Goranboyda avtomobil marketin hasarına çırpıldı ÖLƏN VAR
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Goranboyda bir nəfərin ölümü, daha bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, qəza rayonun Sarovlu kəndində qeydə alınıb.
Belə ki, Goranboyun Azad kənd sakini, 2003-cü il təvəllüdlü İlkin Cəfərovun idarə etdiyi VAZ-2107 markalı avtomobil marketin dəmir hasarına çırpılıb.
Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişin, Azad kənd sakini, 2006-cı il təvəllüdlü Cavad Əliyev ağır xəsarətlər alıb.
Yaralı Gəncə şəhəri A.Səhhət adına Birləşmiş Xəstəxanasına çatdırılıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
Baxış sayı:113
Bu xəbər 01 May 2026 10:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















