Icma.az
close
up
RU
Gizlədilən bir qəsdin tarixçəsi

Gizlədilən bir qəsdin tarixçəsi

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yaxud Azərbaycan təyyarəsini kim, niyə vurub?Məlum olduğu kimi, dekabrın 25-də "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə (AZAL) məxsus sərnişin təyyarəsinin Qazaxlstanın Aktau şəhərində qəza enişi etməsi nəticəsində təyyarədə olmuş 67 nəfərdən 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

"Embrarer-190" təyyarəsu Bakı-Qroznı reysi ilə uçurdu. Ancaq Qroznı hava limanı, eləcə də, Mineralnıye Vodı, Mahaçqla şəhərləri də təyyarəni qəbul etməyib. Nəticədə pilotlar təyyarəni Qazaxıstanın Aktau şəhərindəki hava limanına endirməyə çalışıblar. Ancaq hava gəmisinin aldığı zədələr - idarəetmənin sıradan çıxması buna imkan verməyib. Nəticədə təyyarə yerə düşüb və faciəli hadisə baş verib.

Qəza baş verdikdən dərhal sonra ilkin məlumatda deyilirdi ki, guya hava dumanlı okduğundan təyyarənin Qroznıya enməsinə icazə verilməyib və guya "Embrarer-190" quş dəstəsi ilə toqquşub. Ancaq

Reuters agentliyi hsdusəyə dair istintaqın gedişi ilə tanış olan Azərbaycan rəsmi şəxslərinə istinadla məlumat yayıb ki, AZAL-ın təyyarəsini Rusiya Hava Hücumundan Müdafiə Qoşunları "yer-hava" tipli raketlə vurub.

Bu məlumat hadisə ilə bağlı mülahizələrin bütün axarını dəyişdirir. Əslində Azərbaycan tərəfi də Rusiya rəsmi qurumlarının verdiyi ilkin versiyaya əvvəldən inanmamışdı. Prezident İlham Əliyev Rusiyaya səfərini yarımçıq qoyaraq, dərhal yoldan qayıtmış və müşavirə keçirmiş, demişdi ki, müxtəlif versiyalar var. Dövlət başçısı bütün versiyaların araşdırılmasına göstəriş vermişdi. Azərbaycan bu hadisənin hərtərəfli və obyektiv araşdırılmasını tələb edir və buna çalışır.

APA agentliyinin xəbərinə görə, hadisədən dərhal sonra Rusiya və Qazaxıstan qəzanı Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası Aviasiya Komitəsini araşdırmasını təklif edib, amma Azərbaycan bundan imtina edib. Rəsmi Bakı tələb edib ki, hadisəni beynəlxalq ekspertlərdən və "Embrarer"in öz mütəxəssislərindən ibarət qrup araşdırsın. Eyni zamanda "qara qutu"ların oxunmasını da həmin qrup həyata keçirsin deyə tələb irəli sürüb. Azərbaycan Türkiyədən də mütəxəssislər cəlb edib. Eyni zamanda Azərbaycan Baş Prokurorluğunda qaldırılmış cinayət işi çərçivəsində istintaq qrupları Qazaxıstanın Aktau və Rusiyanın Çeçenistan Respublikasının Qroznı şəhərinə ezam ediliblər. Azərbaycan Baş Prokurorluğunun nümayəndələri Rusiya Baş Prokurorluğunun razılığı əsasında və Rusiyalı həmkarları ilə birlikdə istintaq hərəkətlərini və başqa zəruri prosessual prosedurları həyata keçirirlər.

Bütün bunlar göstərir ki, istintaq, prezident İlham Əliyevin tapşırdığı kimi, bütün versiyaları araşdırır. Ancaq ehtimal etmək olar ki, əsas versiya olaraq, təyyarənin vurulması nəzərdən keçirilir. Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov da The War Zone proyektində yazıb ki, Azərbaycan təyyarəsini Rusiya HHMQ raketlə vurub. Budanov yazıb ki, həmin vaxt Qroznı şəhərinə pilotsuz uçuş aparatları ilə hücum edilirdi. Yeri gəlmişkən, hücumdavam edir; belə bir məlumat var ki, AZAL-ın Bakı-Mineralnıye Vodı reysi üzrə uçan təyyarəsi bu gün səhər Bakıya geri qayıdıb.

Müstəqil kompetent mənbələr - hərbçilər, aviasiya mütəxəssisləri, beynəlxalq hüquq üzrə ekspertlər bir neçə məqama diqqəti cəlb edir. Birincisi, Qroznıya və ümumiyyətlə, Şimali Qafqaz şəhərlərinə hava hücumu olduğu halda Rusiya tərəfi həmin bölgələri uçuşa qapamalı idi, ancaq bu, edilməyib. İkincisi, təyyarənin Qroznıya, yaxud yaxın şəhərlərdən birinə - təhlükəsiz hava limanına enməsinə icazə verməli idi, verməyib. Üçüncüsü, təyyarəni Aktauya - dəniz üzərinə yönləndirmək də, yumşaq desək, şübhəli qərar olub. Ekspertlərin fikrincə, zədələnmiş və GPS sistemi söndürülmüş təyyarəni dəniz üzərinə yönləndirməkdən məqsəd hava gəmisini dənizə salmaq olub. Belə olsaydı, bütün ekipaj və sərnişinlər həlak olacaqdı, şahid qalmayacaqdı, qara qutunu tapmaq və hadisəni obyektiv araşdırmaq mümkünsüz, ya da çətin olacaqdı. Ancaq pilotların peşəkarlığı və fədakarlığı nəticəsində bu məkrli plan pozulub.

Azərbaycan, təbii və haqlı olaraq, hadisəni müstəqil ekspertlərin araşdırmasını istəyir. Bu qəzanın hansı səbəbdən baş verdiyini Azərbaycan dövləti tam və dəqiq bilmək, öz cəmiyyətinə doğru məlumatı çatdırmaq istəyir. Çünki prezident də müşavirədə demişdi ki, qəza ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb və hamı görüb. Deməli, təyyarənin hava şəraiti, quş dəstəsi ilə toqquşma, texniki nasazlıq, yaxud pilotların səhvi üzündən qəzaya uğraması ehtimalı azdır və ya heç yoxdur. Qalır təyyarənin raketlə vurulması versiyası. Bu isə ya xüsusi qəsd ola bilər, ya cinayətkarcasına səhv. Qəsd də olsa, səhv də olsa, həqiqət ortaya çıxmalıdır; zatən istintaq da bunun üçün var. Əlbəttə, səhv ola bilər, amma təyyarə vurulduqdan sonra onun təcili enişinə icazə verməmək, əksinə dənizə - insanları labüd ölümə göndərmək qəsddir. Bunun başqa adı ola bilməz. Azərbaycanın da gözləntisi odur ki, əgər belə olubsa (ki, olub), Rusiya tərəfi dərhal araşdırna aparıb, Azərbaycandan üzr istəməli, təqsirkarları aşkar edib cəzalandırmalı və həlak olanların ailələrinə, yaralılara kompensasiya ödəməlidir.

Azərbaycan və Rusiya yaxın qonşu, dost, strateji müttəfiq olan ölkələrdir. Ancaq bu, Azərbaycanın həqiqətə münasibətini dəyişmir. Burda Aristotelin məşhur kəlamı yada düşür: "Platon mənə əzizdir, ancaq həqiqət ondan da əzizdir".

Ona görə bu situasiyada Azərbaycanın davranışları həm beynəlxalq hüquqa, həm Rusiya ilə münasibətlərin məntiqinə, həm də ən əsası insanlıq qanunlarına tam uyğundur. Azərbaycan hansı ölkədə, hansı şəraitdə, hansı formada, kimin günahı üzündın olursa-olsun, dara düşən, zərər görən vətəndaşına sahib çıxmanın nümunəsini göstərir. Eyni zamanda, təbii ki, Azərbaycan cəmiyyəti ölkənin hava yolları şirkətinin də bu hadusədə günahsız, uçuşlarının təhlükəsiz olduğuna inanır və bunun tam sübuta yetirilməsini gözləyir.

Bahəddin Həzi, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 27 Dekabr 2024 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see525

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see486

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see358

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see278

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see273

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see264

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see261

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see258

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see251

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see236

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see235

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see235

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see231

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see219

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see210

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see206

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see200

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see182

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see173

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri