Icma.az
close
up
RU
Gizli danışıqlar gedir: Trampla Putin nədə razılaşmır?

Gizli danışıqlar gedir: Trampla Putin nədə razılaşmır?

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Tramp Ukraynadakı müharibənin dayandırması üçün Putinə “kökə və kötək” seçiminə bənzər təklif irəli sürür. İlk diqqətçəkən məqam ultimatum xarakterli çağırışın niyə sosial media üzərindən edilməsidir: bu, pərdəarxası danışıqlarda nəticənin əldə edilməməsindən qaynaqlana bilər.

Trampın prezident seçilməsindən sonra Moskva və Vaşinqton arasında qeyri-rəsmi danışıqların aparıldığı, gizli təmasların qurulduğuna dair məlumatlar vardı. Hətta Rusiya nümayəndə heyətinin Vaşinqtona getdiyi, müzakirələrin davam etdiyi deyilir. Kəşfiyyat məlumatları üzrə ixtisaslaşmış “Intelligence Online” saytının iddialarına görə, qapalı təmaslarda Trampın andişməsindən bir ay sonra – fevral ayında Putinlə görüşün keçirilməsi və müharibənin bitirilməsi üzərində razılaşma əldə edilib. Hətta qarşıdakı həftələrdə ABŞ və Rusiya nümayəndələrinin Vaşinqtonda yenidən görüşəcəyi deyilir.

Qapalı təmasların davam etdiyi vaxt Trampın Putinə ultimatum verməsinin səbəbi tərəflərin razılaşa bilməməsidir. Danışıqlar masasında müzakirə edilən variantla bağlı müəyyən ehtimallar irəli sürmək mümkündür:

- Rusiyanın Ukraynada işğal etdiyi ərazilər üzərində nəzarəti de-fakto qəbul edilir; Kiyev təhlükəsizliyin verilməsi şərti ilə buna razılaşır, Trampın “Zelenski danışıqlara razıdır, Putin yox” sözləri, eləcə də Zelenskinin də “güclü təhlükəsizlik qarşılığında diplomatik yolla gedə bilərik” açıqlaması da bu fikri ön plana çıxarır;

Rusiyanın istəkləri isə təkcə Ukraynada işğal edilən ərazilər üzərində nəzarətin tanınması ilə yekunlaşmır. İstisna deyil ki, Moskva Ukrayna müharibəsindən öncə ABŞ/NATO-ya təqdim etdiyi “paket tələblərin” – NATO-nun genişlənməməsi, Ukraynanın Qərb və Rusiya arasında “tərəfsiz” bölgə olması və s. - müəyyən korrekt edilmiş formada olsa da, qəbul edilməsini istəyir. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun Putin-Tramp görüşünün təşkili ilə bağlı “Vaşinqtondan daha aydın və konkret bir şey eşidəndə, qrafikləri və təşkilati məsələləri koordinasiya etməyə başlayacağıq” açıqlaması da o deməkdir ki, ABŞ ruslara istədiklərini vermək niyyətində deyil.

Tramp Rusiyanı məcbur etmək üçün Ukraynanı silahlandırmaq və müharibə meydanında dirəniş göstərmək xəttini dəstəkləmir, əvəzində sanksiyaları genişləndirməyi planlaşdırır. Rusiya ABŞ-ın indiyə qədər tətbiq etdiyi sanksiyalar qarşısında “ölməyib”, lakin “ölümcül zərbə” hesab edilən enerji sektoruna qarşı addımların gücləndirilməsi Moskvanı çətin vəziyyətə sala bilər. Trampın Davosdakı çıxışı - neft qiymətlərini aşağı salmaq hədəfi bunun anonsudur. Bu baxımdan, Rusiyanın Ukraynadakı ələ keçirdiyi ərazilər üzərində nəzarətin saxlanılması şərti ilə razılaşmanı qəbul etməsi ehtimalı bu dəfə daha güclü görünür.

Müharibənin indi dayanması bütün tərəflərə sərfəli görünür:

- Moskva iqtisadi və hərbi itkilər fonunda mövcud nəticələri “qələbə” kimi təqdim edə bilər: “Röyters”in mənbələrdən əldə etdiyi məlumatlara görə, Kremldə “xüsusi əməliyyatın” hədəfinə çatdığı və razılaşmanın mümkünlüyü fikri ön plana çıxır;

- Kiyev Kursk da daxil olmaqla Rusiyanın dərinliklərinə zərbələr endirsə də, bu, cəbhədəki vəziyyəti dəyişmək üçün yetərli olmadı: mövcud vəziyyətdə, xüsusilə Tramp Amerikasının yardımları dayandırması fonunda təhlükəsizlik qarantı əldə etməklə müharibəni dayandırmaq mümkün çıxış yolu kimi görünür;

- Ukrayna müharibəsini bitirmək Tramp Administrasiyasının təkcə “nəticə” əldə etməsi baxımından yox, növbəti hədəfə - İrana fokuslanması üçün də əhəmiyyətlidir.

Mümkün danışıqlar masasının qurulmasına qədər ABŞ-Ukrayna-Rusiya xəttində sərt ritorikanın müşahidə ediləcəyi gözləniləndir. Bu, danışıqlarda istədiyini almaq üçün prosesə “yüksək hədəflə” daxil olmaq gedişinə də bənzəyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://axar.az
archiveBu xəbər 24 Yanvar 2025 07:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see382

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see375

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see290

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see257

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see249

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see248

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see244

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see241

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see229

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see228

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see217

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see206

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see203

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see199

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see197

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see190

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see189

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see186

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri