Icma.az
close
up
RU
Getdikcə elmə olan maraq azalır, doktorantura pilləsi 1 ə endirilməlidir Deputat

Getdikcə elmə olan maraq azalır, doktorantura pilləsi 1 ə endirilməlidir Deputat

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Azərbaycanda doktorantura iki pilləlidir və elm sahələri göstərilməklə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri müəyyənləşdirilir. Doktoranturada təhsil fəlsəfə və elmlər doktoru proqramları üzrə əyani və ya qiyabi formada həyata keçirilir. 

Fəlsəfə doktoru proqramı üzrə əyani təhsil müddəti 3, qiyabi 4, dissertantlıq yolu ilə isə 4 ildir. Elmlər doktoru proqramı üzrə isə əyani təhsil müddəti 4, qiyabi və dissertantlıq yolu ilə 5 ildir. 

Ali təhsil müəssisələrinin və elmi təşkilatların doktoranturanın birinci pilləsinə magistr və ona bərabər tutulan mütəxəssislər, ikinci pilləsinə isə fəlsəfə doktorları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada qəbul olunurlar. 

Qeyd edək ki, doktorantura pilləsinin 1-ə endirilməsi ilə bağlı təkliflər var. Bəs bir pilləli doktoranturaya keçid olarsa, bunun hansı üstünlükləri olacaq?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirdi ki, dünyanın əksər ölkələrində bu gün doktorantura səviyyəsi yalnız bir pillədən ibarətdir:

“Bəzi ölkələri çıxmaq şərti ilə heç yerdə doktorantura iki səviyyədən ibarət deyil. Amma Azərbaycanda bu proses iki dəfə gedir və hər iki mərhələ çətindir. Alimlərimiz bu məsələdə ciddi çətinliklər çəkirlər, yəni onlar iki dəfə doktoranturadan keçməklə ağır bir prosesdən keçmiş olurlar. Təklif ondan ibarətdir ki, bu məsələyə baxılsın. AMEA-da və ümumiyyətlə ali təhsil müəssisələrində alimlərlə bağlı çətinliklərimiz var. Getdikcə elmə olan maraq azalır və daha da aşağıya doğru gedir. Bu məsələ bizə imkan verəcək ki, biz bu prosesi asanlaşdıraq və daha çox gənc elmə yönələcək".

Millət vəkili hesab edir ki, eyni zamanda önəmli məsələlərdən biri də odur ki, doktorantura təhsili beynəlxalq standartlara, meyarlara uyğun gələcək.

"Xaricə gedəndə orada bu məsələ onlar tərəfindən anlaşılmır və birmənalı qəbul olunmur. Məsələ odur ki, biz bu məqama yenidən baxmalıyıq və nəzər salmalıyıq. Bu istiqamətdə müəyyən addımlar atmalıyıq ki, beynəlxalq standartlara uyğunlaşsın, həm də insanlar rahat şəkildə elmi dərəcələri əldə edə bilsinlər”,- deyə Ceyhun Məmmədov vurğuladı.

BƏNÖVŞƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Yanvar 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri