımdan da maraq doğurur. Ermənistan təmsilçiləri əvvəllər Bakıda, o cümlədən fərdi idman növləri üzrə beynəlxalq yarışlarda çıxış ediblər. Lakin milli komandanın kollektiv oyun növü üzrə turnirdə iştirak etmək üçün ölkəmizə gəlməsi ayrıca bir presedent ola bilər.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan ən böyük beynəlxalq yarışlara ev sahibliyi etmək baxımından zəngin təcrübəyə malikdir və milli mənsubiyyətindən asılı olmayaraq bütün iştirakçılar üçün bərabər təhlükəsizlik şəraiti təmin edir. Yuxarıda qeyd edildiyi kimi, Ermənistan idmançıları artıq Azərbaycanın ərazisində keçirilən turnirlərdə iştirak ediblər və onların çıxışları təhlükəsizliyin təmin olunması ilə bağlı hər hansı insidentlə müşayiət olunmayıb.
Qeyd edək ki, Bakı 2023-cü ildə 18 yaşadək basketbolçular arasında C divizionunda Avropa çempionatına da ev sahibliyi edib. Lakin Ermənistan millisi həmin turnirdə iştirak etməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 23 Noyabr 2026 16:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















