Icma.az
close
up
RU
Gömrük bağlamaları niyə gecikir? Komitədən açıqlama...

Gömrük bağlamaları niyə gecikir? Komitədən açıqlama...

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Son 10-15 gündə onlayn platformalar üzərindən sifariş edilmiş məhsulların bir çoxunun Azərbaycan ərazisinə daxil olsa da, gömrükdə saxlanılaraq buraxılmadığı bildirilir.

Bununla bağlı Azərbaycan vətəndaşlarından müxtəlif şikayətlər eşidilir. Şikayətlərə görə, məsələyə nə gömrük orqanları, nə daşıyıcı şirkətlər, nə də onlayn alış-veriş platformaları aydınlıq gətirir.

"Onlayn platforma üzərindən xaricdən öz istifadəm üçün bəzi mal və əşyaları sifariş vermişəm. Sistem göstərir ki, iki həftəyə yaxındır mallar Azərbaycana daxil olub, amma gömrük işləmləri davam edir", - adının çəkilməsini istəməyən şikayətçilərdən biri yerli mediaya bildirib.

Onun deməsinə görə, əvvəllər də gecikmə yaşanıb, amma müddət heç vaxt belə uzun olmayıb.

Üstəlik, bu prosesi gömrük limitinin 300 dollardan 100 dollara endirilməsi haqda rəsmən təsdiqini tapmayan məlumatlarla da əlaqələndirənlər var.

Hələlik bu şikayətə Dövlət Gömrük Komitəsi (DGK) və başqa aidiyyəti rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma "Qafqazinfo"ya DGK-dan deyilib ki, gömrük qanunvericiliyinin tələblərinə əsasən, poçt daşıyıcıları vasitəsilə sifariş olunan yüklər də gömrük orqanlarına bəyan edilməlidir: "Son dövrlərdə elektron sifarişlərin sayının kəskin artmasına paralel olaraq, bir sıra hallarda düzgün və dəqiq bəyan edilməyən və ya bəyan edilməyən bağlamaların həcminin artdığı müşahidə olunur".

Açıqlamaya görə, bu da öz növbəsində bəzi hallarda düzgün və vaxtında bəyan edilən bağlamaların buraxılış prosesinə təsir göstərir: "Sifarişlərin daşınmasını və çatdırılmasını həyata keçirən daşıyıcı operatorlarla qeyd olunan hallar dəqiqləşdirilir və bu növ hallara yol verilməməsi tövsiyə olunur".

Amma şikayətçilərdən biri vurğulayıb ki, bəyannamə prosesinə o, həmişə olduğu kimi əməl edib və bununla bağlı hər hansı gecikməni məntiqli saymır.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:823
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 Yanvar 2026 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri