Icma.az
close
up
RU
Gərgin səssizliyin ardında: Rusiya Azərbaycan arasında soyuq diplomatiyanın sonu...

Gərgin səssizliyin ardında: Rusiya Azərbaycan arasında soyuq diplomatiyanın sonu...

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanla Rusiya arasındakı münasibətlər regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və siyasi sabitlik baxımından həmişə xüsusi əhəmiyyət kəsb edib. Tarixi və mədəni bağlarla möhkəmlənmiş bu əlaqələr müxtəlif dövrlərdə həm qarşılıqlı əməkdaşlıq, həm də qarşıdurma elementlərini özündə birləşdirib. Lakin son dövrlərdə baş verən bir sıra hadisələr münasibətləri gərginləşdirib və iki ölkə arasında etimadın bərpası üçün ciddi diplomatik səylər tələb edir.

Xüsusilə, AZAL-a məxsus təyyarənin Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulması və Azərbaycanın haqlı tələblərinə Moskvanın qeyri-adekvat cavab verməsi, iki ölkə arasında gərginliyi artıran əsas hadisələrdən biridir. Eyni zamanda, Yekaterinburqda iki azərbaycanlının qətlə yetirilməsi və Rusiyada azərbaycanlıların təqib olunması vəziyyəti daha da kritik mərhələyə gətirib. Bu faktlar Azərbaycanın adekvat və prinsipial mövqeyini ortaya qoymasını zəruri edib.

Azərbaycan-Rusiya münasibətlərinin sonu hara gedir? 3 aydır davam edən bu "əsrarəngiz"liyin nəticəsi nə olacaq? Tərəflər arasında diplomatik qarşıdurma mühiti gözləyirsinizmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Əli Zülfüqaroğlu bildirib ki, Azərbaycanla Rusiya arasında münasibətlərin gərginləşməsinin arxasında, ilk növbədə, Rusiyanın Azərbaycana qarşı qeyri-adekvat siyasəti dayanır:
"Xüsusilə, AZAL-a məxsus təyyarənin Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulmasından sonra Azərbaycanın haqlı və ədalətli tələblərinə Moskvanın qeyri-konstruktiv yanaşması, həmçinin prosesin bilərəkdən uzadılmasına cəhdlər iki ölkə arasında münasibətlərin daha da soyumasına səbəb olub. Digər tərəfdən, Yekaterinburqda iki azərbaycanlının qətlə yetirilməsi və Rusiyada azərbaycanlıların təqib olunması münasibətləri daha da  gərginləşdirib".

Onun sözlərinə görə, Azərbaycan bu proseslərə adekvat reaksiya göstərərək sərt mövqeyini ortaya qoydu. Hazırkı geosiyasi şəraitdə Azərbaycan həm regionda, həm də beynəlxalq siyasi müstəvidə mövqelərini möhkəmləndirib və geniş diplomatik manevr imkanlarına malikdir. Bu səbəbdən, Azərbaycana qarşı təzyiqlərlə onun prinsipial mövqeyindən geri çəkilməsini gözləmək qeyri-mümkündür:

"Bununla yanaşı, Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Rusiya ilə münasibətləri korlamaq niyyətində deyil. İndiyədək yürüdülən siyasət nəticəsində ölkəmiz etibarlı tərəfdaş imici qazanıb. Azərbaycan diplomatiyada ədalət və etik davranış prinsiplərinə həssaslıqla riayət edir və haqlı olaraq qarşı tərəflərdən də eyni yanaşmanı gözləyir. Dövlətlərarası münasibətlərin qarşılıqlı hörmət əsasında qurulması isə bütün tərəflərin maraqlarına cavab verir".

Əli Zülfüqaroğlu: Rusiyada müəyyən dairələr var ki, onlar müxtəlif dövrlərdə Azərbaycanla münasibətləri pozmağa yönəlmiş addımlar atıblar

Müsahibimiz qeyd edib ki, bu gün Azərbaycanla münasibətlərin korlanması Rusiyanın maraqlarına qətiyyən uyğun deyil. Çünki Moskva həm Ukrayna müharibəsi fonunda, həm də ümumilikdə beynəlxalq arenada ciddi təzyiqlərlə üzləşir. Belə bir şəraitdə Azərbaycan və digər region ölkələri ilə münasibətlərin zəiflədilməsi Rusiyanın dövlət maraqlarına ziddir. Rusiya hakimiyyəti də bunu dərk edir:

"Lakin Rusiyada müəyyən dairələr var ki, onlar müxtəlif dövrlərdə Azərbaycanla münasibətləri pozmağa yönəlik addımlar atıblar. Son proseslər də əsasən həmin qüvvələrin təxribat cəhdlərindən ibarətdir. Bu isə, əslində, ilk növbədə Rusiyanın dövlət maraqlarına zərbə vurur. Bununla belə, məntiq onu deməyə əsas verir ki, Moskva Azərbaycanla münasibətləri düzəltməkdə maraqlı olacaq".

Sonda Əli Zülfüqaroğlu diqqətə çatdırıb ki, Azərbaycanla Rusiya arasında münasibətlərin inkişafı hər iki ölkənin maraqlarına xidmət edir və tərəflərin qarşılıqlı hörmət əsasında əməkdaşlığı davam etdirməsi regionun sabitliyi üçün də mühüm əhəmiyyət kəsb edir.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 08 Sentyabr 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri