Icma.az
close
up
RU
“Gömrükdə pulsuz heç nə olmur” “Korrupsiya Ruslan”ın CİNAYƏT İŞİ

“Gömrükdə pulsuz heç nə olmur” “Korrupsiya Ruslan”ın CİNAYƏT İŞİ

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Özünü Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, vəzifəli şəxslərin yaxın adamı kimi təqdim edən 1986-cı il təvəllüdlü Ruslan Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, Ruslanın 5 nəfərə qarşı dələduzluq etdiyi məlum olub. O, dəymiş zərərin bir hissəsini ödəyib.

Zərərçəkmiş və şahidlərin ifadəsindən məlum olub ki, Ruslan özünü korrupsiyanın əməkdaşı, hakim və nüfuzlu şəxslərlə əlaqələri olan şəxs kimi təqdim edib. Aldatdığı beş nəfərdən üçünün həbsdə olan ailə üzvlərinin azadlığa buraxılmasını vəd edərək pul alıb.

Ruslan ilk olaraq həbsdə olan Elnur adlı şəxsin ailə üzvlərindən 16500 manat alıb. Elnur barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə araşdırma gedirmiş. Həmin ərəfədə Ruslan Elnurun əmisinin obyektini icarəyə götürübmüş. Elnurun əmisi vəkillə danışan zaman Ruslan bunu eşidib və Bakı Ağır Cinayətlər Məhkəməsinin rəhbərliyi ilə münasibətinin olduğunu deyib.

Bir gün sonra Ruslan Elnurun ailə üzvləri ilə görüşərək məsələni danışdığını, təcili 11 min manat çatdırılmalı olduğunu deyib. Pul gecikəndə isə Ruslan “mənim onlarla başqa işlərim də var. Onların yanında məni gözükölgəli qoyursunuz” deyərək narazılığını da bildirib.

Ruslan pulu alsa da, heç nə etməyib və Elnura 8 il cəza verilib. Elnurun ailəsi Ruslandan şikayət edib və pulun ödənilmədiyini deyiblər.

Məhkəmədə o da məlum olub ki, Ruslan özünü Turhan Məmmədov kimi də təqdim edirmiş.

Ruslanın digər qurbanı narkotik ittihamı ilə həbsdə olan Rəşad və onun ailə üzvləri olub. Ruslan Sumqayıt Ağır Cinayətlər Məkəməsində davam edən məhkəmə işini “həll” edəcəyini, Rəşadın azadlığa çıxmasını təmin edəcəyini deyərək 9600 manat alıb. İstintaq müddətinə bu hissədə ziyan ödənilib.

Həbsdə olan Azad Əmirovun yaxınları da Ruslan tərəfindən eyni üsulla aldadılıb. Azad Əmirovun azadlığa buraxılması üçün onun ailə üzvlərindən 26 min manat pul alıb. Şikayətlərdən sonra həmin məbləğ geri qaytarılıb.

Zərərçəkənlərdən biri isə qızını Dövlət Gömrük Komitəsində işə düzəltmək üçün Ruslana 5 min manat pul verib.

Maraqlıdır ki, zərərçəkmiş şəxs Ruslanı elə komitənin qarşısında gördüyü, daha əvvəl tanımadığı bir kişinin vasitəsi ilə tanıyıb. Belə ki, zərərçəkmiş şəxs qızı ilə komitənin qarşısında olan zaman bir nəfər ona yaxınlaşaraq nə üçün gəldiklərini soruşub. Zərərçəkmiş də qızının imtahanı üçün gəldiyini deyib. Həmin şəxs zərərçəkmişə “Gömrükdə pulsuz heç nə olmur” deyərək ona Ruslanın nömrəsini verib. Ruslanla danışan şəxs qızını komitədə işə düzəltmək üçün 5 min manat verib.

Beşinci zərərçəkmiş şəxs isə Ruslandan avtomobil almaq üçün 11 min manat pul verib. Onların aldadılma epizodu da maraqlıdır. Belə ki, Ruslan zərərçəkmişdən pulu alandan sonra ona icarəyə götürdüyü maşını verib. Deyib ki, bir neçə gün sonra sənədləşmə edəcəklər. Zərərçəkmişi yolda polis əməkdaşları saxlayıb və etibarnaməsiz maşın sürdüyü üçün cərimə meydançasına aparıblar. Zərərçəkmiş orada öyrənib ki, maşın icarəyə götürülübmüş.

Elan edilmiş ittihamla özünü təqsirli bilən Ruslan qeyd edib ki, zərərçəkmiş şəxslərə vəzifədə olan tanışlarının olduğunu deyərək onları aldadıb.

O, əməlindən peşman olduğunu, zərərin bir qismini ödədiyini deyib. Ruslan məhkəməyə bildirib ki, azadlığa buraxılarsa, zərəri ödəməsinə imkan olacaq.

Məhkəmə istintaqı zamanı Ruslanın zərərçəkmiş şəxslərə yazdığı mesajlar da tədqiq edilib. Zərərçəkmiş şəxslərin Ruslanın adını “Korrupsiya Ruslan” kimi qeyd ediblər.

Araşdırma zamanı məlum olub ki, Ruslan daha əvvəl dələduzluğa görə iki dəfə məhkumluq həyatı yaşayıb.

Bu dəfə isə Ruslan törətdiyi əmələ görə 3 il 3 ay azadlıqdan məhrum edilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 03 Mart 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri