Icma.az
close
up
RU
“Global Times”: Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın yaradılması təbii irəliləyişdir

“Global Times”: Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın yaradılması təbii irəliləyişdir

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pekin, 24 aprel, AZƏRTAC

Çin Kommunist Partiyasının rəsmi nərşlərindən olan “Global Times” qəzetində dərc olunan “Azərbaycan və Çin hərtərəfli strateji tərəfdaşlıq quraraq əhatəli əməkdaşlıqda yeni səhifə açır” başlıqlı məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Çində dövlət səfəri və səfər zamanı keçirilmiş görüşlər, imzlanamış sənədlər əsasında iki ölkənin münasibətlərinin inkişafı təhlil edilib.

AZƏRTAC xəbər verir ki, məqalənin müəllifləri Liu Sin və Şen Şenq Azərbaycan və Çin liderlərinin görüşündə müzakirə olunan məsələlərə toxunub, onların fikirlərindən sitatlar gətiriblər. Qeyd olunub ki, dövlət başçılarının görüşündən sonra hərtərəfli strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatla yanaşı, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 20 sənəd imzalanıb.

Məqalədə Lancou Universitetinin “Bir kəmər, bir yol” araşdırma mərkəzinin icraçı direktoru Cu Yonbiaonun iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması barədə rəyi də əksini tapıb. Çinli ekspert bildirib ki, iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın yaradılması təbii irəliləyişdir. “Tərəflər arasında diplomatik münasibətlərin qurulmasından bəri Azərbaycan əsas maraqları ilə bağlı məsələlərdə Çini dəstəkləyib, iki ölkə bir çox beynəlxalq məsələlərdə oxşar və ya üst-üstə düşən mövqelər tutur. Bu yeniləmə iki ölkənin birgə səylərini əks etdirir və xalqların ümumi maraqlarına xidmət edir”, - deyə Cu Yonbiao vurğulayıb. Onun sözlərinə görə, son illər Çin rəqəmsal texnologiyalar və yaşıl inkişaf kimi sektorların inkişafına üstünlük verir, Azərbaycan kimi ölkələr isə onları inkişafın əsas istiqamətləri hesab edirlər. “Çin qabaqcıl texnologiya, zəngin təcrübə və yaxşı inkişaf etmiş istehsal zənciri təklif etdiyi üçün hər iki tərəf bu sahələrdə bir-birini tamamlayır”, - deyən ekspert əlavə edib ki, Çin müvafiq texnologiyaların və məhsulların birgə inkişafına və daha geniş tətbiqinə kömək etmək üçün öz təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır.

Məqalədə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi – Orta Dəhlizdən söz açılaraq, onun əsas qovşağı olan Azərbaycanın Çin və Avropanın bağlantısında mühüm rol oynadığı qeyd edilib. “Yeni imzalanmış sənədlər logistikanın standartlaşdırılmasını təşviq etməklə, transsərhəd gömrük prosedurlarını təkmilləşdirərək ticarəti asanlaşdırmaqla Çin-Avropa quru-dəniz marşrutunun səmərəliliyini artıracaq”, - deyə Lancou Unoversitetinin Mərkəzi Asiya İnstitutunun professoru Sun Siuven bildirib. Azərbaycanın COP29 tədbirinə uğurla ev sahibliyi sayəsində qlobal iqlim idarəetməsində artan rolunu nümayiş etdirdiyini deyən ekspert-alim əlavə edib ki, gələcəkdə Çin-Azərbaycan əməkdaşlığının aşağı karbonlu inkişaf, rəqəmsal iqtisadiyyat və ağıllı infrastruktur kimi inkişaf etməkdə olan sektorlara, həmçinin yaşıl texnologiyaların təşviqi üzrə birgə səylərə yönəldiləcəyi gözlənilir.

Bundan başqa, məqalədə Qlobal Cənubun üzvü olan Azərbaycan və Çinin ikitərəfli əlaqələri dərinləşdirməklə yanaşı, çoxtərəfli əməkdaşlıq vasitəsilə daha ədalətli və inklüziv qlobal idarəetmə sistemini birgə təbliğ etdikləri bildirilib.

Azərbaycan Prezidentinin Çinə dövlət səfərinin gedişi Çin mediasının diqqət mərkəzində olub. Gün ərzində Çinin milli xəbər agentliyi Sinxua başqa olmaqla müxtəlif media orqanları səfərin gedişatına, o cümlədən Çin Dövlət Şurasının Baş naziri Li Çianq, Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin Sədri Cao Lıci ilə görüşləri barədə xəbərlər yayıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Aprel 2025 20:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see486

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see171

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see138

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see131

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri