Icma.az
close
up
RU
Gömrük biznes əməkdaşlığı yeni mərhələdə

Gömrük biznes əməkdaşlığı yeni mərhələdə

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad” tədbiri işgüzar platformanın formalaşdırılmasında mühüm rol oynayacaq

Dekabrın 8-də Dövlət Gömrük Komitəsinin inzibati binasında bp şirkətinin dəstəyi ilə “Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad” mövzusunda tədbir keçirilib. Forumun məqsədi gömrük-biznes əməkdaşlığının gücləndirilməsi, cari il ərzində həyata keçirilən və gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələrin özəl sektorun və digər maraqlı tərəflərin nümayəndələri ilə birgə müzakirəsinə imkan yaradacaq işgüzar platformanın formalaşdırılmasıdır. Tədbirdə dövlət və özəl sektorun nümayəndələri, gömrük işinin təşkili sahəsində ixtisaslaşan elm adamları, ekspertlər və media təmsilçiləri iştirak ediblər.

Forumda çıxış edən Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov ölkəmizin iqtisadi inkişafında və qeyri-neft fiskal yığımlarında gömrük orqanlarının üzərinə düşən vəzifələrdən bəhs edib. Qeyd edib ki, Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə bu istiqamətdə həyata keçirilən islahatlar şəffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub, qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edərək 81,4 faizə çatıb. Qeyri-neft sektorunun 2 dəfə artması ölkədə biznes mühitinin səmərəli şəkildə formalaşdığını deməyə əsas verir və bu sahədə gömrük inzibatçılığının təkmiləşdirilməsi də mühüm amillərdən biridir. Ötən illərdə bu istiqamətdə əhəmiyyətli addımlar atılıb, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin fəaliyyətinin təkmilləşməsi gömrükdə rəqəmsal sistemin tətbiqini təmin edib.

Azərbaycan 10 ölkə ilə ticarət sazişi imzalayıb

Hazırda gömrük sistemində təkmilləşdirmənin yeni rəqəmsal mərhələsi başlayıb. Aparılan islahatlar ticarət prosedurlarının optimallaşdırılması və sərhəd-keçid sisteminin modernləşdirilməsini nəzərdə tutur ki, nəticədə Azərbaycanda gömrük siyasətinin strateji baxışı bir neçə əsas istiqamətdə formalaşacaq və daha səmərəli fəaliyyət göstərəcək. Azərbaycanın xarici ticarət əlaqələrinin genişləndiyinə diqqət çəkən Ş.Mövsümov bildirib ki, hazırda Azərbaycan 10 ölkə ilə ticarət sazişi imzalayıb. Həmin sazişlər beynəlxalq ticarətin daha da genişlənməsinə imkan verir. Rəqəmsal həllərin tətbiqi isə ölkəmizin qlobal ticarət zəncirinə daha çevik inteqrasiyasını təmin edəcək. Eyni zamanda, qeyri-qanuni dövriyyə ilə mübarizə, subyektivlik risklərinin azaldılması və biznes mühitində bərabər rəqabət şəraitlərinin təmin olunması prioritetlər sırasındadır. İnsan kapitalının inkişafı, data əsaslı qərar qəbul etmə, “yaşıl gömrük” təşəbbüsləri və rəqəmsal transformasiya müasir idarəetmənin əsas elementləri olaraq qalacaq. Yeni yanaşma sayəsində Azərbaycanın gömrük-logistika sistemini yüksək etimada malik və sahibkaryönümlü institusional modelə çevirəcək.

Gömrük yoxlamalarının sayı 22 faiz azalıb

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bildirib ki, gömrük xidmətində davamlı çevik alətlərin tətbiqinin genişləndirilməsi, gömrük inzibatçılığının səmərəliliyinin artırılması üzrə həyata keçirilən fəaliyyətin mərkəzində məhz rəqabət mühitinin möhkəmlənməsi, xidmət keyfiyyətinin daha da yüksəldilməsi dayanır. Bu baxımdan sahibkarlıq subyektlərinin fikir və təklifləri birgə anlaşma və fəaliyyət üçün olduqca əhəmiyyət kəsb edir. Forum çərçivəsində aparılacaq müzakirələr Azərbaycanın ixrac potensialının artırılmasına, logistika və ticarət əməliyyatlarının sürətləndirilməsinə, yeni mexanizmlərin müəyyənləşdirilməsinə töhfə verəcək.

Ş.Bağırov qeyd edib ki, gömrük sistemində Avtomatlaşdırılmış Risk Analizi Sisteminin (ARAS) tətbiqi nəticəsində sərhədkeçmə müddətinin 25 faiz azaldılmasına nail olunub. Gömrük rəsmiləşdirmə müddəti isə 35 faiz, fiziki yoxlamaların sayı 22 faiz azaldılıb. 2024-cü il ərzində malların gömrük dəyərində bəyannamələr vasitəsilə dəqiqləşmiş 377 milyon manat məbləği üzrə 170 milyon 366 manat vəsaitin büdcənin gəlirləri hesabına cəlb edilməsi təmin edilib. Ümumilikdə, ötən il büdcəyə 2 milyard 305 milyon manat və ya 53 faiz artıq olmaqla 6 milyard 648 milyon manat vəsait köçürülüb. Gömrük rüsumları və vergiləri 2024-cü il dövlət büdcəsinin qeyri-neft gəlirlərinin 35 faizini, qeyri-neft-qaz sektoru üzrə ümumi daxili məhsulun isə 8 faizini təşkil edib.

Gömrük orqanları avtoburaxılış sisteminə keçmək niyyətindədir

Gömrük Komitəsinin sədr müavini Natiq Şirinov isə bildirib ki, Azərbaycan gömrüyü avtoburaxılış sisteminə keçmək niyyətindədir. Sahibkarlıq subyektlərinin bəyannamələrinə müəyyən limit çərçivəsi qoyulmaqla avtoburaxılış sisteminə keçməyi nəzərdə tutulur. Yeni rəqəmsal alətlər gələcəkdə artıq etibarlı tərəfdaş olan sahibkarlıq subyektlərinin bəyannamələrini müəyyən limit çərçivəsi qoymaqla avtoburaxılış sisteminə keçirməyə imkan verəcək. Eyni zamanda, gömrük orqanları Avtomatlaşdırılmış Risk Analizi Sisteminin (ARAS) yeni versiyasının tətbiqinə başlayıb. Gömrük orqanları qabaqcıl texniki nəzarət vasitələrinin tətbiqini də genişləndirir ki, bu da tranzitin həcminə təsir edir. Bunun nəticəsidir ki, Orta Dəhliz boyunca tranzit yüklərində artım müşahidə olunur.

Forumda xarici ticarət əməliyyatlarının tənzimlənməsi və sadələşdirilməsi istiqamətində gömrük və aidiyyəti dövlət orqanlarının birgə həyata keçirdiyi yeniliklərlə bağlı təqdimatlar nümayiş olunub, “Xarici ticarətin təşviqi-gömrük prosedurları”, “Tranzit və logistika-gömrük əməliyyatları” mövzularında sahəvi müzakirələr keçirilib.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Dekabr 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see301

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see273

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see270

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see255

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see246

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see246

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see245

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see238

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see230

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see229

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see220

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see212

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see211

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see210

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see202

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see200

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see196

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see195

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri