Icma.az
close
up
RU
Gizli nüvə obyekti məhv edildi 5 gündə iyun müharibəsi geridə qaldı

Gizli nüvə obyekti məhv edildi 5 gündə iyun müharibəsi geridə qaldı

Icma.az bildirir, Bakupost portalına istinadən.


İsrail və ABŞ ilə birlikdə İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar zamanı Tehranın gizli yeraltı nüvə obyektlərindən birinin məhv edildiyi iddia edilir.

Bakupost.az “The New York Times”a istinadən xəbər verir ki, sözügedən obyekt ötən ilin iyun ayında baş vermiş toqquşmalardan sonra İranın nüvə proqramının bir hissəsinin köçürüldüyü yeraltı tunel kompleksi olub.
“İsrael Defense Forces” (İDF) tərəfindən yayılan açıqlamada qeyd olunur ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Tehrandan kənarda yerləşən gizli yeraltı obyekti dəqiq zərbələrlə vurub. İDF sözçüsü, briqada generalı Effi Defrin bildirib ki, “Minzadehey” adlı bu məkanda “nüvə silahının hazırlanması üçün zəruri imkanlar üzərində gizli şəkildə iş aparılırdı”.
Onun sözlərinə görə, obyekt uzun müddət İsrail kəşfiyyatı tərəfindən izlənilib və əməliyyat nəticəsində hədəf tam dəqiqliklə vurulub. Lakin obyektin tamamilə məhv edilib-edilmədiyi ilə bağlı müstəqil təsdiq hələlik mövcud deyil.
ABŞ və İsrail uzun illərdir İranın nüvə silahı əldə etməyə çalışdığını iddia edir. Tehran isə bu ittihamları dəfələrlə rədd edərək nüvə proqramının dinc məqsədlər daşıdığını bəyan edib.
İDF sözçüsü əlavə edib ki, fevralın 28-dən etibarən İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə 4 mindən çox bomba atıb və döyüş təyyarələri 1600-dən artıq döyüş uçuşu həyata keçirib. O vurğulayıb ki, ötən ilin iyun qarşıdurması zamanı da İsrail təxminən 4 min bomba istifadə etmişdi, lakin hazırkı əməliyyatda bu rəqəm artıq geridə qalıb.
İDF-nin ayrıca açıqlamasında bildirilib ki, son günlər ərzində İran ordusuna məxsus azı 300 raket buraxılış qurğusu məhv edilib. Ballistik raket obyektlərinə və hava hücumundan müdafiə sistemlərinə qarşı zərbələrin davam etdiyi qeyd olunur.
Bu əməliyyatlara ABŞ da birbaşa qoşulub. “United States Central Command” (CENTCOM) martın 1-də sosial media paylaşımında “B-2” “stealth” bombardmançı təyyarələri ilə İranın ballistik raket obyektlərinə zərbələr endirildiyini açıqlamışdı. ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Dan Kayn isə martın 2-də verdiyi bəyanatda yeraltı obyektlərin “sığınacaq deşən” bombalarla hədəf alındığını bildirmişdi. ABŞ ordusu 2025-ci ilin iyun qarşıdurmaları zamanı da bu tip sursatlardan istifadə etmişdi.
Bununla belə, “The New York Times” qəzetinin təhlilində qeyd olunur ki, İranın yeraltı obyektlərinə dəyən zərərin real miqyası hələ tam müəyyən edilməyib. Qəzetin araşdırdığı peyk görüntülərinə əsasən, Kirmanşahda yerüstü raket obyektində bir neçə tikili bombardman nəticəsində dağıdılıb. Germdərə bölgəsində yerləşən raket obyektinə aid doqquz binanın da məhv edildiyi bildirilir.
CENTCOM-un martın 3-də yaydığı məlumata görə, fevralın 28-dən bu yana İran ərazisində azı 1700 hədəfə zərbə endirilib. Əməliyyatın İran və ABŞ arasında diplomatik danışıqların davam etdiyi bir vaxtda başlanması diqqət çəkir.
Tehran isə cavab olaraq İsrailə, eləcə də ABŞ hərbi bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Səudiyyə Ərəbistanı istiqamətində hücumlar həyata keçirir. Qarşılıqlı zərbələr regionda genişmiqyaslı müharibə riskini artırıb.
“İran Red Crescent Society” isə ABŞ-İsrail zərbələri nəticəsində təxminən 800 nəfərin həyatını itirdiyini açıqlayıb. Mülki itkilərin miqyası və obyektlərə dəyən zərərin real səviyyəsi ilə bağlı məlumatlar isə hələ də dəqiqləşdirilməkdədir.
Cavid, BakuPost
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 04 Mart 2026 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri