Icma.az
close
up
RU
“Yaşıl kitabxanalar” adlı yeni nəşr işıq üzü görüb

“Yaşıl kitabxanalar” adlı yeni nəşr işıq üzü görüb

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən hazırlanmış “Yaşıl kitabxanalar” adlı nəşr işıq üzü görüb.

Tədris-metodik vəsaitin elmi məsləhətçisi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovdur. Vəsaitin müəllifi MEK-in İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədova, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Şəfəq Əliyevadır.

XQ xəbər verir ki, müəllif kitabda ölkəmizdə ekoloji davamlılıq siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmasını, ekoloji mühitin saflaşdırılmasının dövlət siyasətinin prioritet məsələlərindən biri olduğunu vurğulayıb. S.Məmmədova Prezident İlham Əliyevin ətraf mühitin qorunması ilə bağlı verdiyi sərəncamların, qəbul olunmuş müxtəlif dövlət proqramlarının ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına, iqlim dəyişmələrinin təsirinin yumşaldılması və azaldılmasına xidmət etdiyini qeyd edib. Metodiki vəsaitdə Azərbaycan kitabxanalarının, xüsusilə Mərkəzi Elmi Kitabxananın yaşıl hərəkata uğurla qoşulduğundan bəhs edilib. Kitabxana tərəfindən həyata keçirilən çoxsaylı tədbirlər, elmi-praktiki konfranslar, virtual və ənənəvi sərgilər, MEK-in tərtibatında işıq üzü görən “Təbiət bir kitabdır”, “Azərbaycan ekologiyası” adlı nəşrlərin “Yaşıl dünya naminə həmrəylik ili”nə mühüm töhfə kimi dəyərləndirilib.

Nəşrdə eyni zamanda, dünyada yaşıl kitabxanalar, yaşıl kitabxana bina standartları, İFLA-nın yaşıl kitabxanalar sahəsində fəaliyyəti, dünyanın ən məşhur yaşıl kitabxanaları haqqında məlumatlar yer alıb. 

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamının daxil edildiyi metodiki vəsait “Azərbaycanda ekoloji davamlılıq və yaşıl dünya naminə həmrəylik”, “Yaşıl kitabxanalar”, “Yaşıl kitabxana bina standartları”, “Dünyada Yaşıl Kitabxana Assosiasiyaları”, “Dünyanın yaşıl kitabxanaları”,  “Azərbaycan kitabxanalarında yaşıl hərəkat”, “Davamlı gələcək üçün kitabxanalar”, “Yaşıl Kitabxanalar Manifesti: iqlim dəyişikliyinə qarşı mübarizəyə sadiq olan kitabxanalar” başlıqlı bölmələrə ayrılıb.

Kitab kitabxanaçılar, kitabxana sahəsi ilə maraqlanan oxucular, ali məktəb müəllimləri və tələbələri üçün nəzərdə tutulub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Oktyabr 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri