“Gərginliyin davam etməsi Türkiyəyə iqtisadi zərbə vurur” Politoloq
Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Bu qədər ittiham qarşısında İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun yaxın müddətdə sərbəst buraxılacağı inandırıcı deyil. Ona görə də onun 2028-ci ildə Türkiyədə keçirilməsi nəzərdə tutulan prezident seçkilərində iştirakı mümkünsüz görünür. Üstəlik İmamoğlunun diplomu saxta elan edilib. Türkiyə qanunlarına görə, ali savadı olmayan şəxsin prezidentliyə namizəd olması mümkün deyil”.
Bu fikirləri Bakupost.az -a politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, seçkilərə hələ xeyli vaxt var və gərginliyin davam etməsi Türkiyəyə iqtisadi cəhətdən ziyan verir:

"Səhmlər aşağı düşür, şirkətlər pul itirir ki, bu da Türkiyə iqtisadiyyatını zəiflədir. Bu vəziyyət Türkiyənin demokratik imicinə də zərbə vurur. Keçirilən mitinqlərə radikal elementlər də qoşula bilərlər. Onlar bu etirazlardan istifadə edib qarşıdurma da yarada bilərlər ki, bu, olduqca təhlükəlidir”.
Sevinc,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 01 Aprel 2025 19:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















