Icma.az
close
up
RU
Gizlədilən gerçəklik: Azərbaycanlıların da olduğu ən təcrid olunmuş şəhər VİDEO

Gizlədilən gerçəklik: Azərbaycanlıların da olduğu ən təcrid olunmuş şəhər VİDEO

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiyanın şimalında, Sibirdə yerləşən Norilsk dünyanın ən təcrid olunmuş və yaşaması ən çətin şəhərlərindən biri hesab olunur. Ağır sənaye və mədənçilik fəaliyyəti ilə tanınan bu şəhər, eyni zamanda sərt iqlimi və uzun müddət davam edən qaranlıq qış ayları ilə seçilir. Bütün bu amillər Norilskin “dünyanın ən depressiv şəhəri” kimi tanınmasına səbəb olur.

Çətin iqlim şəraiti

Norilsk dünyanın ən şimalında yerləşən şəhərlərdən biridir. Burada qış mövsümü təxminən 8 ay davam edir və temperatur -30 dərəcədən aşağı enir. Qış boyunca şəhər demək olar ki, tamamilə qarla örtülür. “Qütb gecəsi” adlanan dövrdə isə Norilskdə təxminən iki ay ərzində günəş ümumiyyətlə görünmür. Uzun sürən qaranlıq və sərt soyuq hava şəraiti şəhər sakinlərinin psixologiyasına ciddi təsir göstərir. Bütün son dərəcə çətin şəraitə baxmayaraq, şəhərdə təxminən 170 min insan yaşayır. Norilsk sakinlərinin orta aylıq gəliri 986 ABŞ dolları təşkil edir. Bu isə Rusiyada orta aylıq gəlirdən (739 ABŞ dolları) xeyli yüksəkdir. Şəhərdə yaşayanlar arasında ruslar, ukraynalılar və azərbaycanlılar üstünlük təşkil edirlər.

Norilskdə daimi yaşayışın əsasını qoyan məskunlaşma prosesi keçən əsrin 1920-ci illərindən etibarən başladı. SSRİ ağır sənayenin inkişafı və qiymətli metalların hasilatı üçün nikelə ciddi ehtiyac duyurdu və bu ehtiyac burada istehsalın başlanmasını zəruri etdi. Şəhərdə ilk müvəqqəti taxta tikili 1921-ci ildə salındı.

1930-cu illərdə isə “xalq düşməni” adlandırılan on minlərlə məhkum insan yaşamına uyğun olmayan Norilskə göndərildi. Bu məhkumların əksəriyyəti zavodların inşasında işlədildi. Həmin zavodlar qiymətli metalların istehsalı üçün nəzərdə tutulmuşdu. Təxminən -50 dərəcəyə çatan şaxtalı havada işləməyə məcbur edilən bu insanlar arasında aclıq və soyuqdan ölənlərin sayı çox idi. İlk il ərzində məhkumların, demək olar 90 faizi - təxminən 150 min nəfəri həyatını itirdi. Yaranan boşluğu doldurmaq üçün SSRİ rəhbərliyi ölkənin müxtəlif bölgələrindən yeni məhkumları Norilskə göndərməyə başladı.

Norilsk Dağ-Mədən Kombinatının tikintisi əsasən məhkumların əməyi sayəsində qısa müddətdə tamamlanaraq istifadəyə verildi. 1942-ci ildə şəhərdə nikel istehsalına rəsmi olaraq start verildi. İkinci Dünya müharibəsi başa çatdıqdan sonra da Norilskdə yalnız məhkumların çalışdığı böyük həbs düşərgəsi mövcud idi.

Davamlı olaraq ağır şəraitdə yaşayan və bu dözülməz həyatdan bezən məhkumlar, 1953-cü ilin yayında Stalinin ölümündən bir neçə ay sonra kütləvi üsyana qalxdılar. Onlar daha insani şəraitdə yaşamaq və ya cəzalarının qalan hissəsini başqa yerlərdə çəkmək tələbini irəli sürdülər. Lakin bu etiraz hökumət tərəfindən amansız şəkildə yatırıldı. Nəticədə, 50 mindən artıq məhkum yerindəcə güllələnərək qətlə yetirildi.

Sənaye və ətraf mühitin çirklənməsi

Hazırda Norilsk dünyanın ən böyük nikel və palladium istehsalçılarından biri olan “Norilsk Nickel” şirkətinə ev sahibliyi edir. Bu genişmiqyaslı sənaye fəaliyyəti şəhərin hava keyfiyyətinə ciddi şəkildə mənfi təsir göstərir. Nikel zavodu hər il 2 milyondan artıq zəhərli qaz buraxır. Dünyada hava çirkliliyi səviyyəsinin ən yüksək olduğu şəhərlərdən biri kimi tanınır və bu vəziyyət insanların sağlamlığına və ümumi həyat keyfiyyətinə mənfi təsir edir. Nəticədə, Norilskdə orta ömür müddəti cəmi 59 ildir. Halbuki bu göstərici ölkə üzrə orta hesabla 69-dur. 

Təcrid və sosial şərait

Norilsk avtomobil yolları ilə digər şəhərlərlə birləşməyən, tamamilə təcrid olunmuş bir yaşayış məntəqəsidir. Buraya yalnız təyyarə ilə və ya qış aylarında donmuş çaylar üzərindən çatmaq mümkündür. Bu təcrid olunmuş həyat tərzi şəhərdəki sosial münasibətlərə də mənfi təsir edir. Şəhər sakinlərinin əksəriyyəti burada məcburi iş üçün yaşayır. Bu çətin şəraitdə depressiya və psixoloji problemlər geniş yayılıb.

Bütün bu çətinliklərə baxmayaraq, Norilsk sakinləri ağır şəraitdə yaşamağı bacaran güclü bir cəmiyyət formalaşdırıblar. Şəhərdə mədəni tədbirlər və sosial həmrəylik ağır həyatı bir qədər də olsa dözümlü etməkdə mühüm rol oynayır. Buna baxmayaraq, Norilsk bu gün də dünyanın ən çətin və “depressiv” şəhərlərindən biri kimi tanınır.

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://olke.az
archiveBu xəbər 02 İyun 2025 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see159

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri