İmadəddin Nəsiminin 655 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb AZƏRTAC
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 27 dekabr, AZƏRTAC
2024-cü ildə dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 655 ili tamam olur. Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsinin təbliği məqsədilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “İmaməddin Nəsimi - 655” adlı elektron məlumat bazası hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a verilən məlumata görə, baza kitabxananın rəsmi saytında yerləşdirilib.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan məlumat bazasında AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Cahana sığmayan Azərbaycan şairi”, Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Səadət Şıxıyevanın “Nəsimi yaradıcılığında insanın irfani, dini və dünyəvi dərki” məqalələrinin tam mətni ilə yanaşı, “Rəsmi sənədlər”, “Görkəmli şəxslər İmadəddin Nəsimi haqqında”, “Nəsimi yaradıcılığından nümunələr”, “İmadəddin Nəsimi bədii ədəbiyyatda və incəsənətdə” kimi bölmələr də mövcuddur.
Elektron bazada dahi şairin Azərbaycan, türk, ingilis, alman, fars və rus dillərində nəşr edilən əsərləri, haqqında yazılan kitab və məqalələr, sözlərinə yazılan musiqi əsərləri, Nəsiminin həyat və yaradıcılığına həsr edilən dissertasiya və avtoreferatlar, izonəşrlər təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada İmadəddin Nəsiminin xatirəsinin əbədiləşdirilməsi haqda məlumatlar, kitablarının virtual sərgisi, filmoqrafiyası və videoqalerayası da sərgilənir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 27 Dekabr 2024 07:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















