Icma.az
close
up
RU
Gizli böhran: Autizmin artmasının arxasındakı həqiqət bu imiş..

Gizli böhran: Autizmin artmasının arxasındakı həqiqət bu imiş..

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son illərdə  uşaqlar arasında autizm spektr pozuntusunun (ASP) yayılması cəmiyyətin diqqət mərkəzində olan mövzulardan birinə çevrilib. Bəs autizm spektr pozuntusunun (ASP) artmasının səbəbi nədir? Maraqlıdır, ana bəhdində daun sindiromunu, eləcə də başqa xəstəlikləri təyin etmək olur. Bəs autizmi  təyin etmək olur? Əgər ailənin ilk övladında autizm spektr pozuntusu (ASP) varsa, ikinci uşağın da autizm olma riski nə qədərdir? 

Bu barədə Moderator.az-a danışan klinik psixoloq,ailə və və uşaq psixoloqu Ruhiyyə Rüstəmova deyib ki, müasir dövrdə autizm spektr pozuntusunun (ASP) geniş yayılması və artmasının arxasında genetik, ekoloji və müxtəlif ətraf mühit faktorları dayanır:

“Araşdırmalar göstərir ki, ailədə bir uşağa autizm diaqnozu qoyulubsa, digər uşağın da bu pozuntuya sahib olma ehtimalı artır. Hamiləlik dövründə ananın infeksiyalara məruz qalması, toksik maddələrə və stresə məruz qalması, həmçinin qeyri-düzgün qidalanması kimi faktorlar da ASP riskini yüksəldə bilər. Çirklənmiş hava, kimyəvi təsirlər və qeyri-sağlam həyat tərzi də uşaqların inkişafına mənfi təsir göstərən amillər sırasındadır. Autizm spesifik bir genetik mutasiya ilə bağlı olmadığından prenatal testlərlə aşkarlana bilmir. Autizmin ilk əlamətləri altı ay, üç yaş arasında görünür. Bəzi bilgili valideynlər var ki, uşaq 18 aylıq olduğu dövrdə digər uşaqlardan fərqliliyi hiss edə bilirlər və ilkin olaraq mütəxəssislərə, nervopatoloqlara və psixoloqlara müraciət edirlər. Demək, valideynlər nəyə diqqətli etməlidirlər? Göz təmasını qurmamaq, ada çağırıldıqda uşaq əgər reaksiya vermirsə, heç bir səs çıxartmırsa və yaxud da iki yaşında cümlələr qurmalı olduğu halda bunu edə bilmirsə, üstəlik təkrarlanan davranışlar nümayiş etdirirsə – məsələn, əllərini sağ və sol tərəfdə baş istiqamətinə qaldırıb yellədirsə, obyektləri fırladırsa və ya eyni hərəkətləri təkrarlayırsa, uzun müddət eyni oyunla oynayırsa – bu hallar valideynlər üçün siqnal olmalıdır. Həmçinin həssaslıq problemləri də mövcuddur; məsələn, səs-küyə, toxunuşa və ya işığa qarşı həddindən artıq hiperaktiv reaksiya vermələri bəzən müşahidə edilir. Misal üçün, autizmli uşaqlar oyuncaq maşının təkərini barmaqları ilə dayanmadan fırlada və diqqətlə ona baxa bilərlər, amma maşını sürməzlər. Bu cür davranışlar erkən əlamətlərdən biri ola bilər”.

Psixoloq əlavə edib ki, valideynlər uşağın inkişafında hər hansı fərqlilik hiss etdikdə nervopatoloq, inkişaf psixopedaqoqu və psixoloqlara müraciət edərək ona dəstək ola bilərlər:

“Autizm geniş spektrli pozuntudur və müxtəlif alt növləri var: yüngül səviyyəli autizm, atipik autizm, reqressiv autizm, klassik autizm və hiperaktiv autizm. Yüngül səviyyəli autizmdə uşaqların danışıq qabiliyyəti yaxşı olur, lakin sosial əlaqələrdə çətinlik yaşayırlar. Müvafiq terapiya ilə zamanla irəliləyiş əldə etmək mümkündür. Atipik autizmdə isə bəzi simptomlar klassik autizmə bənzəsə də, zəif formada özünü göstərir və terapiya ilə əhəmiyyətli inkişaf əldə etmək olur. Reqressiv autizmdə uşaq əvvəlcə normal inkişaf edir, lakin 1,5-2 yaşında bacarıqlarını itirməyə başlayır. Düzgün müdaxilə olarsa, bu bacarıqları yenidən bərpa etmək mümkündür. Klassik autizmdə sosial əlaqələrdə ciddi problemlər, kəskin davranış fərqlilikləri və qeyri-adekvat reaksiyalar müşahidə olunur, bu halda sağalma ehtimalı daha çətin olur. Hiperaktiv autizm zamanı isə uşaqlar oxumağa və riyazi məsələlərə maraq göstərmir, sosial ünsiyyət bacarıqları zəif olur. 

Autizm oğlanlarda qızlara nisbətən daha çox rast gəlinir. Bu fərqin yaranmasında genetik, hormonal və diaqnostik fərqlərin rolu olduğu düşünülür. Erkən diaqnoz və düzgün terapiya ilə autizmli uşaqlara həyat bacarıqlarını inkişaf etdirmək üçün daha çox şans vermək mümkündür. Autizmin genetik fərqləri arasında xromosom mutasiyaları mühüm rol oynayır. Xüsusilə, autizm spektri ilə bağlı mutasiya X xromosomunda baş verirsə və kompensasiya olunmazsa, pozuntu daha erkən ortaya çıxa bilər. Hormon fərqlərinə gəldikdə, autizmli uşaqlarda testosteron səviyyəsinin yüksək olması beyin inkişafına mane ola bilər. Diaqnostik fərqlər baxımından isə qızlar sosial bacarıqlarını kompensasiya etməyi daha yaxşı bacardıqları üçün onlarda autizmin aşkarlanması oğlanlara nisbətən daha gec baş verə bilər. Əgər bir ailədə bir uşaqda autizm spektr pozuntusu varsa, ikinci uşağın da autizmə sahib olma riski artır, lakin bu, mütləq deyil”.

Psixoloq vurğulayıb ki, autizmin erkən dövrdə diaqnozu və müalicəsi üçün mütləq şəkildə uşaq nervopatoloqu, psixoloq, psixiatr və pedaqoqlara müraciət etmək vacibdir:

 “Autizm terapiyasında müxtəlif metodlardan istifadə edilir: ABA terapiya (tətbiqi davranış analizi), floortime terapiya, duyğu inteqrasiyası terapiyası, ünsiyyət terapiyaları, erqoterapiya və neyroterapiya. Sensor həssaslığın nizamlanması üçün xüsusi dəstək proqramları tətbiq edilir. Pəhriz və bioloji müdaxilələr də mühüm rol oynayır. Avropada və artıq Azərbaycanda da yayılmış bəzi pəhriz növləri, xüsusilə qlüten və kazein azaldılmış pəhriz, autizmli uşaqlarda aqressivliyin azalmasına və stabilləşməyə kömək edir. Eyni zamanda, omeqa-3 əlavələri beyin funksiyalarına müsbət təsir göstərir. Erkən və düzgün müdaxilə autizmli uşaqların inkişafına əhəmiyyətli dəstək ola bilər”.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 Fevral 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri