Icma.az
close
up
RU
Gördüyünü istəyən uşaqlarlarla necə davranmalı

Gördüyünü istəyən uşaqlarlarla necə davranmalı

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

Çox valideynlərin şikayət etdiyi məsələlərdən biri də övladları ilə alış-verişə gedərkən bir sıra çətinliklərlə qarşılaşmalarıdır.

Uşaqların valideynlərinə yaratdıqları çətinliklər əsasən aşağıdakılardır:

- Gördüyü oyuncaqları almaları üçün israr etmələri;

- Zərərli olan lakin uşaqlar tərəfindən çox sevilən qidaları almaları üçün onları səbətə yerləşdirmələri;

- İstədiklərini almayan valideynlərinə etiraz etmələri;

- İstədiklərini almadıqları üçün mağazada qışqırmaları, ağlamaları və s.

Övladınızla birgə mağazaya getməyiniz olduqca xoş bir haldır. Lakin bu xoş halın mağazadan çıxarkən əsəbi vəziyyətdə olmanıza səbəb olmaması üçün nə etməli oduğunuzu bilirsinizmi?

Alacaqlarınızın siyahısını hazırlayarkən övladınızı da bu işə cəlb edin. Qeyd edərkən ona da bildirin, onun da fikirlərini öyrənin. Övladınız üçün lazım olan və eyni zamanda onun da xoşuna gələn nəyinsə adını bildirməsini istəyin. Siyahıya övladınızın istəyini qeyd edin.

Ailənin digər üzvləri mağazaya gedərkən övladınızı da aparırsa bu zaman qaydaları onlara xatırladın ki, onların güzəştlər etməsi növbəti dəfələrdə sizin üçün xoşagəlməz vəziyyətlərə səbəb olmasın.

Aldıqlarınızı səbətə yerləşdirməsində övladınızdan yardım istəyin. Bununla siz ondan kömək almaqla yanaşı bəzi məsluyyətləri də ona vermiş olursunuz.

İstəyini yerinə yetirməsi üçün ağlamasına şərait yaratmayın. Əgər belə bir halla qarşılaşırsınız ki, ağlayaraq nəyisə almanıza israr edir, bu zaman bir dəfə güzəştə getməniz növbəti dəfələrdə ağlayaraq vəziyyətdən istifadə etməsinə səbəb olacaq.

Mağazaya getməzdən öncə övladınızın ac olmamasına diqqət edin.

Yorğun zamanlarında və ya yuxu saatlarında övladınızı mağazaya gətirməniz məqsədəuyğun deyil.

Alış-veriş zamanının uzun vaxt aparması övladınızın yorulmasına və bir sıra narahatlıqlarına səbəb olar. Bu zaman başqa variant düşünməniz daha uyğundur.

İstədiyi nəyisə almadığınızda övladınızın ağlayacağı halların qarşısını almanız üçün hər zaman əlavə bir planınız olsun. Məsələn, sevdiyi oyuncağı özünüzlə gətirməniz və ya onun üçün önəmli olan bir vasitədən istifadə etməniz.

Evdən çıxarkən övladınıza yazdığınız sıyahını xatırladın. Yalnız onları ala biləcəyinizi bildirin. Siyahıda övladınız üçün birlikdə yazdığınız məhsulu ona xatırladın.

Uşağın diqqətini satılan məhsullara yönələrək onu cəlb etməyinin qarşısını almağınızda  diqqətini ətrafdakı insanlara, orda olan uşaqlara yönəltməniz sizin köməyinizə gələcək.
Əgər belə bir halla qarşılaşarsanız (uşağın mağazada istədiyini aldırmaq üçün qışqırması, ağlaması)  övladınıza qarşı:

- Təmkinli olun;

- Aqressiv davranmayın;

- Təhqir etməyin;

- Qışqırmayın;

- Qucaqlayın;

- Əlini sıxaraq onu sevdiyinizi söyləyin;

- Mağazada qışğırmağın, ağlamağın xoş bir hal olmadığını xatırladın.

Valideyn.az

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 02:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri