Icma.az
close
up
RU
Görkəmli memar Fikrət Hüseynovun xatirəsinə həsr olunan elmi praktik konfrans keçirilib

Görkəmli memar Fikrət Hüseynovun xatirəsinə həsr olunan elmi praktik konfrans keçirilib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 18 aprel, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) görkəmli memar, professor Fikrət Hüseynovun əziz xatirəsinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Tədbir Memarlıq fakültəsinin təşəbbüsü ilə, Memarlar İttifaqının sədri, AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri professor Elbay Qasımzadənin moderatorluğu ilə baş tutub.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, konfransda Fikrət Hüseynovun memarlıq və şəhərsalma sahəsindəki dəyərli töhfələrindən söz açılıb. AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova çıxışında Fikrət Hüseynovun peşəkar memar və elmi ictimaiyyətə dəyərli töhfələr verən alim kimi fəaliyyətini yüksək qiymətləndirib. O, Fikrət Hüseynovun memarlıq təhsilində həyata keçirdiyi islahatları və formalaşdırdığı memarlıq məktəbini vurğulayıb.

Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının dosenti Nərmin Yusifli alimin bioqrafiyasını təqdim edərək onun elmi və pedaqoji fəaliyyətindən danışıb. AMEA-nın Sənətşünaslıq və Memarlıq İnstitutunun direktoru professor Ərtegin Salamzadə Fikrət Hüseynovun institutdakı fəaliyyətini və elmi çıxışlarını xatırladaraq onun elmə verdiyi töhfələri qeyd edib.

Memarlığın əsasları kafedrasının müdiri, alimin yaxın dostu və həmkarı Nizami Nağıyev tələbəlik illərinə dair xatirələrini və birgə həyata keçirdikləri layihələri iştirakçılarla bölüşüb. Mühit dizaynı kafedrasının müdiri professor Yeganə Hacıyeva isə Fikrət Hüseynovun müəllimlik fəaliyyətindən və onun yetirmələrinin uğurlarından söz açıb.

Tədbirdə, həmçinin Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının baş müəllimi Yeganə Kərimli və dosent Xəlil Cəfərov alimin kafedraya rəhbərlik etdiyi dövrdə müəllim heyətinə göstərdiyi qayğı və elmi-pedaqoji fəaliyyətindən bəhs ediblər.

Konfransda çıxış edən ADA Universitetinin kafedra müdiri və Fikrət Hüseynovun oğlu Emir Hüseynov atasının xatirəsinə göstərilən ehtirama görə AzMİU rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirib.

Sonda professor Fikrət Hüseynovun həyat və fəaliyyət yolu haqqında film nümayiş olunub.

Qeyd edək ki, professor Fikrət Hüseynov 39 yaşında keçmiş SSRİ-də memarlıq və şəhərsalma sahəsində ən gənc elmlər doktoru olub. O, AzMİU tarixində ilk dəfə Memarlıq və şəhərsalmanın regional problemləri laboratoriyasını təsis edərək, burada güclü elmi potensiala malik mütəxəssislərin formalaşmasına rəhbərlik edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Aprel 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see222

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see149

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri