Icma.az
close
up
RU
Gömrük və kirayə sahəsində müstəqil qiymətləndirmə təklif olunur

Gömrük və kirayə sahəsində müstəqil qiymətləndirmə təklif olunur

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Qiymətləndirmə fəaliyyətinin bütün sahələrdə vahid qaydada tətbiqi bazarın şəffaflığı və vətəndaşların hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır".

Bunu XQ-yə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədr müavini Fərid Rüstəmov bildirib. O, qeyd edib ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna uyğun olaraq müxtəlif istiqamətlər bu fəaliyyətin predmeti kimi tam şəkildə əhatə olunmalıdır.

"Hazırda bank sektorunda, bələdiyyə torpaqları üzrə əməliyyatlarda, həmçinin alqı-satqı müqavilələrinin rəsmiləşdirilməsi zamanı notariuslar tərəfindən yönləndirilən qiymətləndirmələr artıq real təcrübəyə çevrilib. Bu addımlar qiymətləndirmə bazarının genişlənməsi və sağlam rəqabət mühitinin formalaşması istiqamətində son dövrlərdə əldə edilən mühüm nəticələr kimi qiymətləndirilir". Fərid Rüstəmov qeyd edib ki, dövlət başçısının dəstəyi ilə bu sahədə aparılan yeniliklər bazarın güclənməsinə müsbət təsir göstərir.

Sədr müavini kirayə bazarı ilə bağlı dəyişikliklərə də toxunub. Bildirilib ki, bu ildən kirayədən əldə olunan gəlirlər üzrə vergi yükünün 14 faizdən 10 faizə endirilməsi rəsmi qeydiyyat proseslərini sürətləndirir. "Bununla yanaşı, bəzi hallarda kirayə qiymətlərinin düzgün göstərilməməsi riski qalır. Bu səbəbdən kirayə haqlarının müstəqil qiymətləndirici şirkətlər tərəfindən müəyyən edilməsi təklif olunur. Belə mexanizm həm şəffaflığı artırar, həm də vergi yayınmalarının qarşısını alar".

Sədr müavini gömrük sahəsindəki mövcud təcrübəyə də münasibət bildirib. O qeyd edib ki, hazırda ölkəyə gətirilən malların qiymətləndirilməsi bir çox hallarda gömrük orqanları tərəfindən aparılır. "Halbuki qanuna əsasən, qiymətləndirmə fəaliyyəti xüsusi ixtisas və dövlət imtahanı tələb edən peşədir. Tərəfsizlik və obyektivlik prinsiplərinin qorunması üçün bu proses müstəqil qiymətləndiricilərə həvalə olunmalıdır.
Vətəndaşlar xaricdən avtomobil və ya texnika gətirərkən bəzən statistik göstəricilərə əsaslanan daha yüksək qiymətlərlə üzləşir və bu da narazılığa səbəb olur. Problemin həlli üçün gömrük xidmətinin ölkədə fəaliyyət göstərən qiymətləndirmə şirkətləri ilə əməkdaşlıq etməsi təklif edilir. Belə yanaşma real bazar dəyərinin müəyyənləşdirilməsinə və mübahisəli halların azalmasına şərait yarada bilər".

Fərid Rüstəmov sonda bildirib ki, qiymətləndirmə institutunun gücləndirilməsi iqtisadi münasibətlərdə ədalətli qiymət formalaşmasına, sahibkarların və vətəndaşların hüquqlarının qorunmasına xidmət edir və bu istiqamətdə müzakirələrin davam etdirilməsi vacibdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Fevral 2026 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri