Icma.az
close
up
RU
Görkəmli folklorşünas alim Salman Mümtazla bağlı elektron məlumat bazası hazırlanıb AZƏRTAC

Görkəmli folklorşünas alim Salman Mümtazla bağlı elektron məlumat bazası hazırlanıb AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 20 dekabr, AZƏRTAC

Milli Kitabxanada “Görkəmli ədəbiyyatşünas alim Salman Mümtaz (1884-1941)” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron məlumat bazası “Rəsmi sənədlər”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Salman Mümtazın şəxsi fondundan folklor mətnləri”, “Görkəmli şəxslər Salman Mümtaz haqqında”, “Salman Mümtazın istintaq işi haqqında sənədlər”, “Nəşrlər”, “Haqqında”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Fotoqalereya”, “Videoqalereya" bölmələrindən ibarətdir. Bazada təqdim olunan sənədlər tam mətnləri ilə verilib.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/S.Mumtaz/index.html linkindən istifadə edə bilərlər.

Qeyd edək ki, Azərbaycanın tanınmış görkəmli ədəbiyyatşünas və folklorşünas alimi Salman Məmmədəmin oğlu Əsgərov 20 may 1884-cü ildə Şəkinin Gəncəli məhəlləsində tacir ailəsində dünyaya göz açıb. O, ilk təhsilini Aşqabadda alıb.

Elmə böyük marağı olan Salman Mümtaz 22 yaşınadək rus, ərəb, fars və urdu dillərini mükəmməl öyrənib. 1908-1909-cu illərdə “Molla Nəsrəddin”, “Zənbur”, “Kəlniyyət”, “Tuti”, “Qardaş köməyi” jurnallarında, “Günəş”, “Səda”, “Tərəqqi”, “İqbal”, “Yeni iqbal”, “Açıq söz” və s. qəzetlərdə “Xortdan bəy”, “Sağsağan”, "Sərçə", "Sərçəqulubəy", "Moz bəy", "Aşqabadlı", "Türkməndost", "S.Əsgərov", "S.M.", "Mümtaz" və s. kimi imzalarla yazıları, satirik şeiri, məqaləsi, məktubu və mənzum felyetonu dərc olunub.

Salman Mümtaz 1920-1925-ci illərdə Azərbaycanı qarış-qarış gəzərək öz şəxsi vəsaiti hesabına 200-ə yaxın kitab, əlyazma və məqalə toplamağa nail olub və “Kommunist” qəzetində “Unudulmuş yarpaqlar” adı altında silsilə məqalələr dərc etdirib.

İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh və başqalarının əsərlərinin ilk dəfə külliyyatlarını məhz Salman Mümtaz nəşr etdirib.

Stalin repressiyasının qurbanı olan S.Mümtaz 1937-ci ilin oktyabr ayında həbs olunub və 10 il müddətinə azadlıqdan məhrum edilib. O, həbsdə olarkən 1941-ci ilin sentyabr ayında Oryol şəhərində güllələnib. Alim tərəfindən toplanmış 270 əlyazma həbs zamanı məhv edilib. Salman Mümtaza 1956-cı il noyabrın 17-də SSRİ Ali Məhkəməsi tərəfindən ölümündən sonra bəraət verilib.

Mədəniyyət tariximizin fədakar tədqiqatçısının xatirəsi yaddaşlarda yaşayır. Belə ki, Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivi onun adını daşıyır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Dekabr 2024 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri