Icma.az
close
up
RU
Gömrük sistemində növbəti böhran: Maaş pensiya həsrətindən sonra məcburi məzuniyyət problemi

Gömrük sistemində növbəti böhran: Maaş pensiya həsrətindən sonra məcburi məzuniyyət problemi

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gömrük sistemində böhran dərinləşir. Keçən ilin payızından əməkdaşların maaşları verilmirdi. Məsələ ictimailəşəndən sonra rəhbərlik problemi etiraf etmək məcburiyyətində qalmışdı. Bildirilmişdi ki, hamı maaşını alacaq, məsələnin həlli uzun sürməyəcək. Bundan bir qədər keçəndən sonra gömrükçülərin iki aylıq məvacibi alması barədə xəbər yayıldı. Lakin yenə də daha iki ayın maaşının verilməsi məsələsi açıq qalmışdı.

Bizimyol.info xəbər verir ki, 2025-ci ilin əvvəlindən gömrük sistemində pensiya ilə bağlı da problem yaranmışdı. Keçmiş gömrükçülərə çatacaq məbləğ kəsilmişdi. Onlar etiraz etməyə başlamışdı. Bundan başqa, məlum olmuşdu ki, Dövlət Gömrük Komitəsinin tələbələrinə də son iki ayın müavinəti verilməyib.

Gömrük sistemində nə baş verdiyini bilmək olmur. İndi də Gömrük Komitəsinin əməkdaşlarına məzuniyyətlə bağlı onlara iradələrindən kənar ərizə yazdırıldığı bildirilir. İddiaya görə, ötən ilin məzuniyyət günləri 2025-ci ilin əsas məzuniyyətinə birləşdirilir. Əmək Məcəlləsi əməkdaşların hər il məzuniyyət zamanı biraylıq əməkhaqqı həcmində müavinət almalı olduğunu deyir. Komitədə isə buna əməl etmək istəmirlər.

Sosial mediada son xəbərə münasibət göstərir ki, həqiqətən də, gömrük sistemində bu metoddan istifadə edirlər. Platforma istifadəçilərindən Elnarə Rəhimova anası ilə məhz bu cür davranıldığını yazıb. Onun sözlərinə görə, qadına qanunsuz ərizə yazdırılıb, bu yolla pulun verilməməsinə nail olunub.

Bu qəbildən daha bir neçə rəy gözə dəyir. Belə anlaşılır ki, əməkdaşlar işini itirməmək üçün yeniliklə razılaşmaq məcburiyyətində qalırlar. Komitə rəhbərliyi bu dəfə susur. Yenə problemlər ört-basdır edilir. Amma aydın görünür ki, sistemdə ciddi boşluqlar var. Cəmiyyət isə bu sektorda baş verənlərə çox həssasdır. Çünki ictimaiyətin ən çox narazı qaldığı, şikayət etdiyi istiqamətlərdən biri gömrük sistemidir. Kiçik sahibkarlığın sarsılmasında bu sektor ciddi rol oynayıb.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Mart 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see244

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see241

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see216

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see209

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see209

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see205

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see192

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see187

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see157

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see144

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see143

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see135

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see135

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see133

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see132

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see130

​“UNESCO buna Ermənistanın mane olduğunu etiraf etmişdi”

10 Dekabr 2025 17:16see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri