Icma.az
close
up
RU
Sabiq nazir yol polisindən şikayətləndi “Get, kimə istəyirsən de!” KONKRET

Sabiq nazir yol polisindən şikayətləndi “Get, kimə istəyirsən de!” KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov polis özbaşınalığı ilə üzləşib.KONKRET.az xəbər verir ki, bu barədə özü məlumat yayıb.

T. Zülfüqarov qeyd edib:

“Beləliklə, bu gün xanımımla oğlumuzu məktəbdən götürməyə hazırlaşdıq və mən maşını saxlayıb fənərləri yandırdım…

Birdən telefonda xəbərləri oxumağım maşının kuzovunun kifayət qədər yüksək səslə döyülməsi ilə kəsildi. Bir az təəccübləndim, arxaya baxdım və hadisə yerindən sürətlə uzaqlaşan polisi gördüm.

Fikirləşdim ki, nəsə olub və maşından düşüb nə baş verdiyini anlamağa çalışdım.

Gördüm ki, YPX əməkdaşı ona yaxınlaşmağım üçün mənə əl yelləyir. Təəccüblənməyə və hətta onun “ədəb-ərkan”ından bir az da inciməyə davam edərək, özünün mənə yaxınlaşa biləcəyini duruşumla göstərirəm.

Görünür, heç kimin ona yaxınlaşmayacağını anlayan polis kifayət qədər emosional şəkildə öz “kareta”sına mindi və mənə qeyri-rəsmi – “sən” deyə müraciət edərək və cərimə ilə hədələyərək maşınımı kənara çəkməyi tələb etdi.

Mən də onun üçün əlçatan olmayan formada nəzərinə çatdırıram ki, öz hədələrini başqası üçün saxlaya bilər və hər hansı məsələ ilə bağlı mənə müraciət etmək istəyirsə, bunu qanunla müəyyən edilmiş formada etməlidir.

Konsensusa və qarşılıqlı anlaşmaya varmadan yollarımızı ayırdıq…

Açığı, parklanma qaydalarını pozmaq məsələsində hansımızın haqlı olduğuna əmin deyiləm, amma qanunun tələblərinə uyğun davranmaq tələbinə cavab olaraq cərimə kəsilməsinin qanunsuz olduğunu bilirəm.

Ən azı, vətəndaşa, xüsusən də özündən xeyli yaşlı bir insanı “sən” deyə aşağılamaq, sadəcə, olaraq qəbuledilməzdir.

Mən təbii ki, cəriməni ödəyəcəm və bu işçinin adını ictimaiyyətə açıqlamayacam, çünki bu, onun işində müəyyən çətinliklər yaradacaq və problemi həll etməyəcək.

Hə, yeri gəlmişkən, söhbətimiz onun ənənəvi “get, kimə isteyirsən de” ifdəsi ilə bitdi, yəni cərimə yığımında “əmək fədaisi”, rəhbərlərlə yaxşı münasibətdə olduğuna eyham vurdu.

Yeri gəlmişkən, YPX-nin saytında “vətəndaş müraciətləri” bölməsi işləmir, bəlkə onu da ASAN Xidmət-lə əvəzləmək lazımdır?”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Aprel 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see248

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see216

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see202

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see197

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see194

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see164

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see151

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see149

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see149

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see142

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see139

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see136

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see130

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see127

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see127

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see126

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see125

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri