Icma.az
close
up
RU
GÖMRÜKDƏ 6 MANAT 80 QƏPİYƏ, BAZARDA... Monqolustandan gətirilən qoyun ətləri təhlükəsizdirmi?ı

GÖMRÜKDƏ 6 MANAT 80 QƏPİYƏ, BAZARDA... Monqolustandan gətirilən qoyun ətləri təhlükəsizdirmi?ı

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Bu ilin ilk 8 ayında Monqolustandan Azərbaycana 18 ton təzə quzu cəmdəyi, 36,5 ton dondurulmuş quzu cəmdəyi və 87,4 ton dondurulmuş qoyun əti idxal olunub.

Açıqlanan rəsmi məlumatlara görə, ötən ilin eyni dövrü ilə müqayisədə Monqolustandan gətirilən dondurulmuş quzu cəmdəklərinin həcmi 82,5% artıb, dondurulmuş qoyun ətinin idxalı isə 25% azalıb.

Qeyd edək ki, ötən ilin ilk 8 ayında Monqolustandan Azərbaycana təzə quzu cəmdəyi idxal olunmayıb. Məlumat üçün bildirək ki, bu ilin ilk 8 ayında Monqolustandan gətirilən həm təzə, həm də dondurulmuş quzu cəmdəklərinin, eləcə də dondurulmuş qoyun ətinin 1 kiloqramının orta gömrük dəyəri 6,8 manat (4 dollar) olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Monqolustandan gətirilən ətin qiymətində heç bir dəyişiklik olmayıb.

Ancaq maraqlıdır ki, son günlər sosial şəbəkələrdə Monqolustandan idxal edilən quzu ətinin satışı ilə bağlı çoxsaylı kadrlar yayılıb. Həmin görüntülərdə dondurulmuş quzu ətinin 1 kiloqramının topdansatış qiymətinin 12 manat olduğu bildirilir. Bazarda bu cür ətlərin ortalama qiyməti 11-14 manat aralığında dəyişir. Başqa sözlə 6 manat 80 qəpik gömrük dəyəri olan məhsul yerli bazarda iki dəfə və ya təxminən 106% baha qiymətə təklif olunur.

Bəs, maraqlıdır bu cür qiymət fərqinin yaranması nə ilə bağlıdır?

Bu barədə iqtisadçı Xalid Kərimli “AzPolitika”-ya şərhində bildirib ki, bazarlarda qoyun ətinin qiyməti 20–22 manat arasında dəyişir.

İqtisadçı hesab edir ki, burada süni qiymət artımından danışmaq üçün biraz tezdir:“Gömrük dəyəri ilə son satış qiyməti eyni deyilsə, bu, o demək deyil ki, qiymət süni şəkildə şişirdilib. Sadəcə, dəyər zənciri hələ tamamlanmayıb. Mağazalardakı son satış qiyməti ilə topdansatış qiyməti arasında fərq həmişə olmalıdır. Topdansatışda məhsul təbii ki, daha ucuz alınır. Amma məhsulun gömrükdən mağazaya gətirilməsi, piştaxtalara düzülməsi, saxlanması və paylanması əlavə xərclər tələb edir”.

X. Kərimlinin sözlərinə görə, mağazalar da bu prosesdə pulsuz fəaliyyət göstərmir:“Hər mağazanın müəyyən marjası var. Sahibkar itki riskini də nəzərə almalıdır. Dünyanın heç bir yerində topdansatış və pərakəndə satış qiymətləri eyni ola bilməz. Çünki anbarların saxlanması, logistika, işçi xərcləri və satış infrastrukturu hamısı əlavə xərc yaradır”.

Ekspert əlavə edib ki, məsələni qiymət fərqləri əsasında deyil, bazarda inhisarlaşma olub-olmamasına görə qiymətləndirmək lazımdır:“İstehlak bazarına nəzarət Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin borcudur. Onlar idxal olunan bütün məhsullar üzrə bazar paylarını təhlil etməli, 50 faizdən çox və ya 33 faizdən yuxarı paya malik şirkətlərin fəaliyyətini araşdırmalıdırlar. Yalnız bundan sonra qiymətlərin süni şəkildə formalaşdırılıb-formalaşdırılmadığı barədə konkret fikir demək mümkündür”.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə "AzPolitika"-ya bildirib ki, son günlər Monqolustandan gətirilən qoyun ətləri ilə bağlı quruma hər gün 4–5 istehlakçı zəngi daxil olur. Onun sözlərinə görə, Monqolustan mənşəli ətlər uzaq məsafədən gətirildiyi üçün dondurulmuş vəziyyətdə satılır və bu, texniki zərurətdən irəli gəlir.

“Azərbaycan xalqı adətən belə ətləri sevmir. Amma onların təhlükəsizliyi tam təmin olunur, Qida Təhlükəsizliyi Agentliyi də bu baxımdan istehlakçılara zəmanət verir. Monqolustan böyük qoyunçuluq ölkəsidir, oradan İrana da quzu ixrac olunur”, – deyə E. Hüseynov bildirib.

AİB sədri həmçinin qeyd edib ki, son vaxtlar bəzi restoran müştəriləri ətlərin dadından narazılıq edirlər:“Ən prestijli restoranlarda belə yemək yeyən insanlar zəng edib deyirlər ki, yediyimiz ət sanki Monqolustan ətidir — dadı yoxdur, fərqlidir. Bu, onunla bağlıdır ki, həmin ətlər Azərbaycan istehlakçısının damaq dadına tam uyğun gəlmir.”

Bununla belə, E. Hüseynov vurğulayıb ki, Monqolustan ətləri sağlam və təhlükəsizdir, əhali onları rahatlıqla istehlak edə bilər

E. Bəyməmmədli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Noyabr 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see642

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see275

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see248

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see236

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see221

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see201

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see200

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see144

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see142

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see141

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see141

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see137

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri