Icma.az
close
up
RU
Menu

Müharibə riski ciddi olaraq qalır

Mənsum İbrahimov: Cabir İmanovun hər sözü, hər kəlməsi daxildən gəlirdi, təmənnasız idi

“Cabir İmanovla bir məktəbdə oxumuşuq”

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq

Hər gün onun ruhu ilə məsləhətləşirəm Polşanın yeni lideri

PSJ nin müdafiəçisi: “Dünyanın ən yaxşı komandasıyıq”

250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? 11 şübhəli var

Nazir: Naxçıvanda “Yaşıl Enerji Zonası” modelinin qurulması üçün tədbirlər görülür

Xocalı və Ağdərədə bir qrup sakin üçün kiçik bizneslər yaradılıb FOTO

“Paşinyan Zəngəzur dəhlizi layihələrini seçkilərə qədər tamamlamğa çalışacaq” Elçin Mirzəbəyli

Cabir İmanov əvvəldə də infarkt keçirib?

Tramp Rusiyanı yenə kağız pələng adlandırdı

Beyin mərkəzlərinin əməkdaşlığı: Türk dünyasının intellektual gücü birləşir

Türkiyə Ukrayna münaqişəsi ilə bağlı daha çox məsuliyyəti öz üzərinə götürməyə hazırdır

Qəhvə iç və daha uzun yaşa...

Vətən müharibəsinin beşinci günü Azərbaycan Ordusu düşmənə zərbələr endirir

UEFA ÇL: “Qalatasaray qalib gəlib, Kayrat” 5 qol buraxıb

Nazir sammitdə təhsildən danışdı

Konqonun keçmiş prezidenti edam olunacaq Vətənə xəyanət ittihamı ilə

Qrizmannın 200 cü qolu “Qarabağ”ın daha bir rəqibinin darmadağınına səbəb olub VİDEO

Georgi lenti, “Den Pobedı” və nostalgiya ilə milli yaddaşın toqquşması SSRİ bayrağı Sarıxanlını necə işğal etdi ?

Georgi lenti, “Den Pobedı” və nostalgiya ilə milli yaddaşın toqquşması SSRİ bayrağı Sarıxanlını necə işğal etdi ?

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kulis.az Rəna Nevzatın yeni yazısısını təqdim edir.

İmişli rayonunun Sarıxanlı kəndində keçirilən 9 May – Qələbə Günü tədbiri sadə bir mərasim deyildi. Bu tədbir həm də Azərbaycanın ideoloji sərhədlərinin harada başlayıb harada bitdiyi sualını cəmiyyətin qarşısına sərt şəkildə qoydu. SSRİ bayrağı abidənin üzərinə sancıldı, “Den Pobedı” mahnısı səsləndirildi, çıxış edən məmurun sinəsində isə rus imperiyasının rəmzi – “Georgi lenti” parladı. Tədbirin əsas fiqurlarından biri olan rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov isə bunları sadəcə “tarix” adlandırdı. Və üstəlik sual verdi: “Burada nə var ki?!”

Bu sual, bəlkə də, illərdir cavabını vermədiyimiz bir gerçəyi üzə çıxardı: Biz hələ də keçmişlə üzləşməmişik.

Sonra nə oldu?

Saleh Səmədovu işdən çıxarıb, yerinə onun sağ tərəfində dayanmış Vahid Tağıyevi seçdilər, təyin elədilər.

Məni maraqlandıran isə bir sual var:

Doğrudanmı, İmişlidə sinəsinə "Georgi lenti" taxmayan ağsaqqal tapa bilmədiniz?

Ta nə faydası?

O biri adamı niyə çıxartdınız işdən?

Toplananların yerini dəyişəndə, cəm dəyişəcək bu dəfə?

Bakı "Rus evi" bağlanır, bunlar İmişlidə sinəsi "Georgi lenti" taxıb tədbir keçirirlər. Bu qədər sadədi hər şey?

Rayonun İcra başçısı hara baxır?

Suallar çoxdur. Cavablar isə...

***

SSRİ bayrağını “uşaqlığımızın bayrağı” adlandırmaq mümkündür. Amma bu, həmin bayrağın ideoloji yükünü dəyişmir. O bayraq Azərbaycanda on minlərlə insanın repressiyaya məruz qaldığı, milli kimliyinin təzyiq altında yox sayıldığı bir imperiyanın simvoludur. O bayraq altında yazıçılar susdurulub, dillər qadağan olunub, kitablar yandırılıb. Təkcə tarix deyil, şəxsi və milli travmalar da onunla birlikdə gəlib.

Əgər bu bayraq “sadəcə tarixdirsə”, o zaman biz niyə 20 Yanvar günündə SSRİ ordusunu qınayırıq? Niyə o tarixi yad edirik? Əgər o bayraq bir imperiyanın rəmzidirsə, onu rəsmi tədbirə oxşar mərasimdə nümayiş etdirmək nəinki yanlışdır, həm də ictimai yaddaşa ziddir.

Sovet dövrünün bəzi simvolları son illər Rusiya tərəfindən qlobal siyasi alətə çevrilib. “Georgi lenti” də bunların başında gəlir. Bu lent Rusiyanın imperiya nostalgiyasını daşıyan və müasir geosiyasi təzyiq vasitəsinə çevrilmiş simvoldur. Baltikyanı ölkələrdə, Gürcüstanda, Ukraynada bu lent qadağandır. Çünki o, sadəcə müharibə qəhrəmanlığının yox, həm də neoimperial ambisiyaların rəmzidir.

Azərbaycanda isə bu lentin, o cümlədən “Den Pobedı”in rəsmi tədbirlərdə səsləndirilməsi sovet mirasının təkcə tarix kimi deyil, dirçəlməkdə olan bir ideologiya kimi qavranıldığını göstərir. Məhz buna görə, bu cür simvollar cəmiyyətin keçmişlə səmimi və sağlam münasibətinə zərbə vurur.

***

Sədrin verdiyi açıqlamada ən problemli məqamlardan biri isə Türkiyə bayrağının misal gətirilməsi oldu: “Türkiyə bayrağı küçələrdədir, ona niyə söz demirsiniz?”.

Bu yanaşma ciddi düşüncənin yox, çaşqınlıqla dolu populizmin nəticəsidir. Türkiyə bayrağı Azərbaycan üçün qardaşlıq, müttəfiqlik və siyasi həmrəylik rəmzidir. SSRİ bayrağı isə keçmiş imperiyanın simvoludur və bu gün onun varisi sayılan dövlətin xarici siyasəti Azərbaycana heç də dost münasibət sərgiləmir.

Bir sual verək: Ermənistanda hansısa kəndin abidəsinin üzərinə Osmanlı bayrağı sancılsa, biz buna necə reaksiya verərik? Bu analogiya sadə, lakin düşündürücüdür. Tarixə hörmət keçmişin simvollarını təkrar istifadə etməklə deyil, onları düzgün izah etməklə mümkündür.

***

Ən təhlükəli məqam isə budur: bu cür tədbirlərlə gənc nəsilə “sərhədsiz nostalgiya” ötürülür. “SSRİ yaxşı idi, o dövrdə hər şey gözəl idi, bayrağı da gözəldi” kimi fikirlər tədricən dövlətçilik təfəkkürünü kölgədə qoyur. Gənclər üçün vətənpərvərlik anlayışı məchullaşır, keçmişin simvolları ilə bu günün dəyərləri qarışır. Nəticədə, siyasi və mədəni kimlikdə qarışıqlıq yaranır – nə SSRİ-yə bağlıyıq, nə müstəqilliyə sadiq.

***

Sarıxanlıda yaşanan hadisə təsadüfi deyil. Bu, düşünülməmiş qərarların cəmiyyətin ideoloji toxumasına necə zərər vurduğunu göstərən bariz nümunədir. Bəlkə də, həmin tədbiri təşkil edənlər bu məsələni bu qədər ciddi görməyiblər. Amma hər bayraq bir mənadır, hər simvol bir istiqamətdir. SSRİ bayrağını və “Georgi lenti”ni bir tədbirin ortasına yerləşdirmək, Azərbaycan xalqının milli müstəqillik uğrunda mübarizəsinə edilən hörmətsizlikdir.

O bayrağın ucaldılması, sadəcə, keçmişi yada salmaq deyildi – o, həm də bu günə qarşı simvolik işğaldır. Sarıxanlıda bir abidənin üzərinə sancılmış o parça, əslində, milli yaddaşımızın kürəyinə sancılmış bıçaq idi. O bıçağın ağrısı, deyəsən, hələ çox hiss olunacaq.

Etimad Başkeçidlə görüş keçirildi IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı başlayır - Video Cennifer Lopez Türkiyədə konsert verəcək
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://kulis.az
archiveBu xəbər 16 May 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Müharibə riski ciddi olaraq qalır

30 Sentyabr 2025 13:01see242

Mənsum İbrahimov: Cabir İmanovun hər sözü, hər kəlməsi daxildən gəlirdi, təmənnasız idi

30 Sentyabr 2025 13:31see241

“Cabir İmanovla bir məktəbdə oxumuşuq”

30 Sentyabr 2025 13:37see229

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq

01 Oktyabr 2025 18:21see227

Hər gün onun ruhu ilə məsləhətləşirəm Polşanın yeni lideri

30 Sentyabr 2025 15:06see177

PSJ nin müdafiəçisi: “Dünyanın ən yaxşı komandasıyıq”

30 Sentyabr 2025 09:48see177

250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? 11 şübhəli var

30 Sentyabr 2025 13:49see152

Nazir: Naxçıvanda “Yaşıl Enerji Zonası” modelinin qurulması üçün tədbirlər görülür

30 Sentyabr 2025 10:20see150

Xocalı və Ağdərədə bir qrup sakin üçün kiçik bizneslər yaradılıb FOTO

30 Sentyabr 2025 15:08see140

“Paşinyan Zəngəzur dəhlizi layihələrini seçkilərə qədər tamamlamğa çalışacaq” Elçin Mirzəbəyli

30 Sentyabr 2025 13:29see137

Cabir İmanov əvvəldə də infarkt keçirib?

30 Sentyabr 2025 12:42see135

Tramp Rusiyanı yenə kağız pələng adlandırdı

01 Oktyabr 2025 01:12see129

Beyin mərkəzlərinin əməkdaşlığı: Türk dünyasının intellektual gücü birləşir

30 Sentyabr 2025 11:07see127

Türkiyə Ukrayna münaqişəsi ilə bağlı daha çox məsuliyyəti öz üzərinə götürməyə hazırdır

30 Sentyabr 2025 22:13see125

Qəhvə iç və daha uzun yaşa...

30 Sentyabr 2025 22:16see124

Vətən müharibəsinin beşinci günü Azərbaycan Ordusu düşmənə zərbələr endirir

01 Oktyabr 2025 08:31see123

UEFA ÇL: “Qalatasaray qalib gəlib, Kayrat” 5 qol buraxıb

01 Oktyabr 2025 01:04see123

Nazir sammitdə təhsildən danışdı

30 Sentyabr 2025 16:20see123

Konqonun keçmiş prezidenti edam olunacaq Vətənə xəyanət ittihamı ilə

01 Oktyabr 2025 01:08see122

Qrizmannın 200 cü qolu “Qarabağ”ın daha bir rəqibinin darmadağınına səbəb olub VİDEO

01 Oktyabr 2025 01:58see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri