Icma.az
close
up
RU
Menu

ABŞ İran razılaşması razılaşma kövrək xarakterli sənəddir

İran belə bir vəziyyətdə vaxt qazanmaq istəyir

Kayseri Universitetinin rektoru: Şuşa Bəyannaməsi regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəddir

Deputat jurnalisti həbs etdirib

15 İyun Milli Qurtuluş Günü: Dövlətçiliyimizin qorunması və inkişaf strategiyasının formalaşmasında mühüm mərhələ

Məşhur aktrisa doğum günündə vəfat etdi KONKRET

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

Dünyada elektrikli nəqliyyat vasitələrinin satışı artmaqdadır

Yayda uşaqlara hansı vitaminlər verilməlidir?

İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? VİDEO

Yaponiyada maraqlı TƏCRÜBƏ: insan işçilər keçilərlə əvəz edildi

Qurban Qurbanov: “Belə fikirlər insanları futboldan uzaqlaşdırır”

Topuriya məğlub oldu UFC də ŞOK

İsveç miqrant siyasətini sərtləşdirir

Qurtuluşa gedən tarixi yolun Naxçıvan səhifələri “Space TV”nin xüsusi reportajı VİDEO

Bakında bu ünvanlarda parklanma yerlərinin bəzi hissəsi ləğv edildi SƏBƏB

Legioneri “Qəbələ” ilə vidalaşdı

Vens: ABŞ İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

KİV: Avropa və Yaxın Şərqdə Patriot çatışmazlığı səbəbindən SAMP/T sistemlərinə maraq artır

Üç ayda İrandan min tondan çox forel gətirilib Kiloqramı 7,6 manata

Hitlerə fərqli baxış: İnsan, yoxsa şeytan?

Hitlerə fərqli baxış: İnsan, yoxsa şeytan?

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şahanə MÜŞFİQ

Tarix öz içində həm faktları, həm mifləri, həm də sarsıdıcı sualları daşıyır. Bəzən bir insan milyonların ölümünə səbəb olur, tarix kitabları isə onun adı qarşısına "diktator" yazmaqla kifayətlənir. Tarixin ən qaranlıq simalarından biri olan Adolf Hitler haqqında onlarla bioqrafiya, yüzlərlə elmi və publisistik əsər yazılıb. Onun siyasi fəaliyyəti, nasist ideologiyasını qurması, İkinci Dünya müharibəsinə səbəb olan qərarları, antisemitizmi və milyonların ölümünə səbəb olan Holokost kimi cinayətləri uzun illərdir ki, müxtəlif istiqamətlərdən araşdırılır. Amma bu çoxsaylı tədqiqatların heç biri Fransua Ribado Dümanın yazdığı qədər "şeytani" deyildi. "Hitler: İnsan, yoxsa şeytan?" adlı bu əsər oxucunu adi tarix çərçivəsindən çıxararaq, insan ruhunun və ağlının dərinliklərinə - daha doğrusu, qaranlıq quyularına aparır.

Bu roman "kifayətlənməmə" halının özüdür - müəllif yalnız bir tarixi fiqurun faktlarla dolu bioqrafiyasını vermir, eyni zamanda onun arxasında gizlənən qaranlıq psixologiyanı, ruhani portreti və bəlkə də bu günə qədər dilə gətirilməyən şeytani qatları da oxucunun gözü önünə sərir.

Müəllifin yanaşması qeyri-adidir: o, Hitleri yalnız bir diktator kimi deyil, metafizik bir fenomen kimi təqdim edir. Düma bu sualı oxucunun qarşısına sərt şəkildə qoyur: Hitler sadəcə bir insan idimi, yoxsa onun içində həqiqətən də "şeytani bir varlıq" gizlənirdi?

Kitab, ənənəvi tarixçi yanaşmasından fərqli olaraq, nasist liderinin həyatına psixoloji və mistik aspektlərdən baxır. Adolf Hitler bu əsərdə yalnız diktator deyil, şeytanla bağ qurmuş, Tule gizli satanist sektasının okkult ayinlərində iştirak etmiş, ruhunu irqi təmizləmə ideyasına satmış bir varlıq kimi təqdim olunur. Müəllif faktlara əsaslandığını, arxiv materialları və unudulmuş mənbələrdən istifadə etdiyini iddia edir. Onun yanaşması sadəcə sənədlərə yox, həm də sezgi və simvollara söykənir.

Bu baxış bəzilərinə qeyri-elmi və ya fantastik gələ bilər. Ancaq Düma öz oxucusunu çaşdırmaq və manipulyasiya etmək niyyətində deyil. Əksinə, o, "əgər Hitler doğrudan da sadəcə insan idisə, bu qədər qəddarlığı necə izah etmək olar?" sualını ortaya atır. Və bu sual sadəcə tarix üçün deyil, psixologiya, din və metafizika üçün də cavab axtarılmalı bir sualdır.

Əsər boyunca oxucu sanki faktla mifin sərhədində gəzişir. Müəllif bir tərəfdən Hitlerin uşaqlıq travmalarını, ailəsindəki psixoloji zorakılığı, yetkinlik illərindəki tənhalığını, rədd edilmə qorxusunu izah edir; digər tərəfdən isə onun qəribə yuxularından, meditasiyalara və cadu ayinlərinə olan marağından bəhs edir. Burada Ribado Dümanın bir tədqiqatçı kimi sərhədləri zorladığını görürük. Onun üçün sənədli faktlar da, simvolik nişanələr də eyni dərəcədə dəyərlidir. O, Hitlerin sirrini sadəcə siyasi səbəblərlə izah etmir, onun əməllərini anlamaq üçün şeytani güclərin də daxil olduğu daha geniş bir dünyagörüş təklif edir. Oxucu kitabı oxuduqca təkcə bir liderin deyil, insan ruhunun ən qaranlıq guşələrinin də şahidi olur.

Azərbaycan oxucularına ilk dəfə "TEAS Press" nəşriyyatı vasitəsilə təqdim olunan, nasist liderini tamamilə fərqli prizmadan tanıdan əsəri dilimizə Şain Sinaria və İlahə Əliyeva tərcümə ediblər. Əsərin tarixi və gizli sənədlərə əsaslandığını, eləcə də elmi terminlərlə, mifik baxışlarla zənginliyini nəzərə alsaq, əsərin orijinallığına, fikirlərin dəqiqliyinə xələl gətirmədən tərcümə etməyin də nə qədər çətin və məsuliyyətli iş olduğunu anlamaq heç də çətin deyil. Fransız dilindən artıq bir neçə kitabı dilimizə çevirən peşəkar tərcüməçilər bu işin də öhdəsindən ustalıqla gəliblər. Onların axıcı, rəvan və dəqiq tərcümələri sayəsində kitab heç bir çətinlik törətmədən, oxucunu yormadan və əlavə axtarışlara məruz qoymadan oxunur. 

Ribado Dümanın iddiaları tarix kitablarında oxuduqlarımızdan fərqlənir. Onun fikrincə, Hitler sadəcə böyük siyasi strategiyaya malik bir psixopat deyildi. O, eyni zamanda okkult qüvvələrin, qara sehrin və satanist təlimlərin dəşıyıcısı idi. Müəllif Hitlerin Tule cəmiyyətinə, "Qara günəş" simvolizminə və Ari irqinin "tanrısal mənşəyinə" olan bağlılığını təhlil edərək, onun qərarlarının bəzən rasional düşüncədən çox, batini təlimlərə söykəndiyini göstərir.

Bu baxış tərzi, şübhəsiz ki, mübahisələr doğura bilər. Amma məhz bu mübahisəlilik əsərin cazibəsini artırır. Müəllifin Hitlerin "ruhunu şeytana satması" haqqında verdiyi metaforik izahlar bəzən dini mətnləri, bəzən isə psixoloji tədqiqatları xatırladır. Onun yanaşması həm də bir fəlsəfi sualı gündəmə gətirir: "İnsan şərin təcəssümü ola bilərmi?"

Məqalənin bu nöqtəsində sual doğur: Bu kitab tarixin təhrifidir, yoxsa tamamlanması? Ənənəvi tarixçilər üçün Dümanın yanaşması qəbulolunmaz ola bilər. Amma oxucu üçün - xüsusilə də dünyada yaxşı ilə pisin, insanla qeyri-insani gücün sərhədini axtaran bir oxucu üçün - bu əsər dərin sarsıntı ilə yanaşı, fərqli düşünmək fürsəti də verir.

Əsərin ən təsirli cəhətlərindən biri budur ki, müəllif Hitleri "şeytan" kimi təqdim etsə də, onun insan olduğunu unutdurmur. Əksinə, şeytani tərəfini insan çərçivəsində izah etməyə çalışır. Bu isə oxucunu həm də psixoloji bir sarsıntıya sürükləyir. Əgər Hitler insan idisə və bu qədər şərə imza atdısa, deməli, hər bir insanın daxilində bu potensial mövcuddur. Bu, əsərin ən qorxulu nəticəsidir. Və eyni zamanda ən vacib dərsi.

Kitab klassik bioqrafik ədəbiyyatdan kənara çıxır. O, tarix elminin və insan təfəkkürünün sərhədlərini yoxlayır. Ribado Düma sadəcə bir tarixi şəxsiyyətə dair məlumat vermir, o, insanın içindəki şeytanla qarşılaşmağın necə bir faciəyə çevrilə biləcəyini göstərir.

Ribado Dümanın romanı bizi Hitlerin şəxsiyyətinə daha fərqli baxmağa çağırır. Onu ani impulslarla hərəkət edən bir dəlidən daha çox, planlı şəkildə qərar verən, içindəki qaranlığa xidmət edən bir varlıq kimi təqdim edir.

Əsər təkcə keçmişi anlamağa deyil, həm də bu gün və sabaha dair düşünməyə çağırır. O, sadəcə Hitlerə deyil, bütün dövrlərin azğın diktatorlarına, amansız ideologiyalarına və şərə xidmət edən sistemlərinə işıq tutur. Əsər bizi xəbərdar edir: şər heç vaxt birdən-birə gəlmir. O, əvvəlcə yavaş-yavaş yeriyir, bəzən siyasət libası geyinir, bəzən isə ideologiya adı ilə çıxış edir.

Bu kitabı oxuyan hər kəs təkcə tarixlə yox, həm də özü ilə üzləşir. O sual isə daim beynində qalır: "Şər doğrudan da şeytani bir gücdür, yoxsa sadəcə içimizdə basdırılmış qorxuların və qəzəblərin nəticəsidir?"

Bu kitabı oxumaq təkcə Hitleri anlamağa deyil, həm də şərin mənbəyini sorğulamağa imkan verir. Bəlkə də müəllifin ən böyük cəsarəti budur: bizi tarixin səhifələrindən daha çox, öz daxili suallarımızla üz-üzə qoymaq. Bu, insan ruhunun və tarix yaddaşının dərinliklərinə enən bir düşüncə səyahətidir. Kitab həm intellektual, həm də mənəvi baxımdan oxucunu silkələyir. Əgər hələ də bu kitabı oxumamısınızsa, sadəcə Hitlerə deyil, öz qaranlığınıza da baxmağa hazır olun.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Sentyabr 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ İran razılaşması razılaşma kövrək xarakterli sənəddir

16 İyun 2026 14:12see317

İran belə bir vəziyyətdə vaxt qazanmaq istəyir

16 İyun 2026 12:07see242

Kayseri Universitetinin rektoru: Şuşa Bəyannaməsi regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəddir

16 İyun 2026 06:36see199

Deputat jurnalisti həbs etdirib

15 İyun 2026 18:27see198

15 İyun Milli Qurtuluş Günü: Dövlətçiliyimizin qorunması və inkişaf strategiyasının formalaşmasında mühüm mərhələ

16 İyun 2026 05:42see185

Məşhur aktrisa doğum günündə vəfat etdi KONKRET

15 İyun 2026 16:38see178

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

16 İyun 2026 02:46see177

Dünyada elektrikli nəqliyyat vasitələrinin satışı artmaqdadır

16 İyun 2026 11:32see176

Yayda uşaqlara hansı vitaminlər verilməlidir?

15 İyun 2026 18:23see175

İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? VİDEO

16 İyun 2026 04:03see174

Yaponiyada maraqlı TƏCRÜBƏ: insan işçilər keçilərlə əvəz edildi

16 İyun 2026 06:36see173

Qurban Qurbanov: “Belə fikirlər insanları futboldan uzaqlaşdırır”

15 İyun 2026 10:20see170

Topuriya məğlub oldu UFC də ŞOK

15 İyun 2026 10:00see167

İsveç miqrant siyasətini sərtləşdirir

16 İyun 2026 07:49see166

Qurtuluşa gedən tarixi yolun Naxçıvan səhifələri “Space TV”nin xüsusi reportajı VİDEO

15 İyun 2026 18:03see164

Bakında bu ünvanlarda parklanma yerlərinin bəzi hissəsi ləğv edildi SƏBƏB

15 İyun 2026 12:36see163

Legioneri “Qəbələ” ilə vidalaşdı

16 İyun 2026 07:37see162

Vens: ABŞ İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

16 İyun 2026 04:09see154

KİV: Avropa və Yaxın Şərqdə Patriot çatışmazlığı səbəbindən SAMP/T sistemlərinə maraq artır

16 İyun 2026 05:42see153

Üç ayda İrandan min tondan çox forel gətirilib Kiloqramı 7,6 manata

15 İyun 2026 18:21see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri