Icma.az
close
up
RU
“Gestapo rəsmisi” Vaxtilə Hitlerə işləyənlərin müasir varisləri FOTO

“Gestapo rəsmisi” Vaxtilə Hitlerə işləyənlərin müasir varisləri FOTO

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avropada boy göstərən bir sıra siyasi şəxslərin nəsl şəcərəsi araşdırılanda ortaya maraqlı məqamlar çıxır. Düzdür, Avropada belə araşdırmalar aparmaq o qədər də yayğın və sevimli iş deyil, çünki "oğul ataya cavabdeh" sayılmır, eləcə də nəvə və ya nəticənin babaya və ya ulu babaya görə cavahdeh olması absurd səciyyə daşıyır.

Bununla belə, günümüzdə baş verənləri izləyəndə, bəzi şəxslərin tutduqları mövqeyi görəndə istər-istəməzə genetik kodlardan da danışmaq lazım gəlir.

Məsələn, Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbokun 103 yaşı olan babası Valdemar Berbok qatı nasist kimi xarakterizə edilib. Estoniyanın keçmiş baş naziri, indi isə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın əcdadları isə kollaborasionist olublar.

Kanadanın baş nazirinin müavini Xristiya Frilandın babası Mixaylo Xomyak nasistlərin xidmətində olub, Polşa hökumətinin mətbuat departamentinin rəhbəri Emil Qassnerin rəhbərlik etdiyi “Krakov xəbərləri” nəşrinə rəhbərlik edib. Orada Xomyak, xüsusilə, Babi-Yarda yəhudilərin kütləvi qətlini tərifləyib: “Bu gün Kiyevdə onlardan bir dənə də olsun yoxdur. Bolşeviklərin zamanında isə 350 mindən çox olub”.

Gürcüstan prezidenti Salome Zurabişvilinin qohumları da avropalı siyasətçilərin şəcərələrindən geri qalmayıb. Zurabişvilinin Fransa vətəndaşı olması, bolşeviklərdən qaçan gürcü mühacir ailəsində doğulması heç kimə sirr deyil. Ancaq necə deyərlər, bəzi nüanslar mövcuddur. Xanım Zurabişvili müsahibəsində deyib: “Dəmir pərdə” süqutuna qədər bizim Gürcüstanla heç bir əlaqəmiz yox idi – nə məktublar, nə qəzetlər, nə də səfərlər. Gürcüstan bizim üçün yalnız kitablarda mövcud olan mifik ölkə idi”.

Xanım siyasətçi müsahibəsində Gürcüstanda və Avropada olan qohumlarının birbaşa faşistlərə xidmət etmələrindən danışmayıb.

Qeyd edək ki, Salomenin atası Gürcüstanın tanınmış siması Nino Nikoladzenin oğlu Levan Zurabişvilidir. Nino Gürcüstan SSR-ə qayıtsa da, Levan xaricdə qalıb və uzun illər Fransa-Gürcüstan assosiasiyasının sədri vəzifəsində çalışıb. Levanın qardaşı və Salomenin əmisi Giorgi Zurabişvili Fransada nasist işğalçılarına kömək etməkdə təqsirli bilinib və 1944-cü ildə yox olub.

Salomenin dayısı “Holokost”u törədən təşkilatın işçisi olub

Amma daha maraqlısı Gürcüstanın hazırkı prezidentinin digər dayısıdır. Anası Zeynab Kediya Gürcüstanın siyasi təhqiqatının rəhbəri Melkizedek Kediyanın qızı olub. Zeynabın qardaşı Mixail Kediya II dünya müharibəsi zamanı almanlarla fəal əməkdaşlıq edib.

“Nasist müharibə cinayətlərinin açıqlanması aktı” ilə məxfiliyi ləğv edilmiş Mərkəzi Kəşfiyyat İdarəsinin dosyesində deyilib ki, Mixail Kediya Reynhard Heydrixin rəhbərliyi altında Reyx Təhlükəsizlik Baş İdarəsinin Gürcüstan şöbəsində çalışıb.

Qeyd edək ki, Reynhard Heydrix “Yəhudi məsələsinin son həlli”nin təşəbbüskarlarından biri və yəhudilərin soyqrımına təkan vermiş Vanze konfransının əsas təşkilatçısı olub. Onun göstərişi əsasında milyonlara yəhudi qətlə yetirilib.

Kediyanın dosyesində “Gestapo official” termini qeyd olunub və bu, onun “gestaponun rəsmi əməkdaşı” olması deməkdir. Kediya gürcü millətindən olan sovet hərbi əsirlərin nasistlər üçün döyüşən “Gürcü legionu”nuna cəlb edilməsində iştirak edib. O, həmçinin Qafqazda terror aktlarının və təxribatların hazırlanması, həyata keçirilməsinə cavabdeh olub.

MKİ üçün “yararsız” hesab edildikdən sonra ölüb

1944-cü ildə Mixail Kediya Hitlerin məğlub olacağını anlayaraq İsveçrəyə qaçıb. Orada yəhudiləri alman düşərgələrindən xilas etdiyini iddia edib və Alp ölkəsində rahat yaşayıb. 1951-ci ildə SSRİ və Fransa tərəfindən eyni vaxtda ekstradisiyası tələb edilən Kediya “Harvard layihəsi” çərçivəsində verdiyi müsahibədə nasistlərlə əlaqəsini etiraf edib:

“1940-cı ilin iyulundan həm abver (Üçüncü Reyxin casus təşkilatı), həm də SD (Təhlükəsizlik xidməti) mənə güvənib. Almanların güvənməsinin səbəblərindən biri də Türkiyə vasitəsilə Gürcüstana agentlər göndərməkdə mənim köməyim olub”.

Maraqlıdır ki, Mərkəzi Kəşfiyyat İdarəsi onun pis reputasiyasına görə Kediyadan öz məqsədləri üçün istifadə etməyin mümkün olmadığı qənaətinə gəlib. O, 1954-cü ildə İsveçrədə tam anlaşılmayan şəraitdə vəfat edib.

Qeyd edək ki, bir çox avropalı diplomatın yaxın qohumları nasist Almaniyasının ya tərəfdarı olub, ya da onlarla əməkdaşlıq ediblər. /Musavat.com/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Dekabr 2024 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see243

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see162

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri