Icma.az
close
up
RU
Geosiyasi amillərin neft bazarına təsiri davam edir

Geosiyasi amillərin neft bazarına təsiri davam edir

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 5 fevral, AZƏRTAC

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçinin bəyanatından sonra iki gün davam edən neftin qiymətindəki bahalaşmanı 1 faiz ucuzlaşma əvəz etdi və neftin bir bareli 64 dollara düşdü.

AZƏRTAC xəbər verir ki, rəsmi Tehran ABŞ-ın danışıqlar təklifini qəbul edərək tərəflərin görüş yerini Türkiyə deyil Oman olmasını istədi ki, bunu da qarşı tərəf qəbul etdi.

Son 10 gün ərzində gərginlik gözləntisində olan treyderlər hərbi münaqişə ehtimalının azaldığını görərək qiymətləri endirmək məcburiyyətində qaldılar. Lakin ABŞ-ın “Axios” portalı fevralın 6-da Omanda nəzərdə tutulan ABŞ-İran görüşünün təxirə salındığını yazdıqdan sonra “Brent” markalı neftin qiyməti 1 dollar bahalaşdı. Portal yazır ki, İran görüşdə digər Yaxın Şərq ölkələrinin nümayəndələrinin iştirak etməsini istəmir və təklif edir ki, danışıqlar yalnız ABŞ və İran arasında keçirilsin. Bununla yanaşı, rəsmi Tehran raket proqramını və Yaxın Şərq dövlətlərində fəaliyyət göstərən proksi qrupları ləğv etməyəcəyini bildirib. ABŞ-ın bu tələbləri İranın qırmızı xəttidir. Vaşinqton diplomatik limitin tükənmədiyini bəyan etdikdən sonra bazar sakitləşdi və qiymətlər dəyişmədi.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,4 dollar azalaraq 68,06 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,33 dollar azalaraq 63,81 dollar təşkil edib.

“Reuters” agentliyinin məlumatına əsasən, dekabrda ABŞ Venesueladan sutkada 498 min barel neft çıxarırdısa yanvarda bu rəqəm 800 min barelə çatıb ki, bu da dünya bazarında təklifi artırıb və bahalaşmanın qarşısı nisbətən alınıb. Lakin yaxın gələcəkdə Venesueladan daha çox həcmdə neft çıxarılması planlaşdırılıb. Agentliyin analitikləri hesab edirlər ki, bazar hələ də geosiyasi təsirlərin altında fəaliyyətini davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Fevral 2026 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri