Icma.az
close
up
RU
Həyət evlərinə maraq getdikcə azalır

Həyət evlərinə maraq getdikcə azalır

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Son dövrlərdə subasma riski olan ərazilərdə baş verən yağışlar və daşqınlar daşınmaz əmlak bazarında yeni tendensiya yaradıb.  Eyni zamanda sosial şəbəkələrdə aparılan reklam kampaniyalarında “hər yeri su basdı, burada bir damcı da su yoxdur” kimi iddialar daha çox diqqət çəkməyə çalışır və bazar davranışına psixoloji təsir göstərir. Nəticədə həm real təhlükə qavrayışı, həm də marketinq yanaşmaları daşınmaz əmlak qiymətlərində fərqlənən dinamika formalaşdırır.
Məsələ ilə bağlı əmlak eksperti Anar Nəsirov Demokrat.az-a bildirib ki, 2025-ci ilin dekabr ayından əmlak bazarında başlayan durğunluq yenə də davam edir:
"Çıxarışı olan və ipotekaya yararlı mənzillərdə cüzi qiymət artımı olub. Biz əvvəlcədən düşünürdük ki, ipotekanın təsdiq olunması əmlak bazarına yeni nəfəs verəcək, amma bu gözləntiləri doğrultmadı. İpoteka təsdiq olunandan sonra da əmlak bazarında ciddi dəyişiklik baş vermədi. İnsanların əllərindəki vəsaiti əmlaka yatırmaq istəməməsi və ya qiymətlərin daha da enməsini gözləməsi ehtimal olunur.
Su basan ərazilərdə evlərin qiymətlərinə gəldikdə, əsasən bu zonalarda həyət evləri tikilib. Həyət evlərinə son 1–2 ildə alıcı marağı azdır. Bunun səbəbi bir qismində sənəd probleminin olması, digər qismində isə kanalizasiya, su və işıq kimi kommunikasiyalara qoşulma çətinliyidir. Bu səbəblərdən həyət evlərinə maraq getdikcə azalır".
Ekspertin sözlərinə görə, bütün dünyada olduğu kimi, Azərbaycanda da əmlak bazarı özü-özünü tənzimləyir:
"Alıcı çox, satıcı az olduqda qiymətlər artır, əks halda azalır. Məsələn, satmaq istəyən şəxs alıcı tapmadıqda qiyməti endirir. Bunu görən digər satıcılar da qiymətləri aşağı salır və nəticədə rəqabət formalaşır, bu da qiymətlərin enməsinə səbəb olur.
2026-cı il əmlak bazarı üçün uğurlu il sayılmır. İlin sonuna qədər vəziyyət dəyişə bilər, amma hazırda bazar sakitdir. Əvvəllər ayda 200–300 alıcı bazara daxil olurdusa, indi bu rəqəm birrəqəmli səviyyəyə enib. Daşınmaz əmlak bazarında durğunluq davam edir və bunun nə qədər sürəcəyi hələlik qeyri-müəyyəndir. İpoteka da bazara ciddi təsir göstərə bilmədi. Hazırda əmlaka investisiya etmək istəyənlərin sayı xeyli azdır", - deyə o qeyd edib.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Aprel 2026 22:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see349

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see280

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see267

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see266

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see264

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see255

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see254

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see253

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see250

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see247

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see235

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see233

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see226

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see224

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see222

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see219

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see201

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see198

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see196

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri