Goranboyda məktəblini maşın vurub
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Goranboyda yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 15 yaşlı oğlanı vurub.
Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

