Icma.az
close
up
RU
Bir gecədə sakinlərilə birgə yanıb kül olan şəhər Sovet dövründə gizlədilən dəhşətli FACİƏ FOTO

Bir gecədə sakinlərilə birgə yanıb kül olan şəhər Sovet dövründə gizlədilən dəhşətli FACİƏ FOTO

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Düz 45 il əvvəl, 1980-ci il sentyabrın 20-nə keçən gecə Rusiyanın Samara vilayətinin Sızran şəhərində baş vermiş dəhşətli partlayış və yanğın yüzlərlə adamın həyatına son qoydu. Bütöv bir şəhər kül oldu, sakinlərin çoxu isə əlil qaldı. Partlayışa qaz tankerinin daşınması ztəhlükəsizlik qaydalarına riayət edilməməsinin səbəb olduğu deyilir, amma bu da müəmmalıdır. Bu barədə daha sonra...

Əvvəlcə hadisənin baş verdiyi gecəyə qayıdaq:

1980-ci il sentyabrın 19-dan 20-nə keçən gecə, təxminən saat 01:40 radələrində Sızran-1 stansiyasında yüksəklikdə qoyulmuş propan-butan qazı daşıyan vaqon hərəkət nəticəsində deşilib. O gecə 27 yaşlı növbətçi Valeri Voronkov xəbərdarlığa baxmayaraq tabeliyində olanlara maye qaz dolu çənləri aşağı endirməyi əmr edib. Nəticədə, Polşaya göndərilməsi planlaşdırılan 36 tonluq tanker saatda təxminən 30 kilometr sürətlə (manevr əməliyyatları üçün icazə verilən sürət saatda 3 kilometrdir) qarşıdan gələn yük maşını ilə toqquşub.

Nəticədə yaranan dəlikdən qaz sızmağa başlayıb və sürətlə “Maşinistlər şəhəri”nə yayılmağa başlayıb. Bax elə işin müəmmasının bir qismi də ondadır ki, bu barədə ekipaj nə rəhbərliyə, nə də yanğınsöndürənlərə xəbər verilməyib. Ən azından şəhər sakinləri xəbərdar edilə bilərdi ki, dəhşətli  aqibətdən qaça bilsinlər.

Qapqara divarlar qalmışdı, bir də kül yığını...

Kiminsə, kibrit və siqaret alışdırmağındanmı, o sərin payız gecəsində bağlarda hələ də tam sönməmiş ocaqların qorundanmı, bəlli deyil, bir qığılcım bəs edib ki, saniyələr içində dəhşətli partlayış bütün şəhəri bürüsün. Partlayış və yanğının gücü o qədər böyük olub ki, şəhərdən kilometrlərlə aralıda yerləşən maşınların boyaları əriyib qabarlanıbmış. 

O hadisədən günlər sonra əraziyə gizlincə baxmış məktəbli qızlar belə xatırlayır:

“Biz iki gün qabaq orda qonaq olmuşduq, çox gözəl şəhər idi, pəncərələrdən musiqi səslənir, uşaqlar həyətlərdə oynayırdılar. İki gün sonra isə nə insanlar vardı, nə pəncərələr... Sadəcə qapqara divarlar qalmışdı, bir də kül yığını...”

Əraziyə həmin gecə yanğınsöndürənlər yalnız kənardan müdaxilə edə bilmişdi, çünki yanğının miqyasından yaxınlaşmaq mümkün deyildi. Stansiyaya yaxın yerləşən birinci və ikinci sıra evlər divarqarışıq tamamən yox olmuşdu, üçüncü sırada isə yalnız divarlar qalmışdı. Təkcə şəhər kənarında yaşayanlar sağ, daha doğrusu əlil qala bildilər. Qalanları elə yerindəcə yanıb kösöv olmuşdular.

Yanmış sakinlərinin külləri süpürülərək qutulara yığılıb

O vaxt təcili yardımda işləmiş Natalya Subbotkina xatırlayır ki, növbətçi olduqları vaxt birdən təcili xəbər gəlir və bütün yardım maşınları Sızrana göndərilir:

“Yadımdadır, uşaqlı bir qadın qaçmağa çalışarkən yanıb kül olmuşdu. Baxmaq olmurdu. Dəhşətli idi. İnsanların pəncərədən tullandığını, küçələrdə paltarları yana-yana qaçdığını gördüm. Amma o halda belə bizə yalvarırdılar ki, “mən heç, uşağımı aparın!” Biz hər maşına eyni vaxtda yalnız səkkiz nəfər yerləşdirə bilirdik. İlk növbədə qadınlar və uşaqları götürürdük, onların dərisi corab kimi yığılmışdı, saçları, qaşları qarsımış, sifətləri kömürləşmişdi”.

Zərərçəkənlərin təxliyyəsi səhərə qədər tamamlanmayıb. Ən ağır xəstələr helikopterlə Kuybışev və Tolyattidəki tibb müəssisələrinə aparılıb. Sentyabrın 22-də isə şəhərin yanmış sakinlərinin külləri süpürülərək qutulara yığılıb.

Həmin gecə 44 ev tamamən yanıb, 30 yaxın insan xəstəxanalara yerləşdirilsə də, sağ qalmayıblar.

Daha neçə insan ağır yanıqlardan əzaları amputasiya edilib, görmə qabiliyyətini itirib. Hadisə nəticəsində ölənlərin ümumi sayı 200-ü ötüb. Üç ildən sonra şəhərin bərpasına başlanılıb, yeri buldozerlərlə hamarlanaraq park salınıb. Taleyin ironiyasına bax ki, hazırda Sızran şəhəri Rusiyanın ən görməli turistik şəhərlərindən biridir. Amma hadisədən 45 il keçməsinə baxmayaraq, bu şəhərdə hələ də kibrit çaxanda havada daha çox alışır.

Faciənin təqsirkarlarına gəlincə...

Səbəbkarlar – növbətçi Voronkov, köməkçisi Furajkin və usta Podnebesov 9 ay sonra hakim qarşısına çıxarılıb. İlk iki müttəhim cəmi altı il, üçüncüsü isə üç il müddətinə azadlıqdan məhrum edilib. O miqyasda baş vermiş qorxunc hadisənin səbəbkarları demək olar ki, cəzasız qalıb. Ona görə də bu adamların sadəcə marionet olduğu və hadisənin arxasında daha böyük güclərin dayandığı düşünülür.

İşin daha bir mistik tərəfi var: şəhərin adına fikir verin – Sızran... Dərhal ağla “sızmaq” feili gəlir, deyilmi? Ruslar bunun fərqində olmaya bilər, amma biz öz doğma türkcəmizi yaxşı bilirik. Onu da əla bilirik ki, Rusiya ərazisindəki toponimlərin əksəriyyəti türk kökənlidir. Və həqiqətən də Sızran şəhəri elə “sızmaq”, daha doğrusu “oyuqdan sızmaq” deməkmiş... Əsrlər öncə aboregen türk xalqları ərazini belə adlandıranda heç ağıllarına da gəlməzdi ki, bu şəhərin aqibəti bir sızmadan fəlakətə səbəb olacaq. Adların taleyüklü olması daha bir bariz nümunədə özünü təsdiqlədi.

Şəfiqə Şəfa, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://bizim.media
archiveBu xəbər 20 Sentyabr 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see264

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see252

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see244

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see218

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see208

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see180

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see169

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see158

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see150

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see149

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see145

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri