Icma.az
close
up
RU
Gömrük sistemində maaş pensiya təqaüd böhranı: İnsanlarda sistemə qəzəb hiss olunur

Gömrük sistemində maaş pensiya təqaüd böhranı: İnsanlarda sistemə qəzəb hiss olunur

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gömrük sistemində əməlli-başlı böhran yaşanır. Dövlət Gömrük Komitəsində maaşlar ardıcıl dörd ay verilməmişdi. O günlərdə işçilərə iki ayın məvacibi ödənilib. Komitənini rəhbərliyi problemi daha gizlədə bilmir. Sadəcə, deyirlər ki, hamı maaşını alacaq. Digər yandan keçmiş gömrükçülərin pensiyaları kəsilir. Üstəlik, Dövlət Gömrük Akademiyasının tələbələrinin iki aydır təqaüdləri verilmir.

Bizimyol.info xəbər verir ki, Dövlət Gömrük Komitəsində maaşların tam ödənilməsi ilə bağlı məlumat hələ də yoxdur. Yəni əməkdaşlara keçən ildən borc qalıb. Pensiyaçıların və tələbələrin məsələsi də həllini tapmır. Niyə belə vəziyyət yarandığını açıqlayan da gözə dəymir. Gömrük sistemində müəmmalı situasiya davam edir.

Sosial platformalarda yaranmış durumla bağlı yazılara minlərlə rəy bildirilib. Görünür ki, əksəriyyət gömrük sistemindən narazıdır. İnsanlar nəinki narazıdır, hətta qəzəblidirlər. Məzahir Əliyev yazıb ki, tələbələrdən başqa orada işləyən heç kimə yazığı gəlmir. Çünki sıravi adamlara qarşı çox haqsızlıq olub. Ülvi Abdullayev də oxşar rəy yazıb: “Gömrüyə limit qoyanda, gömrüyü tamamilə bağlayanda bilmirdilər elə olacaq? Dövriyyə yoxdu. Hardan qazanacaqlar? Orda işləyən heç bir işçiyə yazığım gəlmir. Məhsul gətirib 3-5 manat qazanan 100 minlərlə insanın çörəyinə qənim kəsilmişdilər. Camaatın üstünə şığıyırdılar. Sərhədlər bağlananda da ən çox səhifələrdə həmin işçilər qərarı dəstəkləyirdilər. İndi maaş verilməyəndə niyə şikayət edirlər?”

Cəlal Həmzəyev və Tofiq Əhmədov vəziyyətin pisləşməsini quru sərhədlərin bağlı qalması ilə əlaqələndirirlər. “Gömrükdə maaş da verirlər?” sualı çoxuna məzəli görünüb. Orxan Səlimov yazıb ki, Maliyyə Nazirliyi ilə problemlər üzündən belə durum yaranıb.

Ümumiyyətlə, gömrük sistemində islahatlara ehtiyac var. İndiki qaydalar azad bazar münasibətlərinə çox mane olur. Kiçik sahibkarlığın isə lap nəfəsi kəsilir. Rüsumların dayanmadan artırılması, xaricdən gətirilən məhsullara limitlər tətbiq edilməsi iqtisadi prinsiplərə ziddir. Sərt inzibati qaydalarla işləmək olmaz. Qadağalar əvəzinə sahibkarlara, lap sıravi adamlara nəfəs almağa imkan vermək lazımdır. Sistem səhv işləyirsə, bir gün belə vəziyyətin yaranması təbiidir.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 11 Fevral 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see246

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see237

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see220

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see212

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see206

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see199

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see189

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see161

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see158

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see144

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see142

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see135

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see135

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see133

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri