Icma.az
close
up
RU
Google da işləmiş azərbaycanlı: İstedad başlanğıcdır, amma nəticə yalnız zəhmətlə gəlir

Google da işləmiş azərbaycanlı: İstedad başlanğıcdır, amma nəticə yalnız zəhmətlə gəlir

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"İstedad başlanğıcdır, amma inkişaf və nəticə yalnız zəhmətlə gəlir", - Altun Şükürlü deyir. Düşünür ki, istedadını kəşf edən və öz üzərində çalışan insan mütləq uğur qazanır. Bu yalnız riyaziyyat üçün deyil, həyatın bütün sahələrində keçərlidir. Biri riyaziyyatda güclüdürsə, digəri ünsiyyət bacarığı ilə istənilən problemi həll edə bilər, bir başqası isə biznes və ya ədəbiyyat sahəsində fərqlənir. Hesab edir ki, əsas olan insanın özünü tanıması, bacarıqlarını kəşf etməsi və onların üzərində çalışmasıdır.

Müsahibimiz ABŞ-də proqram mühəndisi kimi çalışan "Vektor" təhsil texnologiyaları platformasının müəllifi Altun Şükürlüdür.

Bakıda anadan olub və orta təhsilini paytaxt məktəblərindən birində alıb. Yeddinci sinifdən etibarən təhsilinə liseydə davam edib. Öz riyaziyyat bacarığını səkkizinci sinifdə kəşf edərək, müxtəlif olimpiadalarda iştirak etməyə başlayıb və bu sahədə bir çox uğura imza atıb. O, Beynəlxalq Riyaziyyat Olimpiadasında üç gümüş medal, Milli Riyaziyyat Olimpiadasında üç qızıl medal, Balkan Riyaziyyat Olimpiadasında iki bürünc medal qazanıb. Eyni zamanda, dörd dəfə "Putnam" riyaziyyat müsabiqəsinin "Top500" siyahısına düşərək, beynəlxalq səviyyədə öz bilik və bacarıqlarını sübut edib. 17 yaşından ali təhsil üçün ABŞ-yə yollanıb. Perdyu Universitetində kompüter və riyaziyyat elmləri üzrə bakalavr, Vircinia Universitetində isə magistr təhsili alıb.

Həmsöhbətimiz, həmçinin ABŞ-də "IXL Learning", "Google", "Block" kimi şirkətlərdə proqram təminatı mühəndisi kimi çalışıb.

Oxu.Az "Kaspi" qəzetinin Altun Şükürlü ilə müsahibəsini təqdim edir.

- Müəlliminizin sayəsində riyazi bacarıqlarınızın kəşf olunduğunu deyirsiniz. Bu aydınlanma neçə yaşınızda baş verdi?

- Düzdür, məktəbin ilk illərindən riyaziyyat fənni mənə çox maraqlı gəlirdi. Amma getdikcə, daha asan oldu və məndə maraq yaratmamağa başladı. Az məşğul olmağıma baxmayaraq, nəticələrim sinif yoldaşlarımdan üstün idi. Lakin həmin dövrdə bu, mənə adi gəlirdi. Yeddinci sinfə qədər belə davam etdi. Yeddinci sinifdən sonra isə müəllimlərimin dəstəyi və yönləndirməsi sayəsində riyazi bacarıqlarımı kəşf etdim və bu fənnə olan meyilim daha da artdı. Müəllimim mənə bu sahədə xüsusi istedadım olduğunu dedikdən sonra riyaziyyatla daha məqsədyönlü şəkildə məşğul olmağa başladım. Müəllimim bunu kəşf etməsəydi, bu sahəyə yönəlməzdim.

- Karyeranıza ABŞ-də 23 yaşınızda "IXL Learning"də başlamısınız. İlk işiniz sonrakı inkişafınıza necə təsir göstərdi?

- İş mühiti çox rahat və dəstəkləyici idi. İş saatlarımızı ölçən yox idi, şirkətin əsas tələbi tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək idi. Mənə konkret layihələr tapşırılırdı və fikirlərim dinlənilirdi. Hiss olunurdu ki, komanda üzvlərinin inkişafı və peşəkar böyüməsi həqiqətən önəmlidir. Kimsə səni işlə bağlı hansısa fikri icra etməyə məcbur etmirdi, bu da insanın özünü inkişaf etdirməsi üçün əlverişli şərait yaradırdı. Üstəlik, işlədiyimiz layihə də maraqlı idi. Uşaqlar üçün dərsliklərə uyğun rəqəmsal təhsil platforması hazırlayırdıq. Bu sistem uşaqlara həm ev tapşırıqlarını yerinə yetirmək, həm də dərsləri interaktiv şəkildə araşdırmaq imkanı verirdi.

- Bəs "Google"la yolunuz necə kəsişdi?

- "Google"da işləmək hər bir mühəndisin arzusudur. Universitetdə təhsil alarkən dəfələrlə "Google"a CV göndərsəm də, müsahibələrdən keçə bilmirdim. Amma əmin idim ki, özümü inkişaf etdirib, üzərimdə işləyib yenidən müraciət edəcəyəm və keçəcəyəm. İlk iş yerimlə bağlı təəssüratlarım çox yaxşı idi və buradakı hədəfimə də çatmışdım. Daha böyük miqyasda işləmək, daha çox inkişaf edə biləcəyim bir mühit axtarırdım. Təbii ki, "Google" bu sahədə texnologiyanın zirvəsində dayanır, həm də geniş imkanlar təqdim edir. Müraciət etdim, bu dəfə müsahibələrdən də keçdim. Təklif olunan vəzifə də tam mənə uyğun gəldiyi üçün arzularımı reallaşdırdım.

- "Google"da hansı vəzifəni icra edirdiniz?

- "Google"da işi konkret izah etmək çətindir, çünki hər kəs nəhəng sistemin kiçik bir hissəsi üzərində çalışır. Mən reklam texnologiyaları sahəsində işləyirdim. Məsələn, siz bir tətbiq (app) yaradırsınız və istəyirsiniz ki, o daha çox istifadə olunsun. Bunun üçün reklam kampaniyası qurursunuz. Mənim əsas vəzifəm bu reklamların düzgün işləməsini təmin etmək idi. Gündə milyonlarla insana göstərilən reklamların düzgün və effektiv şəkildə istifadəçiyə çatdırılması prosesi məhz bizim komandanın üzərinə düşürdü.

- Altun bəy, hazırda "Vektor" təhsil platforması üzərində işləyirsiniz. Ümumiyyətlə, "Vektor"la təhsildə hansı dəyişiklikləri etməyi planlayırsınız?

- Olimpiadalara hazırlaşanda resurs çatışmazlığı ilə çox üzləşirdim. Xüsusilə, kompüter elmləri sahəsində bizə dərs deyə biləcək müəllim yox idi. Çünki bu sahə ya inkişaf etməmişdi, ya da kifayət qədər kadr yox idi. Biz o vaxt "öyrənməyi öyrənməyə" məcbur idik. Bəzi təhsil prinsiplərini özümüz öyrənərək kəşf edirdik. Məsələn, uşaq nə çox asan, nə də çox çətin tapşırıqları yerinə yetirəndə inkişaf etmir. Ona "böyümə zonası"na uyğun tapşırıqlar vermək lazımdır. Bu detalları da süni intellekt vasitəsilə tapmaq, həll etmək mümkündür. "IXL Learning" ilə işlədiyim dövrdə təhsil sahəsinə marağım daha da dərinləşmişdi. Orada işlədiyimiz məhsuldan təsirləndim. Amma düşündüm ki, daha yaxşısını yaratmaq və xüsusilə ölkəmizdə olmayan belə bir platformanı hazırlamaq olar. Beləliklə, həm öyrəndiklərimi paylaşmaq, həm də təhsildə real ehtiyaca cavab vermək üçün "Vektor"un üzərində işləməyə başladım və indi də bu istiqamətdə davam edirəm.

- "Böyümə zonası"na uyğun tapşırıqlar necə seçilir?

- Şagird proqram vasitəsilə məhz öz səviyyəsinə uyğun dərslər və çalışmalarla məşğul olur. Məsələn, birinci sinif şagirdi 10-a qədər toplama əməlini öyrənirsə, sistem ona uyğun tapşırıqlar təqdim edir. Əvvəllər bu çalışmalar kağız-qələm üzərində edilirdi, amma bunun bəzi çatışmazlıqları var. Məsələn, bir şagird sadəcə 4-5 suala cavab verə bilir və cavablarının düzgün olub-olmadığını müəllim yoxlamayana qədər bilmir. Proqram üzərindən edilən interaktiv tapşırıqlarda isə şagird dərhal nəticəni görür. Bundan əlavə, alqoritm onun hansı mövzuda daha yaxşı, hansı mövzuda zəif olduğunu müəyyən edir və növbəti tapşırıqları ona uyğun təqdim edir. Bu tip rəqəmsal çalışmalar həm interaktivliyi artırır, həm də öyrənməni daha effektiv edir. Buna görə də belə yanaşmanın təhsildə çox böyük önəmi var. "Vektor"un əsas məqsədi təhsilin keyfiyyətini artırmaq və fərdi yanaşma ilə şagirdlərin öyrənmə prosesini gücləndirməkdir. Bu platformanı yaratmaqda üç əsas problemi hədəf almışıq. Birincisi, təhsilin effektivliyinin artırılmasıdır. Təhsil sistemində əsas problemlərdən biri müəllimlərin vaxt itkisinə səbəb olan proseslərdir. Məsələn, bir müəllimin həftəlik 40 saatından 10 saatı qiymətləndirməyə sərf olunursa, bu, onun şagirdə ayıracağı vaxtın azalması deməkdir. Əgər bu 10 saatı avtomatlaşdırılmış sistemlə əvəzləyə bilsək, müəllimlər həmin zamanı daha məhsuldar istiqamətlərə yönəldə bilərlər. "Vektor" bu baxımdan həm müəllimin yükünü azaldır, həm də şagirdə uyğun və davamlı tapşırıqlar təqdim edir. İkincisi, model və maraq yaratmaqdır. Şagirdin dərsə marağı varsa və qarşısında yaxşı müəllim modeli görürsə, bu, onun həmin sahəyə yönəlməsində böyük rol oynayır. Çox vaxt uşaqlar müəllimini sevdiyi üçün fənni də sevir və daha yaxşı nəticə göstərirlər. Rəngli, interaktiv, oyunlaşdırılmış tapşırıqlar sayəsində biz dərsi uşaqlar üçün cəlbedici edirik. Bu isə onların tədrisə marağını və davamlı öyrənmə həvəsini artırır. Ən əsası isə, fərdi öyrənmə təcrübəsidir. Məsələn, əgər sistem bir uşağın toplama üzrə nə qədər bacarıqlı olduğunu bilir və ona uyğun çətinlikdə tapşırıqlar təqdim edirsə, bu, nə uşağın sıxılmasına, nə də çətinlikdən imtina etməsinə səbəb olar. Alqoritm zəif şagirdə uyğun səviyyədə, güclü şagirdə isə onu irəli aparacaq çalışmaları təqdim edir.

- Bu ideyanın ərsəyə gəlməsində sizin riyazi qabiliyyətinizin gec kəşf edilməsinin rolu varmı?

- Bəli. Öz təcrübəmdə bunun çətinliyini yaşamışam. Təhsil sistemində şagirdlərin fərdi səviyyələri nəzərə alınmadıqda onların öyrənməyə olan motivasiyası ciddi şəkildə zədələnir. Məsələn, bir şagirdə səviyyəsindən qat-qat çətin çalışma təqdim olunsa, bu, onun bacarmadığı hissi yaradar və nəticədə motivasiyasını azaldar. Eyni zamanda, verilən tapşırıqlar çox asan olarsa, uşaq dərsdən sıxılar və marağını itirər. Problemin əsas səbəblərindən biri dərslərin sinifdəki ümumi səviyyəyə uyğun şəkildə aparılmasıdır. Əgər sinifdə bir neçə şagird daha yüksək səviyyədədirsə, dərsi onların səviyyəsinə uyğunlaşdırmaq digər şagirdlər üçün çətinlik yarada bilər. Bu səbəbdən, müəllimlər adətən orta səviyyəni əsas götürürlər. Lakin bu yanaşma daha hazırlıqlı şagirdlər üçün dərsləri maraqsız və təkrarlayıcı edə bilər. Bu problemi texnologiya vasitəsilə həll etmək mümkündür. Süni intellekt əsaslı sistemlər şagirdin hazırkı bilik səviyyəsini təhlil edərək ona motivasiyaedici, amma bacara biləcəyi tapşırıqlar təqdim edə bilər. Beləliklə, nə şagird sıxılar, nə də çətinlikdən dolayı motivasiyasını itirər. Bu da fərdi inkişaf və effektiv öyrənmə üçün ideal mühit yaradır.

- Sizcə, riyazi istedad genetik olaraq ailədən gəlir, yoxsa çalışmaqla formalaşır?

- Düşünürəm ki, əgər insan riyazi istedadın yalnız genetik olduğunu və ailədən gəldiyini düşünsə, bu, onun öz üzərində çalışma motivasiyasını azaldar. İstedadını kəşf edən və öz üzərində çalışan insan mütləq uğur qazanır. Bu, yalnız riyaziyyat üçün deyil, həyatın bütün sahələrində keçərlidir. Hər insanın mütləq şəkildə uğurlu ola biləcəyi bir sahə var. Biri riyaziyyatda güclüdürsə, digəri ünsiyyət bacarığı ilə istənilən problemi həll edə bilər, bir başqası isə biznes və ya ədəbiyyat sahəsində fərqlənir. Əsas olan insanın özünü tanıması, bacarıqlarını kəşf etməsi və onların üzərində çalışmasıdır. İstedad başlanğıcdır, inkişaf və nəticə yalnız zəhmətlə gəlir.

- Peşəkar inkişaf üçün 20-30 yaş aralığını kritik hesab edirsiniz. Bəs insan öz istedadını bundan sonra kəşf etsə necə?

- Ümumiyyətlə, peşəkar karyerada 20-30 yaş aralığı çox vacib mərhələ sayılır. Amma bu o demək deyil ki, kiminsə bu yaşlarda düzgün istiqamət seçməməsi onu geri salır. 40 yaşdan sonra da insan istədiyi sahəyə yönələ və uğur qazana bilər. Təəssüf ki, bizdə belə bir tabu var: insan mütləq 20 yaşında universiteti bitirməli, sonra magistr oxumalı və dərhal işləməyə başlamalıdır. Halbuki burada tanıdığım insanlar var ki, 50 yaşında hüquq və ya tibb sahəsində təhsil almağa başlayıblar. Əgər insan hansısa sahəyə maraq göstərirsə, mütləq bu istiqamətdə irəliləməlidir. İnkişaf üçün yaş məhdudiyyəti yoxdur. Hər yaşda insan istədiyi hədəfə doğru addım ata bilər. Amma cəmiyyətimizdə 60-70 yaşlı şəxsin təhsil alması qəribə qarşılanır. Halbuki bu, normal və alqışlanmalı haldır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 İyul 2025 23:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsaril Səudiyyə Ərəbistanının və İordaniyanın razılığını alıb Siyasi şərhçi

10 Sentyabr 2025 17:57see328

İsrailin növbəti hədəfi Türkiyədir? III Dünya müharibəsinin əlamətləri görünür

10 Sentyabr 2025 17:33see308

Qətər aldadıldığını başa düşür

11 Sentyabr 2025 08:20see195

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see149

Netanyahu: HƏMAS liderlərinə zərbə Qəzzada müharibəyə son qoya bilər

09 Sentyabr 2025 21:07see133

Toral Bayramov: İslandiya ilə matçdan sonra çox pis vəziyyətdəydik

10 Sentyabr 2025 13:55see129

“Rus ordusu Dobropolye yaxınlığında mühasirəyə düşə bilər” Ukraynalı ekspert

09 Sentyabr 2025 15:57see129

Neft strategiyası Azərbaycanın dövlət gəlirlərinin artmasına imkan yaratdı ŞƏRH ETDİ

10 Sentyabr 2025 16:03see127

Kosmosda başqa ulduzları yeyən ulduz peyda oldu

10 Sentyabr 2025 15:40see123

Bu qərarı mən yox, o verdi Tramp

10 Sentyabr 2025 01:04see123

Ukrayna gecə Polşaya Rusiya PUA larının uçuşu barədə məlumat verib

10 Sentyabr 2025 13:56see122

Pentaqondan ABŞ ın Çinlə müharibəyə hazırlaşmasına REAKSİYA

11 Sentyabr 2025 00:29see121

Kaya Kallas: Moskva Ukrayna ilə danışıqlar masasına oturmalı olacaq

09 Sentyabr 2025 15:13see121

Eminin yeni evindən Video

09 Sentyabr 2025 20:40see120

Hesablama Palatası: Dövlət təşkilatları eyni nöqsanları təkrarlayır

10 Sentyabr 2025 17:13see120

İcbari Tibbi Sığorta Agentliyi ƏƏSMN ya birləşdirilir?

10 Sentyabr 2025 21:42see119

Toral Bayramov: Əlimizdən gələni yox, gəlməyəni edirdik

10 Sentyabr 2025 01:33see119

Nigar Fərhad ilk dəfə qızını GÖSTƏRDİ söz savaşı na çıxdılar VİDEO

10 Sentyabr 2025 16:01see118

Mirzoyan Azərbaycanla delimitasiya prosesindən danışdı

10 Sentyabr 2025 21:44see118

Xronika: Böyük Ermənistan xülyası Hitlerlə ermənilərin gizli planı idi

11 Sentyabr 2025 01:12see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri