Icma.az
close
up
RU
Görkəmli kinorejissor Eldar Quliyevin anadan olmasının 85 illiyi qeyd edilib

Görkəmli kinorejissor Eldar Quliyevin anadan olmasının 85 illiyi qeyd edilib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 29 yanvar, Günel Alıyeva, foto Nicat Həşimov, AZƏRTAC

Yanvarın 29-da Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, Dövlət mükafatı laureatı, görkəmli kinorejissor Eldar Quliyevin anadan olmasının 85 illiyi münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlar Fondun foyesində açılmış Eldar Quliyevin həyat və yaradıcılığından bəhs edən fotosərgi ilə tanış olublar.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev bildirib ki, 2021-ci ildən etibarən Fondda Eldar Quliyevin şəxsi arxiv fondunun yaradılması istiqamətində ardıcıl işlər aparılıb. O, bu işə ailə üzvlərinin, yaxınlarının və sənət adamlarının göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Eldar Quliyevin əqidəsinə sadiq, dostluqda etibarlı, saf və səmimi bir insan olduğunu söyləyən Cəmil Quliyev deyib ki, bu keyfiyyətlər onun həyatının müxtəlif məqamlarında özünü göstərib və dostlarının xatirələrində onunla bağlı çox qiymətli nüanslar var.

Bildirib ki, Eldar Quliyevin yaradıcılığı təkcə Azərbaycanda deyil, beynəlxalq mühitdə də yüksək dəyərləndirilib. “Onun filmləri haqqında zamanında nüfuzlu kinoşünasların və sənət adamlarının söylədiyi fikirləri arxivimizdə qoruyub saxlayırıq. Bu mənbələr həm Eldar müəllimin sənətdəki çəkisini, həm də yaradıcılığının təsir gücünü bir daha təsdiqləyir”, – deyə C.Quliyev əlavə edib.

Tədbirdə Xalq yazıçıları Natiq Rəsulzadə və Elmira Axundova, Xalq artistləri Oqtay Mirqasımov, Rafiq Əzimov, Siyavuş Kərimi, Əməkdar incəsənət xadimi Rafiq Qəmbərov çıxış edərək Eldar Quliyevlə bağlı xatirələrini bölüşüblər. Natiqlər sənətkarla birgə işlədikləri dövrlərdən, onun iş prinsiplərindən, tələbkarlığından, işə məsuliyyətli yanaşmasından və Azərbaycan kinosuna verdiyi dəyərli töhfələrdən bəhs ediblər.

Bildirilib ki, dünya kinematoqrafiyasının nailiyyətlərindən və qabaqcıl təcrübəsindən daim bəhrələnən Eldar Quliyev Azərbaycanın kino salnaməsinə yeni səhifələr yazıb. Sənətkarın ideya dərinliyi ilə seçilən, ictimai-siyasi hadisələr fonunda insan mənəviyyatının təhlilini xüsusi diqqətdə saxlayan və xeyirxahlıq, məsuliyyət, humanizm aşılayan zəngin yaradıcılığı mədəniyyətimizin qızıl fondunda layiqli yer tutur. Eldar Quliyevin “Bir cənub şəhərində”, “Sevinc buxtası”, “Babək” və “Nizami” kimi parlaq ekran əsərləri, eləcə də çox sayda digər bədii və sənədli filmləri Azərbaycan kinematoqrafiyasının nailiyyətləridir.

Daha sonra rejissorun tələbələri Kəmalə Musazadə və Elşən Zeynallı çıxış edərək Eldar Quliyevin pedaqoji fəaliyyətindən, tələbələrinə göstərdiyi diqqət və qayğıdan danışıblar. Qeyd olunub ki, Eldar Quliyev həm kübar və incə ruhlu insan, həm də peşəsinə böyük məsuliyyətlə yanaşan sənətkar idi.

Tədbir çərçivəsində rejissor Əfqan Yusifov Eldar Quliyevə həsr olunmuş “Ən vacib müsahibə 2” sənədli filminin ideyasının yaranması və ərsəyə gəlməsi barədə məlumat verib.

Həmçinin Eldar Quliyevin qızı Nərminə Quliyevanın Azərbaycan Dövlət Film Fonduna və filmin yaradıcı heyətinə təşəkkür videosu nümayiş olunub.

Sonda Əfqan Yusifovun görkəmli sənətkara həsr olunmuş “Ən vacib müsahibə 2” sənədli filmi nümayiş etdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Yanvar 2026 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri