Google süni intellekt sahəsində rəhbər heyətdə mühüm dəyişikliklər edir
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Dünyanın aparıcı texnologiya şirkətlərindən biri olan Google süni intellekt istiqamətində fəaliyyətini daha da gücləndirmək məqsədilə rəhbər heyətdə mühüm struktur dəyişikliklərinə başlayıb.
“Reuters” agentliyinin məlumatına görə, şirkətin süni intellekt bölməsində rəhbər vəzifələrdə bir sıra dəyişikliklər həyata keçirilir. Bildirilir ki, DeepMind-in rəhbəri Demis Hassabis yeni strateji vəzifəyə keçir, Gemini süni intellekt modeli üzərində çalışan bir neçə yüksək vəzifəli rəhbər, o cümlədən tanınmış mühəndis Ceff Din (Jeff Dean) isə yeni istiqamətlər üzrə fəaliyyət göstərəcək. Bu dəyişikliklərin məqsədi şirkətin süni intellekt məhsullarının hazırlanması prosesini sürətləndirmək və qlobal rəqabət qabiliyyətini artırmaqdır.
Məlumata əsasən, son illərdə generativ süni intellekt texnologiyalarının sürətli inkişafı dünya texnologiya bazarında rəqabəti daha da gücləndirib. Bu səbəbdən iri texnologiya şirkətləri yeni məhsulların hazırlanmasına, elmi tədqiqatların genişləndirilməsinə və innovativ həllərin tətbiqinə xüsusi önəm verirlər.
Mütəxəssislərin fikrincə, rəhbərlikdə aparılan dəyişikliklər şirkətin süni intellekt sahəsində uzunmüddətli strategiyasının tərkib hissəsidir və yeni texnologiyaların daha operativ şəkildə istifadəçilərə təqdim olunmasına xidmət edəcək.
N.Adilqızı
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 06 Avqust 2026 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















