Gömrük biznes əməkdaşlığı çərçivəsində növbəti görüşlər keçirilib
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 22 avqust, AZƏRTAC
Gömrük-biznes əməkdaşlığı çərçivəsində Gəncə və Astara gömrük idarələrinin təşkilatçılığı ilə görüşlər keçirilib.
DGK Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Gəncə Gömrük İdarəsinin “Yevlax” gömrük postunda keçirilən görüşdə xarici ticarət iştirakçıları ilə yanaşı, gömrük təmsilçiləri də iştirak ediblər.
Görüşdə “Gömrük orqanlarında hüquqpozmaların profilaktikası üzrə fəaliyyətin təşkili”, “Müvəqqəti idxal xüsusi gömrük prosedurunun tətbiqi” mövzularında ətraflı məlumat verilib, idxal-ixrac əməliyyatları zamanı qarşıya çıxan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Astara Gömrük İdarəsində keçirilən görüşdə isə “Hüquqpozmaların profilaktikasına dair metodiki tövsiyyə” barədə təqdimat nümayiş etdirilib, həmçinin gömrük inzibatçılığında aparılan təkmilləşdirilmələr, məmnunluğun artırılması, gömrük-biznes əməkdaşlığının gücləndirilməsi məqsədilə görülən işlər barədə məlumat verilib.
Diskussiya şəraitində keçirilən görüşlərdə biznes nümayəndələrinin rəy və təklifləri dinlənilib, onların sualları ətraflı cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 22 Avqust 2025 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















