Tramp onu paraşütlə Kubaya göndərmək istəyir
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp ölkənin dövlət katibi Marko Rubionu paraşütlə Kubaya göndərmək istəyir.
“Qafqazinfo” “Fox News”a istinadən xəbər verir ki, Tramp bu barədə Texas ştatında zarafatla bildirib.
“Ola bilsin, İranla məsələni bitirdikdən sonra, geri qayıdarkən Markonu Kubaya endirərik. Onu oraya paraşütlə göndərərik. Biz onu düz Kubanın mərkəzinə endirərik, o isə məsələni 15 dəqiqəyə həll edər”, - deyə ABŞ lideri ölkələr arasında münasibətlərə toxunaraq bildirib.
Qeyd edək ki, bu ilin əvvəlindən ABŞ rəhbərliyi mütəmadi olaraq Kubaya qarşı məhdudiyyətlər tətbiq edib. D.Tramp İranla münaqişə başa çatdıqdan sonra Kubada siyasi sistemdə dəyişikliyə nail olmaq niyyətindədir.
Baxış sayı:82
Bu xəbər 28 Oktyabr 2026 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















