Gizli layihə üzə çıxdı: Zelenskidən ballistika açıqlaması
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, ölkəsi ballistik raketlər üzərində fəal şəkildə işləyir və bu istiqamətdə işlər daha da sürətləndirilməlidir.
Globalinfo.az xəbər verir ki, bu barədə o, axşam müraciətində məlumat verib.
“Stavka (Ali Baş Komandanlıq Şurası) iclası keçirdik. Briqadalarımızın təminatı, bölmələrin komplektləşdirilməsi barədə hesabatlar dinlədik. Həmçinin Ukraynanın raket proqramı, raket istehsalı və texnologiyaları ətrafında geniş müzakirələr apardıq. Uzaqmənzilli imkanlarımız ölkəmizin təhlükəsizliyi üçün açıq və effektiv zəmanətdir”, – deyə Zelenski vurğulayıb.
Onun sözlərinə görə, hazırda məqsəd Ukrayna ballistikasının yaradılmasını maksimum dərəcədə sürətləndirməkdir.
Aysel Əliyeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 03 May 2025 00:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















