Icma.az
close
up
RU
Gırginləşən Gürcüstan Qərb münasibətləri, sonuc necə olacaq?

Gırginləşən Gürcüstan Qərb münasibətləri, sonuc necə olacaq?

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


İyulun 15-də Avropa İttifaqının Xarici İşlər Nazirlər Şurası Gürcüstanla bağlı vizasız gediş-gəliş məsələni müzakirə edib. İttifaqın Xarici İşlər Nazirləri Şurası hər hansı bir qərar qəbul edə bilməyib. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Xarici İşlər Nazirləri Şurasının toplantısından sonra bildirib ki, nazirlər Gürcüstanla bağlı vizasız rejimin, assosiasiya haqqında sazişin dayandırılması və sanksiyalar daxil olmaqla müxtəlif variantları müzakirə ediblər. Ali nümayəndə qeyd edib ki, “Gürcü Arzusu” hökumətinin siyasətini də sərt şəkildə tənqid edib.
Avropa İttifaqı Gürcüstan hakimiyyətinə verilən tövsiyələrin yerinə yetirilməsi üçün cari il avqustun 31-dək vaxt verib. İttifaqın qərarsızlığının birinci səbəbi onun daxilində yaranan kəskin fikir ayrılığı ilə bağlıdır. Bu təkcə Gürcüstan məsələsinə görə deyil. İstər Rusiyaya ilə münasibətlərin yenidən qurulması, istər Ukraynayaya yardım məsələsində, istərsə də Çinlə əməkdaşlığın qurulması məsələsində Avropa ölkələri arasında ciddi fikir ayrılıqları müşahidə edilir. Hazırda da ittifaqa daxil olan bəzi ölkələr Gürcüstana sanksiya siyasətinin həyata keçirilməsinə imkan vermək istəmir. İkinci tərəfdən isə ittifaq rəhbərliyi özü də Gürcüstanı itirmək niyyətində deyil. Bu faktiki olaraq Avropanın Cənubi Qafqazdakı varlığını təhlükəyə atır.
Bu bölgə " qoca qitə " üçün xüsusi əhəmiyyət daşıyır. Həm İrana və Rusiyaya qonşuluq, həm də Çinlə əlaqələr üçün körpü rolunu oynaması baxımından Cənubi Qafqaz regionu mühüm strateji əhəmiyyət kəsb edir. İttifaqın bölgənin digər ölkələri Azərbaycan və Ermənistanla münasibətləri istənilən səviyyədə deyil. Rəsmi Bakı Avropanın bəzi təşkilatlarının qərəzli siyasətinə cavab verdiyi üçün münasibətlər demək olar ki, tamamilə dayandırılıb, İrəvan isə Avropa İttifaqına üzvlük üçün müraciət etsə də daha çox ABŞ - yə meyillik edir, eyni zamanda Rusiya ilə də münasibətlərin tam pozulmamasına çalışır.
Bu baxımından ittifaq Ermənistanla da istənilən siyasəti qura bilmir. Avqustun 31 - dən sonra Brüssel Tiflisə qarşı müəyyən sərt addımlar ata bilər. Ancaq ehtimal ki, bu addımlar mərhələli şəkildə olacaq. Çünki ittifaqa lazım olan Gürcüstanı geri qazanmaqdır. Bu müddət ərzində açıq - gizli danışıqların aparılması da mümkündür. Ancaq " Gürcü Arzusu " hökuməti açıq şəkildə bildirir ki, ölkəsinin milli maraqlarından heç bir halda güzəştə getmək niyyətində deyil. Buna görə də əgər Avropa İttifaqı Gürcüstanla normal münasibətlər istəyirsə geri müəyyən çəkilməli, öz tələblərinin bəzilərindən imtina etməli olacaq.
Zeynal Əmrəliyev, politoloq
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 21 İyul 2025 22:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see339

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see338

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see332

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see302

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see293

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see292

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see266

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see265

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see254

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see248

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see235

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see233

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see232

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see227

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see226

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see222

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see219

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see216

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see204

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri