Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Ötən il korrupsiya ilə bağlı 170 cinayət işi başlanılıb, 43 şəxs cinayət başında tutulub

Ötən il korrupsiya ilə bağlı 170 cinayət işi başlanılıb, 43 şəxs cinayət başında tutulub

Icma.az, Apa.az saytına istinadən bildirir.


Yanvarın 16-da Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin sədrliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2024-cü il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

APA xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

Müşavirədə giriş nitqi ilə çıxış edən Kamran Əliyev müasir və müstəqil Azərbaycanın qurucusu Ümummilli lider Heydər Əliyevin 1969-cu ildən etibarən korrupsiya kimi neqativ tendensiyaların yolverilməzliyini bəyan etməsini və ona qarşı qətiyyətlə mübarizə aparmasını diqqətə çatdırmaqla yanaşı korrupsiyaya qarşı mübarizənin müstəsna dərəcədə vacibliyinin daim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışlarında xüsusi vurğulanmasının, habelə bu istiqamətdə hüquq münasibətlərini tənzimləyən normativ bazanın müntəzəm olaraq təkmilləşdirilməsinin mövcud siyasi iradənin göstəricisi olmaqla effektiv icraetmənin qarantı olduğunu bildirmişdir.

Qeyd edilmişdir ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə sosial sahədə həyata keçirilən bir sıra islahatlar ölkə vətəndaşlarının rifahının və həyat şəraitinin yaxşılaşdırılmasına xidmət etməklə yanaşı, eyni zamanda qeyd edilən sahədə korrupsiya hallarına son qoyulması ilə nəticələnmişdir. Hazırda fəaliyyət göstərməklə bir sıra dünya ölkələrinin diqqətini üzərinə cəmləşdirmiş və dünyada Azərbaycan məhsulu kimi qəbul edilmiş “ASAN xidmət” və “DOST” mərkəzlərinin uğurlu fəaliyyətləri bu mənada xüsusi ilə vurğulanmışdır.

Bununla yanaşı, Baş prokuror tərəfindən xüsusi vurğulanmışdır ki, qiyabi icraat və üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi kimi mütərəqqi hüquqi institutların cinayət-prosessual qanunvericiliyinə əlavə edilməsi, habelə digər normativ hüquqi aktların günün tələbinə uyğun olaraq təkmilləşdirilməsi ölkədə cinayətkarlığa və onun ən təhlükəli təzahürlərindən olan korrupsiya hallarına qarşı təsirli mexanizm formalaşdırmaqdadır.

Eləcə də, prokurorluq orqanlarının da korrupsiyaya qarşı mübarizə siyasətinin subyektlərindən biri kimi onun səmərəli icrası üçün sərgilədiyi aktiv mövqeyə toxunan Kamran Əliyev qurum tərəfindən əsas fəaliyyət istiqamətlərindən əlavə milli qanunvericiliyin tətbiqi vəziyyətinin vətəndaş müraciətləri, habelə istintaq təcrübəsində müşahidə edilən tendensiyalarla əlaqəli şəkildə mütəmadi təhlil edildiyini bildirmişdir.

Qeyd edilmişdir ki, aparılmış təhlillərin nəticələrindən asılı olaraq bir çox məqamlarda prokuror təsir tədbirləri tətbiq edilmiş, milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması üçün cinayət təqibinin rəqəmsallaşdırılması, maraqlar toqquşmasının qarşısının alınması, əmlakın bərpası və digər sahələrdə normativ hüquqi akt layihələri hazırlanaraq baxılması üçün aidiyyəti orqanlara təqdim olunmuşdur.

O da diqqətə çatdırılmışdır ki, yeni dövr islahatlarının mahiyyətinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 may tarixli Fərmanında təsbit edilməklə 2022-ci il 3 mart tarixli digər Fərmanla Əsasnaməsi təsdiqlənmiş “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti digər dövlət orqanlarının informasiya sistemlərinin inteqrasiyası və optimallaşdırıcı modulların əlavə edilməsi yolu ilə təkmilləşdirilməklə müasir informasiya-kommunikasiya texnologiyalarının prokurorluq orqanlarında tətbiqi prosesi sürətlənmiş, bu göstərici isə öz növbəsində korrupsiyaya qarşı mübarizədə xüsusi əhəmiyyət kəsb edən şəffaflıq və hesabatlılıq meyarlarını daha da möhkəmləndirmişdir.

Baş prokuror korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın önəmindən, bu sahədə mövcud beynəlxalq təcrübənin Baş İdarənin əməkdaşları tərəfindən mənimsənilməsi zərurətindən bəhs edərkən qeyd etmişdir ki, digər beynəlxalq təşkilatlarla yanaşı BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsi (UNODC) ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qarşılıqlı əməkdaşlıq sahəsində fəaliyyəti uğurla davam etdirilməkdədir. Belə ki Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində 2024-cü ilin 24-27 sentyabr tarixlərində baş tutmuş Şəbəkənin 5-ci Plenar Görüşündə həmin təşkilatın 15 üzvdən ibarət icraiyyə komitəsinə keçirilmiş seçkilər nəticəsində Baş İdarənin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Natiq Eyvazov idarəçilik orqanına üzv təyin edilmiş, bundan əlavə Şəbəkənin İdarə Komitəsinin 10-cu və Plenar görüşünün 6-cı iclaslarının 2025-ci ilin 19-23 may tarixlərində Bakı şəhərində keçirilməsi qərara alınmışdır.

Müşavirədə hesabat məruzəsi ilə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov hesabat dövrü ərzində Baş İdarədə baxılmış müraciətlər, cinayət xarakterli məlumatlar, həyata keçirilmiş əməliyyat və qabaqlayıcı tədbirlər, onların müsbət nəticələri, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq, Baş İdarədə başlanmış, ibtidai istintaqı tamamlanmış və məhkəmələrə göndərilmiş cinayət işləri, istintaq zamanı vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar görülmüş tədbirlər barədə olan statistik məlumatları müqayisəli şəkildə təhlil etməklə müşavirə iştirakçılarının diqqətinə çatdırmışdır.
Bildirilmişdir ki, qeyd olunan dövrdə Baş İdarə tərəfindən vətəndaşların 10296 müraciətinə baxılmışdır.
Bundan başqa, əlaqəli dövlət qurumları ilə birgə yerinə yetirilmiş tədbirlər nəticəsində vətəndaşlar tərəfindən “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlərdən böyük əksəriyyətinin müsbət həll edilməsi təmin edilmiş, zəruri hallarda cinayət-hüquqi tədbirlər görülmüşdür.
Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin mühüm əhəmiyyəti nəzərə alınaraq, korrupsiya cinayətlərinə şərait yaradan halların aradan qaldırılması və gələcəkdə bir daha törədilməməsi üçün prokuror təsir tədbirləri qismində müxtəlif qurumlara 185 təqdimat göndərilmişdir. Həmin təqdimatlara əsasən bir sıra işçilər intizam məsuliyyətinə cəlb edilmiş və bu kimi digər zəruri tədbirlərin görülməsi təmin olunmuşdur.
Bununla yanaşı, müvafiq dövr ərzində Baş İdarədə 1049 vətəndaşın qəbul edilməsi təmin edilmişdir.
Qeyd edilən müddət ərzində Baş İdarədə 381 müraciət və digər məlumatlara cinayət xarakterli material kimi baxılmış, 314 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmış, 67 material üzrə isə vurulmuş maddi ziyan məbləğlərinin ödənilməsi də nəzərə alınmaqla cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul edilmiş və digər prokuror təsir tədbirləri tətbiq edilmişdir.
Əməliyyat qurumları tərəfindən 170 cinayət işi başlanılmış, keçirilmiş 42 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 43 şəxs cinayət başında yaxalanmış, habelə bu qəbildən cinayətlərin törədilməsi ilə bağlı axtarışda olan 8 nəfər saxlanılmışdır.
Hesabat dövrü ərzində Baş İdarə tərəfindən 226 şəxs barəsində 158 cinayət işi baxılması üçün məhkəmələrə göndərilmişdir.* Məhkəmələrə göndərilmiş cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılmış, qalanları isə hazırda məhkəmə baxışındadır.

İstintaqı tamamlanmış cinayət işlərindən 111 şəxs barəsində 67 iş ağır cinayətlər məhkəmələrinə, 5 şəxs barəsində 3 iş hərbi, eyni zamanda 110 şəxs barəsində 88 cinayət işi isə rayon (şəhər) məhkəmələrinə göndərilmişdir.
Hesabat ili ərzində istintaqı başa çatdırılmış cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulmuş 131 milyon 365 min 409 manat məbləğində maddi ziyandan 50 milyon 394 min 439 manatının, o cümlədən icraatına xitam verilmiş cinayət işləri üzrə özgə əmlakına vurulmuş 19 milyon 726 min 167 manat məbləğində maddi ziyanın tam olaraq ödənilməsi təmin olunmuşdur.
Zərərin ödənilməsi məqsədilə istintaqı başa çatdırılmış cinayət işləri üzrə 31 milyon 930 min 592 manat məbləğində əmlak üzərinə həbs qoyulması təmin olunmuşdur.
Hesabat dövrü ərzində Baş İdarənin fəaliyyətinin və antikorrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.
Ümumilikdə ötən illər ərzində görülmüş işlərin nəticəsi kimi Avropa Şurasının Pulların Leqallaşdırılmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Mübarizə Tədbirlərinin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Anti-korrupsiya Şəbəkəsi də daxil olmaqla beynəlxalq təşkilatların hesabatlarında ölkəmizdə bu istiqamətdə həyata keçirilən bir sıra tədbirlər müsbət dəyərləndirilmişdir.
Dövlət Başçısının fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın önəmini və qarşılıqlı təcrübənin paylaşılmasının əhəmiyyətini nəzərə almaqla bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla və digər dövlətlərin müvafiq orqanları ilə əlaqələrin qurulmasına, habelə daha da inkişaf etdirilməsinə xüsusi diqqət yetirilmişdir.
Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror Kamran Əliyev hesabat və məruzədə qeyd edilən göstəricilərə münasibət bildirməklə yanaşı vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması, “161-Qaynar xətt” əlaqə mərkəzinin fəaliyyətinin daha da təkmilləşdirilməsi, mərkəzə daxil olan hər bir vətəndaş müraciətinə həssas yanaşılması, korrupsiya faktlarının artımı müşahidə edilən sahələrin müəyyən edilməsi məqsədilə aparılan təhlillərin davam etdirilməsi, bu cür halların qarşının alıması yönəlik önləyici tədbirlərin icrası, korrupsiyaya qarşı mübarizə sahəsində effektiv nəticələrin əldə edilməsi üçün digər hüquq mühafizə orqanları ilə əlaqəli fəaliyyətin davam etdirilməsi, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinin diqqətdə saxlanılması, vurulmuş maddi ziyanların ibtidai istintaq dövründə ödənilməsinin təmin edilməsi, əmlakın bərpası, qətimkan tədbirlərinin səmərəli tətbiqi kimi məsələlərin diqqətdə saxlanılması, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi sahəsində işlərin səmərəliliyinin daha da artırılması istiqamətində öz tapşırıq və tövsiyələrini vermişdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://apa.az
archiveBu xəbər 16 Yanvar 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see187

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see184

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see168

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see162

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see146

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see143

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see137

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see137

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see130

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri