Icma.az
close
up
RU
GÖMRÜK RƏSMİSİ TV də YALAN DANIŞIB: Buna hüquqi qiymət verilməlidir Sahibkar faktları sadaladı, ölkə rəhbərliyinə üz tutdu

GÖMRÜK RƏSMİSİ TV də YALAN DANIŞIB: Buna hüquqi qiymət verilməlidir Sahibkar faktları sadaladı, ölkə rəhbərliyinə üz tutdu

Icma.az bildirir, Mia.az portalına istinadən.

“Lion Centre” MMC-nin rəhbəri Ramil Aslanov bir müddət əvvəl ATV kanalında yayımlanan sujetdə Dövlət Gömrük Komitəsinin vəzifəli əməkdaşının barəsində səsləndirdiyi fikirlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

O, bildirib ki, gömrük rəsmisinin fikirləri həqiqətə uyğun deyil.

Mia.az Globalinfo.az-a istinadla xəbər verir ki, R.Aslanov Komitənin rəsmisi Vilayət Mehralıyevin Azad Azərbaycan kanalında həqiqəti əks etdirməyən böhtan xarakterli yalan məlumatlar söylədiyini və “Lion Centre” MMC-ni ictimaiyyət qarşısında açıq aşkar şəkildə nüfuzdan salmağa çalışdığını deyib:

“Bakı Baş Gömrük İdarəsi tərəfindən mənə və rəhbəri olduğum şirkətə qarşı qərəzli mövqe sərgiləməsini sübut edən faktlar, daha dəqiq desək “Lion Centre” MMC-nin Bakı Baş Gömrük İdarəsinə təqdim etdiyi “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin 21 avqust 2024-cü il tarixli GRNT9378471B112 və GRNT9378548B112 nömrəli bank qarantiyalarının hazırda məhkəmə baxışı predmetidir.

İddiamız üzrə yekun qərar qəbul olunanadək gömrük təminatı kimi qüvvədə qalmaları, habelə həmin bank qarantiyaları ilə təmin edilən 8500 (səkkiz min beş yüz) və 8710 (səkkiz min yeddi yüz on) Azərbaycan manatı məbləğlərində əlavə gömrük ödənişlərinin məcburi tutulmasının Bakı Baş Gömrük İdarəsi tərəfindən banka müraciət olunmasının qadağan edilməsi barədə məhkəmə prosesinin bitməsini gözləmədən qanunsuz olaraq hesabımızdan silinməsinə dair 21 avqust 2025-ci il tarixdə jurnalistlər qarşısında etiraz etdiyimə dair fikirlərimin söylənilməsindən, habelə həmin zaman Bakı Baş Gömrük İdarəsi tərəfindən 93 manat məbləğində qanunsuz olaraq məndən əlavə gömrük ödənişlərinin tələb olunmasına dair bildirişin verilməsindən danışdıqdan sonra Dövlət Gömrük Komitəsinin rəsmisi Vilayət Mehralıyev Azad Azərbaycan TV kanalında açıq efir zamanı bir neçə halda həqiqəti əks etdirməyən böhtan xarakterli yalan məlumatlar söyləyib.

Vilayət Mehralıyev

“Lion Centre” MMC-ni ictimaiyyət qarşısında açıq aşkar şəkildə nüfuzdan salmağa çalışıb. Belə ki, Vilayət Mehrəliyev 21 avqust 2025-ci il tarixində həmin telekanalında çıxışı zamanı elə ilk saniyələrdə guya ki bizim heç bir malımızın gömrük anbarlarında olmaması və saxlanılmadığı, habelə bunun ardınca guya ki Bakı Baş Gömrük İdarəsində tərəfimizdən bəyan edilən mallarla bağlı İnzibati icraat haqqında Qanunun tələblərinə uyğun olaraq inzibati aktın qəbul olunduğu, bundan sonra isə 17000 manat məbləğində vəsaitin təmin edilməsi ilə bağlı müvəkkil banka məktub ünvanlandığını bildirib.

Yuxarıda qeyd olunan 3 halın da həqiqəti əks etdirməməsini aşağıdakı sübut əhəmiyyətli faktlarla bildirərək nəzərinizə çatdırmaq istərdik ki, – “Lion Centre” Məhdud Məsuliyyətli Cəmiyyətinin Çinin Senda Global Supply Chain Co Ltd şirkətindən idxal etdiyi və 01251000346543 nömrəli bəyannamə ilə bəyan etdiyi mallara dair Bakı Baş Gömrük İdarəsinin əməkdaşı Vüsal Ələkbərov Vaqif oğlu tərəfindən GDD252210810779 nömrəli bildiriş təqdim edilərək 92,14 manat məbləğində əlavə gömrük ödənişlərinin ödənilməsi tələb edilmiş və məhz bu səbəbdən də həmin çıxış zamanı mən sözügedən məbləği ödəməkdən imtina etdiyimiə görə mallarımızın Bakı Baş Gömrük İdarəsində saxlanıldığını bildirmişdim.

Yalnız məlum çıxışımdan sonra gömrük orqanı tərəfindən həmin bildiriş ləğv edilərək mallarımızın gecə vaxtı buraxılışı təmin edilmişdir. Bu isə öz növbəsində onu göstərir ki, Vilayət Mehrəliyev 21 avqust 2025-ci il tarixində müsahibə verərkən jurnalistə yalan məlumat verərək mallarımızın saxlanılmadığını bildirmiş və açıq aşkar şəkildə məni yalan söyləməkdə dolayı yolla ittiham edərək ictimaiyyət qarşısında nüfuzdan salmışdır. Halbuki həmin anda mallarımız Bakı Baş Gömrük İdarəsində saxlanılmaqda idi və yalnız gecə vaxtı bizə təhvil verilərək buraxılışı da ertəsi gün rəsmiləşdirilmişdir. Bunu təsdiq edən fakt kimi 01251000346543 nömrəli bəyannamədə qeyd olunan “Buraxılmışdır: 00100-22.08.2025 15:13” qeydiyyatıdır. – Daha sonra bildirilmişdir ki, guya ki Bakı Baş Gömrük İdarəsində tərəfimizdən bəyan edilən mallarla bağlı İnzibati icraat haqqında Qanunun tələblərinə uyğun olaraq inzibati akt qəbul olunmuşdur. Hansı inzibati aktdan söhbət gedir biz başa düşmədik. 

Azərbaycan Respublikası İnzibati İcraat haqqında Qanunun 51.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Əgər barəmizdə belə bir inzibati icraat aparılaraq inzibati akt qəbul olunmuşdursa hansı səbəbdən bizim bu aktın qəbul olunması və ya inzibati icraatın başlanması və ya aparılması barədə məlumatımız olmamış və hansı səbəbdən Bakı Baş Gömrük İdarəsi bu barədə məlumat verməyə borclu olduğu halda bu məlumatı bizə verməmişdir? – Həmin müsahibə zamanı Vilayət Mehralıyev 17000 manat məbləğində vəsaitin təmin edilməsi ilə bağlı müvəkkil banka məktub ünvanlandığını bildirmişdir.

Maraqlı məqam odur ki, sözügedən məktub əgər inzibati akt sayılırsa hansı səbəbdən həmin məktub bizə təqdim olunmamış və biz bu barədə məlumatlandırmamışıq? Azərbaycan Respublikası İnzibati İcraat haqqında Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur.

Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Göründüyü kimi qeyd etdiyimiz təkzibolunmaz faktlarla sübut edilir ki, Dövlət Gömrük Komitəsinin rəsmisi Vilayət Mehralıyev 21 avqust 2025-ci il tarixdə Azad Azərbaycan TV kanalındakı çıxışı zamanı hər 3 fakt üzrə açıq aşkar şəkildə böhtan xarakterli yalan məlumatlar verərək “Lion Centre” Məhdud Məsuliyyətli Cəmiyyətini ictimaiyyət qarşısında nüfuzdan salmağa çalışmış və bunu da məqsədyönlü qaydada etmişdir.

“Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 44-cü maddəsinə əsasən gömrük orqanının vəzifəli şəxsi öz xidməti vəzifəsinin icrası zamanı Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlarına riayət edilməsini təmin etmək, fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni maraqlarının müdafiəsini təmin etməyə borcludur. Eyni zamanda həmin Əsasnamənin 69-cu maddəsi ilə müəyyən edilmişdir ki, gömrük orqanlarının vəzifəli şəxsi bu Əsasnamənin 16-cı və 44-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində intizam tənbehlərindən biri tətbiq oluna bilər. Nəzərə alınmalıdır ki, sözügedən faktların müəyyən edilərək təsdiq olunduğu təqdirdə Dövlət Gömrük Komitəsi tərəfindən Azad Azərbaycan TV kanalında təkzib məlumatı da yayılmalıdır”.

R.Aslanov əlavə edib ki, yuxarıda göstərilənləri nəzərə alaraq adları qeyd olunan gömrük əməkdaşlarının əməlləri ilə əlaqədar xidməti araşdırma başlanılmalı və buna hüquqi qiymət verilməlidir.

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://mia.az
archiveBu xəbər 29 Avqust 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see779

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see325

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see261

Aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükü azalacaq Dövlət Vergi Xidməti

28 Noyabr 2025 11:32see202

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see199

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see193

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see192

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see183

“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli

28 Noyabr 2025 10:54see176

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see149

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see148

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see144

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see133

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see130

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see129

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

Oğlunun toyunda geyindiyi açıq saçıq paltardan DANIŞDI

27 Noyabr 2025 17:17see127

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see127

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see126

“Beşiktaş”da kritik dönəm: Rafa Silva qərarını bildirdi

26 Noyabr 2025 19:42see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri