Icma.az
close
up
RU
“Global DTC Pte Ltd” Orta Dəhliz boyunca karbon emissiyalarına nəzarət edəcək

“Global DTC Pte Ltd” Orta Dəhliz boyunca karbon emissiyalarına nəzarət edəcək

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

“Global DTC Pte Ltd” şirkəti Orta Dəhliz marşrutu boyunca karbon emissiyalarının monitorinqini həyata keçirəcək. 

Bunu “Report”a şirkətin baş direktorunun müavini Alua Satıbaldiyeva Bakıda keçirilən “Orta Dəhliz: Xəzər dənizi ilə kommunikasiyalar” mövzusunda dəyirmi masanın kuluarlarında bildirib.

“COP29-da biz üç iştirakçı -“PSA International”, “Global DTC” və “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” (TBNM) Beynəlxalq Assosiasiyası - ilə niyyət bəyannaməsi imzaladıq. PSA-nın sertifikatlaşdırılmış “op-tracker” aləti mövcuddur. Bu alət vasitəsilə marşrut boyunca CO₂ tullantılarını izləməyi planlaşdırırıq. Hazırda iki əsas emissiya xəttini - minimum və maksimum səviyyələri - hesablamaq üçün dəmir yolları, limanlar və gəmiçilik şirkətlərini prosesə tədricən cəlb edirik”, - deyə A. Satıbaldiyeva bildirib.

O qeyd edib ki, Orta Dəhliz artıq “yaşıl marşrut” hesab olunsa da, obyektiv qiymətləndirmə üçün ekoloji parametrlərin dəqiq müəyyən edilməsi vacibdir: “Emissiyaların şəffaf şəkildə izlənilməsi əlavə yükdaşımaların cəlb edilməsinə dəstək ola bilər”.

Xatırladaq ki, Orta Dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropanı birləşdirən mühüm nəqliyyat marşrutudur. 2023-cü ilin oktyabrında Azərbaycan, Gürcüstan və Qazaxıstan tranzit daşımalarının səmərəliliyinin artırılması üçün “Middle Corridor Multimodal Ltd.” birgə dəmir yolu şirkətinin yaradılması barədə saziş imzalayıb.

2024-cü ildə TBNM üzrə yükdaşımaların həcmi 62 % artaraq 4,5 milyon tona çatıb. Görülən tədbirlər nəticəsində 2027-ci ilə qədər Orta Dəhlizin illik yükötürmə qabiliyyətinin 10 milyon tona qədər artırılması planlaşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://report.az
archiveBu xəbər 04 Mart 2025 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri