German hospitalın ginekologiya şöbəsinin müdiri də işdən çıxdı
Icma.az, Medicina portalına istinadən məlumat verir.
İş yoldaşları ilə birlikdə əməliyyat zamanı doğum gününü qeyd etdiyinə görə işinə xitam verilən "German Hospital"ın cərrah mama-ginekoloqu Ləman Əliyevanın həyat yoldaşı, sözügedən klinikanın Ginekologiya və doğum şöbəsinin müdiri Əziz Rəfibəyov da işdən çıxıb.
"Medicina" xəbər verir ki, o artıq, Sumqayıtdakı Real Tibb Mərkəzində Ginekologiya və doğum şöbəsinin müdiri kimi fəaliyyətə başlayıb.
Ə.Rəfibəyov 1972-ci il martın 13-də Qırğızıstanın Bişkek şəhərində anadan olub. 1989-cu ildə Qırğızıstan Dövlət Tibb Akademiyasına daxil olub. 1997-ci ildə ali məktəbi bitirib, iki il ərzində mamalıq və ginekologiya üzrə kliniki ordinatura keçib.
1999-cu ildə Azərbaycana gələrək, Sumqayıt şəhəri 2 saylı doğum evində mama-ginekoloq vəzifəsində çalışıb. 2000-ci ildə Qırğızıstan Dövlət Tibb Akademiyasının aspiranturasına daxil olub və 2003-cü ildə bitirib. "Xoşxassəli şişlərin yaranması və qadın reproduktiv sistemində hiperplastik proseslerə qalxanabənzər vəzin hipofunksiyasının təsiri" mövzusunda dissertasiya müdafiə edib və "tibb elmləri namizədi" adına layiq görülüb.
Əziz Rəfibəyov həyat yoldaşının ad günü videosunda əməliyyat otağında onunla birgə əməliyyatda idi. Sonradan German hospital Ləman Əliyeva işdən çıxaılmışdı.
Medicina.az
Baxış sayı:112
Bu xəbər 24 Yanvar 2025 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















