Icma.az
close
up
RU
Gimnastika üzrə Azərbaycan birinciliyində ilk günün qalibləri müəyyənləşib

Gimnastika üzrə Azərbaycan birinciliyində ilk günün qalibləri müəyyənləşib

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Şəki Olimpiya İdman Kompleksində təşkil olunan bədii gimnastika üzrə 30-cu ölkə birinciliyində balacalar yaş kateqoriyası üzrə yarışların qalibləri müəyyənləşib.

Bu barədə "Report"a Gimnastika Federasiyasının mətbuat xidmətindən bildirilib.

Yarışın birinci günündə balacalar yaş kateqoriyası üzrə gimnastlar alətsiz, halqa və gürzlər proqramı üzrə çıxışlarını sərgiləyiblər. 2017-ci il təvəllüdlü gimnastlar arasında birinci yeri "Ocaq Sport" Klubundan Leyli Qayıblı, ikinci yeri Su İdman Sarayından Miray Həsənəliyeva, üçüncü yeri isə Sumqayıt OİK-dən Nuray Dolçayeva əldə edib.

2016-cı il təvəllüdlü gimnastlar arasında "Ocaq Sport" Klubundan Zeynəb İsmayılova qızıl, Suel Kasımova gümüş, Aylin Gözəlova isə bürünc medalın sahibi olub.

2015-ci il təvəllüdlü gimnastlar arasında "Ocaq Sport" Klubundan Mira Özel qızıl, Su İdman Sarayından Aminə Sadıxova gümüş, "Ocaq Sport" Klubundan Nilay Pünhanlı bürünc medalın sahibi olub.

Balacalardan ibarət qrup hərəkətləri komandaları arasında alətsiz proqram üzrə qızıl və gümüş medalı "Ocaq Sport"Klubunun gimnastları, bürünc medalı isə Abşeron OİK qazanıb. Çoxnövçülük və 5 ip proqramı üzrə "Ocaq Sport" Klubu ilk üçlüyün sahibi olub.

Qeyd edək ki, bu gün yekun vurulacaq yarış III MDB Oyunları öncəsi sınaq xarakteri daşıyır. Yarışda ölkəmizin müxtəlif bölgələrini təmsil edən 13 klubdan 130 gimnast iştirak edir. Gimnastlar balacalar, yeniyetmələr, gənclər yaş kateqoriyaları üzrə fərdi və qrup hərəkətləri proqramlarında halqa, top, lent, gürzlərlə çıxış edirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 Sentyabr 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri